İDMAN
Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşib
![Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşib](/files/2017/3/1200x630/15094435763858854789_1200x630.jpg)
Bakı, 31 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında - noyabrın 4-də “Qəbələ” öz meydanında “Səbail” klubunu qəbul edəcək. Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.
Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.
Qeyd edək ki, turnir cədvəlinə 22 xalla "Qarabağ" başçılıq edir. "Zirə" klubu 21 xalla ikinci pillədədir. İlk üçlükdə isə 19 xalla "Qəbələ" qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (13 xal), “Sumqayıt” (13), “Səbail” (9), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.07.2024 [17:50]
AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir
- 04.07.2024 [16:57]
“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb
- 04.07.2024 [16:26]
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub
- 04.07.2024 [15:42]
“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib
- 04.07.2024 [15:08]
“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib
- 04.07.2024 [14:33]
Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb
- 04.07.2024 [13:53]