Azərbaycan Muay-tay Federasiyasının ofisində birinci MDB Oyunlarının iştirakçıları ilə görüş olub
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan Muay-tay Federasiyasının ofisində birinci MDB Oyunlarının iştirakçıları ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, federasiyanın prezidenti Azər Həsənsoy komanda üzvlərini təbrik edərək, bəzi çatışmamazlıqları diqqətə çatdırıb. Federasiyanın vitse-prezidentləri Ramiz Quliyev və Namiq Əsgərov idmançılarımıza uğurlar arzulayıblar.
Daha sonra komanda üzvlərinə federasiyanın hədiyyələri təqdim olunub.
Xatırladaq ki, 6 idmançı ilə yarışda təmsil olunan komandamız iki gümüş və eyni sayda bürünc medal qazanıblar.