Azərbaycan komandası birinci MDB Oyunlarının səkkizinci günündə yeddi medal qazanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarının səkkizinci gününü komandamız yeddi medalla başa vurub.
AZƏRTAC xəbər verir ki, cüdoçularımız qazandıqları bu medalların 2-si qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Belə ki, Səbinə Əliyeva (52 kq) və Rövşən Əliyev (60 kq) bütün rəqiblərini məğlub edərək çempion olublar. Əhməd Yusifov (60 kq) gümüş, Camal Feyziyev (+100 kq), Şəfəq Həmidova (48 kq), Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medallara sahib olublar.
Bununla da komandamızın birinci MDB Oyunlarında qazandığı medalların sayı 46-ya çatıb. Medalların 13-ü qızıl, 10-u gümüş, 23-ü bürüncdür.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]