Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir
Laçın, 26 avqust, AZƏRTAC
Laçında, doğma Qarabağ torpağında səhnəyə çıxmaq hər bir sənətçi üçün böyük qürur və məsuliyyətdir. Laçın Şəhəri Günü münasibətilə keçirilən konsert proqramında ifa etdiyimiz hər mahnı təkcə musiqi deyil, həm də Zəfərin, Böyük Qayıdışın və doğma yurda dönüş sevincinin ifadəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, beynəlxalq və respublika müsabiqələrinin laureatı Nurlana Abdullayeva deyib.
“Laçının yenidən öz sakinlərini, qonaqlarını musiqi ilə qarşılaması qəlbimizi sevinc hissi ilə doldurur. Bu torpaqlarda sənətimizi təqdim etmək həm böyük xoşbəxtlik, həm də dövlətimizin qazandığı tarixi Zəfərin bəxş etdiyi ən dəyərli hisslərdən biridir”, - deyə o qeyd edib.
Nurlana Abdullayeva vurğulayıb ki, şəhərdə belə tədbirlərin keçirilməsi mədəni irsin yaşadılması, milli musiqimizin təbliği və insanların doğma yurdda zəngin mədəni mühitdə bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müxbir - Gülay Nəzərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]