Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN ERMƏNİSTANDAKI SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oktyabrın 30-da Prezident sarayında Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Con Ordveyi qəbul etmişdir. 

Qonağı səmimiyyətlə qarşılayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi:

-Hörmətli cənab səfir, Azərbaycana xoş gəlmisiniz. Amerikanın Azərbaycandakı səfirini də salamlayıram, çoxdandır görməmişdim. Güman edirəm ki, sizin Azərbaycana səfərinizin məqsədi Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar müəyyən məlumatlar toplamaq və bizə kömək etməkdən ibarətdir. Əgər belədirsə, mən bu təşəbbüsü alqışlayıram, bundan çox məmnunam.

Prezident Heydər Əliyevə təşəkkür edən səfir CON ORDVEY dedi:

-Cənab Prezident, ilk öncə Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, vaxtınızı ayırıb bizimlə görüşürsünüz. Buna görə Sizə minnətdaram. Sizinlə görüşmək bizim üçün çox xoşdur. Sizin dediyiniz kimi, həqiqətən, bizim belə bir məqsədimiz vardır və bu təşəbbüs bizim hər ikimizdən, xüsusilə səfir Uilsondan gəlibdir ki, Azərbaycanda və Ermənistanda olan Amerika səfirləri qarşılıqlı səfərlər etsinlər. Altı ay bundan əvvəl cənab Uilson Ermənistanda oldu və indi mən Azərbaycandayam.

Burada olduğum müddətdə tələbələrlə, dini icmaların, müxalifət partiyalarının nümayəndələri ilə, deputatlarla və rəsmi adamlarla görüşmüşəm. Azərbaycan haqqında daha geniş məlumat əldə etmişəm. Çalışmışam ki, məsələnin dərinliyini anlayım, Azərbaycanın mövqeyini başa düşüm. Bundan sonra inamım daha da artıbdır ki, gərək hamımız münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün gücümüzü sərf edək.

Əlbəttə, Minsk qrupu və həmsədrlər bu məsələnin həlli ilə ciddi məşğul olurlar. Biz də - cənab Uilson da, mən də çalışırıq ki, bu prosesə dəstək verək, öz mövqeyimizi bildirək.

Minsk qrupunun həmsədrləri də, ona daxil olan ölkələr də belə fikirdədirlər ki, məsələni sülh yolu ilə həll etmək lazımdır. Sizin özünüz də dəfələrlə bunun tərəfdarı olduğunuzu bildirmisiniz. Mən də bunu Prezident Koçaryandan dəfələrlə eşitmişəm. Beləliklə, hamımız bu fikirdəyik ki, məsələnin həllinin müharibə yolu yoxdur. Ona görə də siyasi kompromislər axtarmaq lazımdır, siyasi iradə olmalıdır ki, məsələ həll olunsun. Məsələnin həlli nəticəsində həm sizin ölkənizin, həm Ermənistanın, həm də ümumiyyətlə, regionun inkişafı təmin edilər. Biz də öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, buna yardımçı olaq.

Onu da demək istəyirəm ki, yenidən Bakıda olmaq mənim üçün çox xoşdur, sevindiricidir. Mənə 1986-cı ildə də buraya gəlmək müyəssər olmuşdur. İndi Bakıda çox böyük, müsbət dəyişikliklərin şahidiyəm. O zaman Gənc Amerika Siyasi Liderləri deyilən bir qurum var idi. Mən onun nümayəndələrinin tərkibində buraya gəlmişdim.

HEYDƏR ƏLİYEV: Çox gözəl, müqayisə etmək imkanınız da var.

CON ORDVEY: Əbəttə, müqayisə etməyə imkan vardır. Lakin bu heç müqayisə olunası deyildir. Çünki bu dəfə Bakını daha firavan, daha gözəl, daha yaraşıqlı görürəm.

HEYDƏR ƏLİYEV: Çox sağ olun. Mən sizi çox diqqətlə dinlədim və Azərbaycana bu səfərinizi, burada apardığınız işləri bəyənirəm. Bu, bizə lazımdır, xüsusən, Azərbaycana lazımdır. Çünki lazımdır ki, həm Ermənistanda, həm Vaşinqtonda, həm Minsk qrupunda, həm də həmsədrlərdə - hamıda Azərbaycanın bugünkü reallığı haqqında, - mən bunu Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olaraq deyirəm, - doğru-düzgün, dolğun məlumat olsun. Mənim şübhəm yoxdur, təbiidir ki, Amerikanın Azərbaycandakı səfirliyi, səfir və onun işçiləri bu vəzifəni həyata keçirirlər. Amma eyni zamanda, münaqişənin o tərəfində olan ölkədəki Amerika səfirinin də Azərbaycanda olmasının, burada müəyyən bilgilər toplamasının və məlumatı ümumiləşdirməsinin çox əhəmiyyəti var.

Siz bizim dövlətimizin, şəxsən Azərbaycan Prezidentinin Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar mövqeyini yaxşı bilirsiniz. Mövqe məlumdur, mən dəfələrlə demişəm - biz məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq və bundan sonra da çalışmalıyıq. Ancaq məsələnin uzun müddət həll olunmaması, sülh yolu ilə həll edilməsi haqqında verdiyimiz vədlərin yerinə yetirilməməsi, təbiidir, bizim cəmiyyətdə müxtəlif fikirlər, müxtəlif əhval-ruhiyyə oyadır. Güman edirəm ki, siz onu bu günlərdə görmüsünüz və eşitmisiniz.

Mən bu gün də deyirəm, məsələni sülh yolu ilə həll etmək lazımdır. Ancaq indiyə qədər məsələnin həll olunmaması, Ermənistanla müqayisədə Azərbaycanın vəziyyətini çox-çox ağırlaşdırır. Mən Ermənistanın daxili iqtisadi-siyasi vəziyyətini kənara qoyaraq, demək istəyirəm ki, Ermənistan torpağının bir metri də işğal olunmayıbdır. Ermənistanın öz ərazisindən olub köçkün vəziyyətində yaşayan insanlar yoxdur. Çadırlarda yaşayanlar yoxdur. Ən əsası odur ki, Ermənistanın ərazisi tamamilə öz əlindədir. Ərazi bütövlüyü hər bir suveren dövlətin əsasını təşkil edir. Ermənistanda ərazi bütövlüyü onun dövlət müstəqilliyi əldə etməsindən indiyə qədər tam mövcuddur. Amma Azərbaycanda yox. Ölkəmizin ərazi bütövlüyü pozulubdur və indiyə qədər biz onu bərpa edə bilmirik. Bax, fərq bundan ibarətdir.

Təbiidir ki, məsələnin uzanması Ermənistan üçün də əlverişli deyildir. Lakin bu, Ermənistanı bizim düşdüyümüz kimi ağır vəziyyətə salmır. Ona görə Prezident Koçaryan danışıqlarda bəzən mənə deyir ki, biz indiyə qədər belə yaşamışıq və bundan sonra da yaşaya bilərik. Dağlıq Qarabağ Ermənistanla birbaşa birləşdirilib, ikinci tərəfdən, Dağlıq Qarabağ özünü “müstəqil dövlət” elan edibdir. Düzdür, onu müstəqil dövlət kimi tanıyan dövlət yoxdur. Amma ayrı-ayrı siyasi xadimlər Dağlıq Qarabağı ziyarət edirlər, onu tanıyırlar, belə hallar var.

Bu gün mən məlumat aldım, Ermənistan mətbuatında dərc olunmuşdur ki, ABŞ-ın 46 konqresmeni Dağlıq Qarabağın tanınması haqqında bəyanat veriblər. Arkadi Qukasyanı və Dağlıq Qarabağı orada keçirilmiş seçkilər münasibətilə təbrik edirlər, onun tam “demokratik ölkə” olduğunu bəyan edirlər və hətta dövlətləri, ölkələri də çağırırlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanısınlar.

Mən bir neçə gün öncə belə məlumat aldım ki, İngiltərədə, bilmirəm, deyəsən, Lordlar palatasında, yoxsa haradasa, bir neçə lordun təşəbbüsü ilə Dağlıq Qarabağın müstəqilliyi haqqında məsələ müzakirə etmək istəyirlər.

Bu məlumatları sizə çatdıraraq, istəmirəm düşünəsiniz ki, mən Amerika Birləşmiş Ştatlarını bu barədə qınayıram. Bunları mən sizə çatdırıram ona görə yox ki, məsələn, mənə izahat verəsiniz, nə üçün bu konqresmenlər belə edirlər. Mən bunu başa düşürəm, siz nə deyə bilərsiniz? Bunları ona görə deyirəm ki, Dağlıq Qarabağ, Ermənistan belə halda yaşaya bilər. Amma Azərbaycan yaşaya bilmir. Fərq bundan ibarətdir. Ona görə də bu məsələnin həllinə yardım edə bilən hər bir kiçik qüvvəyə bizim hörmətimiz var. Biz bu vəziyyətdən çıxmalıyıq. Bu, ya sülh yolu ilə həll olunmalıdır, yaxud da ki, xalq müharibəyə qalxıb öz torpaqlarını azad etməlidir. Üçüncü yol yoxdur. Biz müharibəni kənara qoyuruq, qeyri-məqbul hesab edirik. Deməli, bir yol qalır: sülh yolu. Bəs, sülh yolu ilə daha nə etmək, hansı tədbirləri görmək olar? Mənim sizinlə söhbətim bax, buna aiddir.

CON ORDVEY: Cənab Prezident, icazə verin, ilk əvvəl mən Sizə bildirim ki, Amerika Birləşmiş Ştatlarında xarici siyasəti Konqres deyil, Prezident müəyyən edir. Prezident Buşun da belə niyyəti yoxdur ki, Dağlıq Qarabağ adlandırılan bir qurumu tanısın. O da Sizə və hamıya məlumdur ki, heç bir dövlət Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır.

HEYDƏR ƏLİYEV: Cənab səfir, sizə dedim ki, mən bundan narahat deyiləm. Bilirəm ki, cənab Buş onu heç vaxt tanımaz, hər hansı dövlət tanımaz. Mən bundan narahat deyiləm. Mən bunu sizə fakt kimi ona görə deyirəm ki, siz biləsiniz, məsələn, Dağlıq Qarabağ, Ermənistan belə vəziyyətdə yaşaya bilər. O ki qaldı, siyasətə, mən ABŞ-da kimin hansı siyasət apardığını bilirəm. Amma 907-ci maddənin götürülməsini Prezident Konqresə qəbul etdirə bilmirdi. Xarici təxsisatları Konqres verir. Konqres bu il yenə Dağlıq Qarabağa maliyyə yardımı ayırıb və Prezident də bunu təsdiq edibdir. Nəhayət, sizi, Amerika Birləşmiş Ştatlarının xarici ölkələrdəki səfirlərini də Konqres təsdiq edir. Beləliklə, Konqres xarici siyasətdən kənarda deyildir. Bunu sizə, sadəcə, cavab üçün dedim. Amma gəlin, bunun üzərində dayanmayaq, əsas məsələyə keçək.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və ABŞ-ın Bakıdakı səfiri Ross Uilson iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir