“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb
Bakı, 26 avqust, AZƏRTAC
Dünyanın ən böyük konteynerdaşıma şirkəti olan “MSC Mediterranean Shipping Co.” Rusiyanın Novorossiysk limanına və limanından yeni sifarişləri dayandırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “MSC”nin bu qərarı yaxın vaxtlarda Novorossiyskə gedən “MSC ULSAN III” gəmisinə edilən dron hücumundan sonra verdiyi bildirilir. Hadisənin nə vaxt baş verdiyi açıqlanmır.
“MSC”nin vəziyyəti yaxından izlədiyini və Qara dəniz limanından müntəzəm həftəlik xidmətlərin bərpasına imkan verən şərait yaradılana qədər müştərilərin idxal və ixrac üçün mümkün logistik alternativlər barədə Rusiya agenti ilə əlaqə saxlamalı olduqlarını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [21:10]
Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb
- 26.08.2026 [20:00]
Avropada qazın qiyməti 5 faizədək azalıb
- 26.08.2026 [19:46]
Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq
- 26.08.2026 [19:22]
Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO
- 26.08.2026 [18:18]