Azərbaycan ilə İranın enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib
Tehran, 7 may, AZƏRTAC
İranda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov mayın 7-də bu dövlətin energetika naziri Reza Ardakanian ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin enerji sistemləri arasında həyata keçirilən elektrik enerjisi mübadiləsi, elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlər, eləcə də bu yaxınlarda İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirən addımlar kimi qiymətləndirilib.
Görüşdə, həmçinin Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı müzakirələrin məqsədəuyğunluğu qeyd edilib.
Görüş zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]
Kadrların seçimi mövzusunda təlim keçirilib
Sabahın hava proqnozu açıqlanıb
- [12:34]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Ümumdünya Göllər Günüdür
- [11:46]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib
- 26.08.2026 [23:16]
Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb
- 26.08.2026 [23:15]
“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib
- 26.08.2026 [22:38]
Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir
- 26.08.2026 [21:20]
Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb
- 26.08.2026 [21:10]
Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq
- 26.08.2026 [20:51]
“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb
- 26.08.2026 [20:28]
Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub
- 26.08.2026 [20:19]
Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir
- 26.08.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 26.08.2026 [20:00]
Avropada qazın qiyməti 5 faizədək azalıb
- 26.08.2026 [20:00]
Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq
- 26.08.2026 [19:46]