Azərbaycan musiqiçiləri Belarusda keçiriləcək “Vitebskdə slavyan bazarı” Beynəlxalq incəsənət festivalında iştirak edəcəklər
Bakı, 16 may (AZƏRTAC). İyulun 8-dən 14-dək Belarusda “Vitebskdə slavyan bazarı” XX Beynəlxalq incəsənət festivalı keçiriləcəkdir.
Belarusun Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, yubiley festivalının açılışında Nikolay Baskov, Türkiyənin və “Soprano 10”-un xor art-qrupları, Mirey Matye iştirak edəcəklər. Məşhur Space qrupunun Dide Maruani ilə birlikdə çıxışı açılış konsertinin kulminasiya nöqtəsi olacaqdır.
Festivalın proqramına, həmçinin estrada mahnıları ifaçılarının və uşaqların Beynəlxalq “Vitebsk-2011” musiqi müsabiqələri daxil edilmişdir.
Azərbaycan böyüklərin müsabiqəsində gənc müğənni Aynişan Quliyeva, balacaların yarışında isə səhnə təxəllüsü “Centlmen” olan yeniyetmə istedadlardan ibarət qrup ilə təmsil olunacaqdır.
Festival günlərində Vitebskdə beynəlxalq investisiya forumu, “Sənətkarlar şəhəri” devizi altında ənənəvi xalq sənətkarlığının nümayişi olan “Festival Vitebskdə kiçik biznes” sərgi-yarmarkası, ümumilikdə isə 70 müxtəlif əyləncəli tədbirlər keçiriləcəkdir.
Bunlardan əlavə, slavyan bazarı öz tamaşaçılarını teatr görüşləri, maraqlı filmlərlə, bədii sərgilərlə sevindirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]