Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb
Bakı, 26 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin IV turunda Belçika ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dörd oyundan sonra 8 xalı olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə ilk 3 pilləni bölüşdürür. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı 3:2 hesabı ilə üstələyib.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Azər İbrahimov