AZƏRBAYCAN KARATEÇİLƏRİ “İSTANBUL OPEN” TURNİRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 8-11-də Türkiyədə WKF versiyasında karate üzrə “İstanbul Open” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan yığmasının tərkibi müəyyən olmuşdur. Yığmamız kata və kumite yarışlarında iştirak edəcəkdir.
Kadetlər (14-15 yaş) arasında yarışlarda ölkəmizi kumitedə Tansul Bəşirova (54 kq), Fəridə Əbiyeva (53 kq-dan yuxarı), Elmin Ağayev, Elvin Əhmədli (hər ikisi 52 kq), Tural Kamallı (63 kq), Dəmirəl Vahabzadə (70 kq), katada isə Ağabəy Mirzəyev təmsil edəcəklər.
16-17 yaşlı yeniyetmələr arasında kumitedə Sura Fərəcli, İlahə Qasımova (hər ikisi 53 kq), Əli Hüseynov (55 kq), Fəridə Abdullayeva (59 kq), Aytac Akbərova (59 kq-dan yuxarı), Tural Ələkbərli, Tural Ağalarzadə ( hər ikisi 61 kq), Ayxan Mamayev, Hüseynbala Allahverdiyev (hər ikisi 68 kq), Asiman Qurbanlı, Səid Quliyev (hər ikisi 76 kq), Hüseyn Məmmədov (76 kq-dan yuxarı), kata yarışında isə Elvin Eyvazov, Tural Balcanlı və Musa Musayev iştirak edəcəklər.
18 yaşlı gənclərin yarışında kumitedə Aynur Məmmədova, Aytən Yusifqızı (hər ikisi 50 kq), Nərqiz Mehdiyeva, Cəmilə Məmmədova (hər ikisi 55 kq), Məhəmməd Quliyev (60 kq), Rəşad Hüseynov, Niyazi Əliyev, Vüsal Mədətov, Sənan Əliyev, Rüfət Musayev, Məhəmməd İsmayılov (hamısı 67 kq), Rafael Ağayev, Zeynal Mehdiyev ( hər ikisi 75 kq), Amal Atayev (84 kq), Emil Səfiyev (84 kq-dan yuxarı) iştirak edəcəklər.