AZƏRBAYCAN PAYTAXTINDA YENİ PİYADA KEÇİDLƏRİ TİKİLƏCƏKDİR
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Bakıda nəqliyyatın hərəkətinin sıxlığını nəzərə alaraq, piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yeni piyada keçidləri tikiləcəkdir.
Cari ilin sentyabrında Ziya Bünyadov prospektində inşa edilən yerüstü piyada keçidi istifadəyə veriləcəkdir. İndi keçiddə son tamamlama işləri görülür. Keçidin uzunluğu 60, eni 3,5, yerdən hündürlüyü isə 5,5 metrdir. Piyadaların rahat hərəkəti üçün keçiddə 4 eskalator quraşdırılmışdır.
Növbəti 5 yerüstü keçidin hərəkətin daha çox intensiv olduğu Nobel prospektində inşa edilməsi nəzərdə tutulur. Buradakı hər keçidin uzunluğu 40-50 metr olacaqdır. Heydər Əliyev prospektində - Bağırov körpüsünün yaxınlığında, Şəfa stadionunun qarşısında və Əzizbəyov dairəsində yerüstü piyada keçidləri inşa olunacaqdır.
Bunlardan əlavə 8-ci kilometr qəsəbəsində iki yeraltı piyada keçidinin tikilməsi planlaşdırılır. İnşası nəzərdə tutulan keçidlərin hazırda layihə-smeta sənədlərinin hazırlandığı bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]