Azərbaycan millisi səngər stendi üzrə qarışıq komanda yarışlarının finalına yüksəlib
Bakı, 15 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarının finalına çıxıb.
AZƏRTAC xəbər verir ki, finalda yığmamızın heyətində qızıl medal uğrunda Əli Hüseynli və Şəfəq Əmrahova yarışacaq.
Komandamız birincilik uğrunda türkiyəli Oğuzxan Tuzun və Nihan Gürerə qarşı mübarizə aparacaq.