Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV AFR-İN SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 27-də Prezident sarayında Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Klaus Qrevlixi qəbul etmişdir.

Dövlətimizin başçısı səfiri salamlayaraq onunla hal-əhval tutdu.

Səfir KLAUS QREVLİX səmimi qəbul üçün təşəkkür edərək dedi ki, firavan gələcəyi olan belə gözəl ölkədə özümü ancaq yaxşı hiss edə bilərəm. Cənab Prezident, Siz həmişə qeyd etmisiniz ki, Almaniyanın sənayesi Azərbaycan iqtisadiyyatına böyük sərmayə qoymayıbdır. Amma bildirmək istəyirəm ki, bu vəziyyət dəyişmək ərəfəsindədir. Bu yaxınlarda Azərbaycanda “Mannesman” şirkətinin törəmə şirkəti yaradıldı. O, neft boru kəmərlərinin qorunması ilə məşğul olacaqdır. Onlar neft kəmərlərinin həm daxili, həm xarici qoruyucu sistemlərini yaradırlar.

Bu yaxınlarda “Valterbau” şirkəti də bir zavod yaratdı, əsasən, dəmir yolu üçün beton şpallar istehsal edir. Mən əminəm ki, bu zavod nəinki Azərbaycanın tələbatını ödəyəcək, həm də region üçün məhsul istehsal edəcəkdir. Gələcəkdə bir sıra başqa şirkətlərin də burada fəaliyyət göstərməsi gözlənilir.

Cənab Prezident, bilirik ki, Siz sənayenin inkişafına xüsusi diqqət yetirirsiniz. Əmin olmaq istərdim ki, sənayeyə sərmayə qoyuluşu getdikcə artacaqdır. Bu da gələcəkdə ölkənizdə sabitliyin daha da möhkəmlənməsinə zəmin yaradacaqdır. İnşaallah, Sizin rəhbərliyiniz altında Azərbaycanın sənayesi və iqtisadiyyatının başqa sahələri bundan sonra da inkişaf edəcəkdir.

Prezident HEYDƏR ƏLİYEV səfirə müraciətlə dedi: Çox məmnunam ki, siz mənim bu barədə fikirlərimi nəzərə almısınız və Almaniyanın böyük sənaye şirkətlərinin Azərbaycanda fəaliyyətinin təmin olunması üçün səylər göstərmisiniz. “Mannesman” şirkətini mən tanıyıram. Bu, çoxdankı, dünyada məşhur olan böyük şirkətdir. Onun Azərbaycana gəlməsini alqışlayıram. Mən belə başa düşdüm ki, həmin şirkət boruları korroziyadan mühafizə etmək işlərini görəcəkdir.

Burada şpal istehsal edən zavod açmağınız da çox sevindirici haldır. Birincisi, Azərbaycanın şpala tələbatı var. Təkcə Azərbaycanın yox, bütün bölgənin buna ehtiyacı var. Ona görə də o zavod burada çox işlər görə bilər. Mən arzu edirəm ki, bu işlər davam etsin, Azərbaycana yeni şirkətlər gəlsin.

KLAUS QREVLİX: Cənab Prezident, mən bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında, Kolorado ştatında idim, orada bir konfrans keçirilirdi. Bu konfransda Bill Klinton və Madlen Olbrayt da iştirak edirdilər. Makedoniya Prezidenti Traykovski də gəlmişdi. Dünyanın hər yerindən çoxlu qonaqlar vardı. Konfransın mövzusu “Terrorizmə qarşı mübarizə və demokratiyanın inkişafı” idi. Mənə elə gəlir ki, demokratiyanın inkişafı ilə terrorizmə qarşı mübarizə arasında xüsusi əlaqə var. Konfransda islamın müasirliyi məsələsinə də toxunulmuşdu. Orada mən Azərbaycanın mövqeyini müdafiə edirdim. Mən öz çıxışımda dedim ki, Azərbaycan müasir islam ölkəsinin modelidir. Dəfələrlə qeyd etdim ki, Azərbaycanda ali təhsilli gənclər çoxdur. Mən həmçinin Azərbaycanın dahi musiqiçiləri, mədəniyyət sahəsində çalışan şəxslər haqqında da məlumat verdim. Eyni zamanda, ölkənizin tolerantlığı haqqında da danışdım. Çıxışımda bildirdim ki, Azərbaycanda şeyxülislam yepiskopla, yaxud da yəhudilərin dini icmasının rəhbəri ilə birlikdə tədbirlərdə iştirak edir, bir masa arxasında əyləşir. Azərbaycanda dinlər arasında heç vaxt heç bir məhdudiyyət qoyulmur.

 

Eləcə də Azərbaycanın mövcud potensialı haqqında məlumat verdim.

Orada mən Dağlıq Qarabağ münaqişəsinə də toxundum. Dedim ki, Azərbaycanın diplomatiyası ölkə Prezidentinin rəhbərliyi altında bir növ “hücuma keçibdir”. Mən dedim ki, Azərbaycan bu problemi mərhələ-mərhələ yox, birdəfəlik həll etmək istəyir. Lakin son vaxtlar dəmir yolunun bərpası barədə fikirlər var, yaxud da belə bir fikir meydana çıxıbdır ki, əvvəlcə dörd rayon işğaldan azad olunsun və sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparılsın. Mənə elə gəlir ki, münaqişənin aradan qaldırılması üçün Azərbaycan təşəbbüs göstərir və müsbət addımlar atır.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri də çox böyük əhəmiyyətə malikdir. Çünki bu kəmərlə bağlı bir sıra ölkələr regionda sabitliyin yaranmasında maraqlıdırlar. Orada mən Azərbaycan haqqında çox məlumat verdim. Azərbaycanda baş verən müsbət dəyişiklikləri, buradakı gözəl ab-havanı təsvir edə bildim.

Konfransın sonunda Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Madlen Olbrayt mənə yaxınlaşaraq xahiş etdi ki, onun məktubunu şəxsən Sizə çatdırım. İcazə verin, həmin məktubu Sizə təqdim edim. Bəlkə də bu Sizə qəribə görünər ki, bunu nə üçün məhz Almaniyanın Azərbaycandakı səfiri təqdim edir. Ola bilər, bu da qloballaşmanın bir hissəsidir.

HEYDƏR ƏLİYEV: Bu da çox yaxşı haldır. Cənab səfir, təşəkkür edirəm. Koloradoda beynəlxalq konfransda iştirakınız və Azərbaycan haqqında geniş məlumat verməyiniz barədə dedikləriniz məni çox sevindirir. Mən belə başa düşürəm ki, siz Almaniyanın Azərbaycandakı səfiri olaraq, eyni zamanda, Azərbaycanı çox sevən və ölkəmizdə gedən işləri yüksək qiymətləndirən adam kimi bu işləri görmüsünüz. Bizim buna çox ehtiyacımız var. Çünki Azərbaycan haqqında geniş məlumatlar, izahatlar verməyə böyük ehtiyac var. Təəssüflər olsun ki, hələ heç də hər yerdə Azərbaycan haqqında həqiqətləri olduğu kimi bilmirlər. Ona görə də sizin bu təşəbbüsünüzü və oradakı geniş fəaliyyətinizi mən yüksək qiymətləndirir və sizə təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bundan sonra da bu istiqamətdə fəaliyyətinizi davam etdirəcəksiniz.

 

Xanim Olbraytdan gətirdiyiniz məktuba görə də təşəkkür edirəm. O, çox yaxşı və dəyərli insandır. Mən onu çoxdan tanıyıram. Əvvəllər Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi idi. O vaxt mən onu Azərbaycana dəvət etmişdim, gəldi, burada görüşdük və Azərbaycanla tanış oldu. Sonra Prezident Klinton onu özünün xarici işlər naziri vəzifəsinə təyin etdi. Həmin vəzifədə olduğu dövrdə mən onunla çox tez-tez görüşürdüm. Yaxşı əməkdaşlıq edirdik. Bizim bölgənin problemlərini o yaxşı bilirdi. Xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar çox fəaliyyət göstərirdi. O vaxt mən ona deyirdim və o da mənə deyirdi ki, biz şəxsi dostuq. Təəssüf ki, vəzifədən ayrılandan sonra onunla heç bir əlaqəm olmayıbdır. Ona görə də bu məktub mənim üçün çox əhəmiyyətlidir. Mən mütləq ona cavab yazacağam və Amerika Birləşmiş Ştatlarında olanda mütləq onunla görüşəcəyəm.

X x x

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ