Azərbaycan millisi güləş üzrə fərdi dünya kuboku yarışlarında ilk medalını qazanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan millisi Serbiyada təşkil olunan güləş üzrə fərdi dünya kuboku yarışlarında ilk medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 55 kiloqram çəki dərəcəsində çıxış edən Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. Rusiyalı güləşçi finala yüksəldiyi üçün E.Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxıb. Erməni güləşçini vaxtından əvvəl məğlubiyyətə uğradan idmançımız bürünc medal uğrunda görüşdə iştirak hüququ əldə edib. Həlledici görüşdə qırğız həmkarından güclü olan güləşçimiz fərdi dünya kubokunu üçüncü yerdə başa vurub və bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]