SİYASƏT
Azərbaycan ilə Moldova arasında transsərhəd cinayətlərin qarşısının alınması məsələləri müzakirə edilib
Kişineu, 23 noyabr, AZƏRTAC
Azərbaycan ilə Moldova arasında transsərhəd cinayətlərin qarşısının alınması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Moldovanın daxili işlər naziri Adrian Efrosun Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov ilə görüşündə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, strateji dialoqun intensivləşdirilməsi və daxili işlər üzrə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Adrian Efros bildirib ki, qarşıya qoyulan məqsədlərə nail olunması, korrupsiya və transsərhəd cinayətkarlığın qarşısının alınması və onunla mübarizə tədbirlərinin həyata keçirilməsində irəliləyiş var.
Görüşdə Moldova vətəndaşları tərəfindən Azərbaycanda, habelə Azərbaycan vətəndaşları tərəfindən bu ölkədə törədilmiş transsərhəd cinayətlər barədə qarşılıqlı məlumat mübadiləsinin asanlaşdırılması mexanizminin yaradılmasının zəruriliyi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Kiyev