Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan MDB–də Enerji Keçidi İndeksi üzrə birincidir

Azərbaycan MDB–də Enerji Keçidi İndeksi üzrə birincidir

Bakı, 19 may, AZƏRTAC

Dünya İqtisadi Forumu özünün yeni Enerji Keçidi İndeksi (ETI) üzrə hesabatını dərc edib. Azərbaycan indeks cədvəlində 44-cü pillədə qərarlaşıb ki, bu da MDB məkanında ən yüksək nəticədir. İndeksdə ölkəmizin mövqeyi ötən hesabatla müqayisədə 13 pillə yaxşılaşıb. Azərbaycanın 2015-ci illə müqayisədə ümumilikdə 2 faizlik artıma nail olduğu göstərilib. Ölkəmizin ETI indeksi üzrə ümumi göstəricisi 58,1 faizdir və 2020-ci il üzrə qlobal ETI göstəricisindən (55,1 faiz) də daha yüksəkdir.

AZƏRTAC xəbər verir ki, müvafiq göstərici Moldovada 52,4, Rusiya Federasiyasında 50,5, Tacikistanda 49,8, Qazaxıstanda 48,3, Ukraynada 43,3, Qırğızıstanda 42,7 faizdir. İndeksin nəticələrinə əsasən, Azərbaycan bu mövqeyinə görə Qətər, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi zəngin enerji resurslarına malik ölkələri də geridə qoymağı bacarıb. Qeyd edək ki, ETI indeksi 2 əsas sub-indeks əsasında formalaşır: enerji sistemlərinin ümumi performans qiymətləndirilməsi və enerji keçidinə hazırlıq üzrə.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibov bildirir ki, müvafiq hesabat gələcək nəsillər üçün təhlükəsiz, dayanıqlı, əlçatan və inklüziv enerji sistemlərinin qurulması üçün əsas meyarları hesablayır və bərpaolunan, alternativ enerji sistemlərinə keçidi nəzərdə tutur.

Davos Forumunun yeni hesabatında ölkələrin enerji sistemləri 40 indikator üzrə 0-100 faiz aralığında qiymətləndirilib. Hesabatda dünya əhalisinin 90 faizdən çoxunu, qlobal enerji təchizatının 93 faizi və nominal ümumi daxili məhsulun (ÜDM) 98 faizdən çoxunu təşkil edən 115 ölkə əhatə olunub. İndeksin hazırlanmasında 20 beynəlxalq və mötəbər hesab olunan məlumat təchizatçısının informasiyalarına əsaslanılıb.

A.Museyibov qeyd edir ki, performans qiymətləndirilməsi sub-indeksi üzrə 3 əsas istiqamətdə nailiyyətlər qiymətləndirilib:

- iqtisadi inkişaf və artım

- enerjiyə çıxış və təhlükəsizlik

- ətraf mühitin dayanıqlılığı

Bu istiqamətlərin hər biri üzrə isə çoxsaylı indikatorlar - enerji sənayesinin rəqabətqabiliyyətliliyi, ÜDM-ə töhfəsi, atmosfer çirklənməsi, adambaşına düşən karbon emissiyası, enerji təchizatının keyfiyyəti, təhlükəsizliyi və enerjiyə çıxış kimi mühüm amillər bərabər xüsusi çəkidə qiymətləndirilib. Enerji sisteminin performansı üzrə Azərbaycan 100 üzərindən 67 faizlik göstəriciyə nail olub ki, bu da hesabatda ən yaxşı mövqeyə malik 30 ölkədən biri olaraq qiymətləndirilib.

ETI indeksinin enerji keçidinə hazırlıq sub-indeksi üzrə qiymətləndirilməsi də 6 əsas istiqamətdə formalaşıb:

- kapital və investisiya,

- tənzimləmə və siyasi loyallıq,

- institutlar və idarəetmə,

- infrastruktur və innovativ biznes mühiti,

- insan kapitalı,

- enerji sisteminin strukturu.

Bu istiqamətlər isə enerji sektorunda kapital resurslarına çıxış, beynəlxalq öhdəliklərə sadiqlik, şəffaflıq və siyasi sabitlik, qanunların rolu, sabit maliyyələşdirmə, ticarət logistikası, nəqliyyat infrastrukturu, innovativ biznes mühiti, təhsilin keyfiyyəti, bərpaolunan enerji sektorlarında karyera imkanları, yanacaq resurslarından asılılıq və sair kimi çoxsaylı alt-indikatorlardan təşkil olunub və ölkələrin qiymətləndirilməsində bərabər çəkidə istifadə olunub. Bu sub-indeks üzrə Azərbaycanın əldə etdiyi bal 100 üzərindən 49 kimi qiymətləndirilib. Ümumiyyətlə, hesabatda diqqətçəkən mühüm bir məqam neft idxal edən ölkələrin neft ixrac edən ölkələri bir sıra parametrlər üzrə üstələməsidir ki, bu da əsasən ətraf mühitin dayanıqlılığı, yeni enerji infrastrukturuna kapital və investisiya yatırımları, enerji keçidi proseslərinə loyallıq kimi amillərlə bağlıdır. Buna əsas səbəb isə enerji idxalçılarına bərpaolunan enerji resurslarını daha çox prioritetləşdirmək istiqamətində yönələn daxili təzyiqlərlə bağlıdır. Bu baxımdan resurs ixracatçılarının bu sub-indeks üzrə balı ümumilikdə aşağı olsa da, Azərbaycan bu baxımdan Yaxın Şərqin əsas neft ixrac edən ölkələrindən daha üstün mövqeyə malikdir və MDB məkanında da ön mövqedədir.

Eyni zamanda, hesabatda vurğulanan məsələlərdən biri də odur ki, enerji sistemlərinə olan tələb son illər qlobal miqyasda xüsusilə artır. Belə ki, 2000-ci illə müqayisədə iqtisadi artım (ÜDM ifadəsində) 60 faiz olubsa, qlobal enerji tələbatı da buna müvafiq olaraq 40 faiz artıb. Məhz bu səbəbdən hər kəs üçün bərabər şərtlərlə, əlçatan və dayanıqlı enerji sisteminin qurulması xüsusi əhəmiyyətə malikdir. Koronavirus pandemiyasının da təsiri ilə hazırkı dövrdə iqtisadi, maliyyə, tənzimləyici və infrastruktur baxımından dayanıqlılıq, sabitlik effektiv enerji sistemlərinə keçid üçün ilkin şərtlərdən hesab olunur. Günün trendləri də effektiv enerji sistemlərinə keçid və iqtisadi inkişaf arasında birbaşa tətikləyici gücün olduğunu göstərir, yəni enerji keçidi iqtisadi inkişaf üçün amil olduğu kimi, dayanıqlı iqtisadi inkişaf da enerji keçidi üçün əhəmiyyətli rol oynayır. Yeni enerji sistemlərinə keçidin bir parametri olaraq, enerji təhlükəsizliyi həm də ona görə xüsusilə əhəmiyyətli hesab olunur ki, hazırda təbii qaz neftdən fərqli olaraq məhdud coğrafi məkanda paylanıb və dəyər zənciri də qeyri-adekvat hesab olunur. Bu baxımdan yeni enerji sistemlərinə istiqamətlənmə qlobal səviyyədə əhəmiyyətli hesab edilir. Bərpaolunan enerji növlərinə xərcləmələr artdıqca bu istiqamətdən əldə olunan enerjinin dəyəri də əhəmiyyətli dərcədə artır. Ancaq bununla belə hesabatda dünya ölkələrinə ətraf mühitin dayanıqlı inkişafı, siyasətlərin tənzimlənməsi, texnologiya və maliyyə yatırımlarına istiqamətlənmə də tövsiyə olunur.

2020-ci ildəki Dünya İqtisadi Forumunda da dünyanın müxtəlif regionlarından olan steykholderlər tərəfindən dayanıqlı iqtisadi inkişafa nail olmanın əhəmiyyəti xüsusi vurğulanıb. Bu baxımdan Azərbaycan iqtisadiyyatının əsas maliyyə mənbəyi karbohidrogen resurslarının istismarı ilə bağlı olsa da, 2016-cı ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına dair qlobal təşəbbüsə qoşulub. Ümumilikdə isə bu istiqamətdə atdığı uğurlu addımlarla yeni bərpaolunan enerji sistemlərinin, ətraf mühitin qorunmasının və bu kontekstdə dayanıqlı inkişafa nail olmanın ölkəmiz üçün prioritet olmasını göstərib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır