Azərbaycan-İsveç münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Adış Məmmədov bu ölkənin parlamentinin sədri Per Vesterberq ilə görüşmüşdür.
Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan-İsveç münasibətləri müzakirə olunmuş, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılmışdır. Səfir Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolundan danışmış, həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətinə toxunmuşdur.
Sonra səfir A.Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı parlamentin sədrinə geniş məlumat vermiş, Azərbaycan dövlətinin və hökumətinin münaqişə ilə bağlı mövqeyini bildirmiş, problemin həllində beynəlxalq təşkilatların daha da fəal olmalarının zəruriliyini vurğulamışdır.
İsveç parlamentinin sədri Per Vesterberq Azərbaycan-Avropa əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, hər iki ölkənin parlamentlərinin bu istiqamətdəki fəaliyyətinin əhəmiyyətindən danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]