Azərbaycan Premyer Liqası: “Sabah” öz meydanında “Keşlə”ni məğlub edib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Sabah” komandası "Keşlə"ni qəbul edib.
"Bank Respublika Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın qollarını dördüncü dəqiqədə Amin Seydiyev, 12-ci dəqiqədə isə Aleksey İsayev vurub. Matçın 47-ci dəqiqəsində Sadio Tounkara fərqi azaldıb.
Bununla da ardıcıl ikinci, son beş turda isə dördüncü qələbəsini qazanan "Sabah" xallarının sayını 14-ə çatdırıb və beşinci pillədə qərarlaşıb. "Keşlə" isə 10 xalla yeddinci sıradadır.
Qeyd edək ki, günün digər matçında "Neftçi" komandası "Səbail"i qəbul edir.
Turun digər iki görüşü noyabrın 28-də və 29-da oynanılacaq. Noyabrın 28-də "Sumqayıt" "Zirə"ni, bir gün sonra isə "Qəbələ" komandası "Qarabağ"ı qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]