Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.
“Nepal-Çin sərhəd bölgəsində baş verən, insan tələfatına və genişmiqyaslı dağıntılara səbəb olan dəhşətli daşqın və torpaq sürüşmələri ilə əlaqədar dərin kədər hissi keçiririk.
Bu faciə nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyirik.
Hazırda davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində itkin düşən şəxslərin hamısının sağ-salamat tapılacağına ümid edirik”, - deyə paylaşımda bildirilir.