Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN FRANSALI HƏMSƏDRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev noyabrın 4-də Prezident sarayında ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Anri Jakoləni qəbul etmişdir. 

Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV onu Minsk qrupunun tərkibində Fransanın nümayəndəsi təyin olunması münasibətilə təbrik edərək dedi ki, arzu edirəm, sizinlə əməkdaşlığımız uğurlu olsun. Təəssüflər olsun ki, Fransa Minsk qrupundakı nümayəndəsini bir neçə dəfə dəyişibdir. Doğrudur, artıq Minsk qrupu on ildir fəaliyyət göstərir, orada bir vəzifədə on il heç kəs işləyə bilməz. Amma nümayəndəni bir ildən yox, heç olmasa üç-dörd ildən bir dəyişdirmək daha məqsədə uyğun olar. Amma mən güman edirəm ki, Minsk qrupu bundan sonra uzun müddət davam etməyəcəkdir. Biz bu məsələni həll edəcəyik və Minsk qrupu da öz fəaliyyətini sona çatdıracaqdır.

Təbii ki, bizim sizinlə əməkdaşlığımız, ümumiyyətlə, Minsk qrupu ilə Azərbaycanın, Ermənistanın gələcək əməkdaşlığından asılı olacaqdır. Mən isə düşünürəm ki, bizim əməkdaşlığımız bundan sonra həm uğurlu, həm də sürətli olmalıdır. Çünki biz bu məsələnin bundan sonra da uzadılmasına yol verməməliyik. Mən sizi bu arzularla salamlayıram.

Səmimi qəbula görə təşəkkürünü bildirən Minsk qrupunun fransalı həmsədri ANRİ JAKOLƏN dedi ki, cənab Prezident, daha üstün tutardım ki, Siz məni bir qədər sonra təbrik edəsiniz. Yəni o gün ki, Dağlıq Qarabağ problemi həm Azərbaycanın, həm də Ermənistanın razılığı ilə həll olunsun. Mən əslində, cənab Perneni yox, Filip dö Surməni əvəz edirəm. İş elə gətirdi ki, - Sizin bundan xəbəriniz var, - cənab Surməni əvəz edən adam onun yerinə təyin olunmadı. İndi Xarici İşlər Nazirliyində Avropa idarəsinin rəisi işləyən cənab Perne bu müddət ərzində həmsədr vəzifəsini icra edirdi.

Ancaq indi nazirimiz cənab Vilpən hesab edir ki, peşəkar bir diplomat bu məsələyə bütün vaxtını sərf edərək, münaqişənin həlli ilə məşğul olmalıdır. Bunun bir səbəbi də ondan ibarətdir ki, Prezident Jak Jirak münaqişənin həlli məsələsini çox yaxından, diqqətlə izləyir. Məni bu vəzifəyə dəvət etdilər və Sizə söz verirəm ki, onu vicdanla yerinə yetirməyə hazıram.

Fransa diplomatı bundan əvvəlki fəaliyyəti barədə qısa məlumat verərək dedi ki, münaqişəli bögələrdə - Bosniyada, Kiprdə səfir işləmiş, ATƏT-in sədrinin nümayəndəsi kimi Silahlara nəzarət komissiyasında çalışmışam. Həmin işlərdə topladığım təcrübədən bu münaqişənin həllində istifadə etmək istəyirəm və buna böyük ümid bəsləyirəm. Burada olduğum müddətdə başa düşdüm ki, münaqişə nəticəsində Azərbaycan əhalisi, xüsusilə qaçqınlar nə qədər əziyyət çəkirlər. Mən Bosniya və Herseqovinada üç il qaçqınların yanında olmuşam, doğma torpaqdan qovulmağın, ailəni itirməyin nə olduğunu bilirəm. Bu vəziyyəti daha yaxşı başa düşmək üçün mən qaçqınlara baş çəkmək istəyirəm.

HEYDƏR ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Özünüz söylədiniz və mən də sizin tərcümeyi-halınızla bu gün tanış olmuşam. Peşəkar diplomat kimi siz, həqiqətən, çox iş görə bilərsiniz. Dediniz ki, Bosniya və Herseqovinada üç il olmusunuz. Bəli, orada qanlı münaqişələr, çoxlu tələfat olub, insanlar öz yerlərini itiriblər. Oraya beynəlxalq sülhyaratma qüvvələri daxil olubdur, indi də onlar oradadırlar.

 

Məhz bunların nəticəsində, bir neçə böyük ölkənin razılaşması nəticəsində orada münaqişə müəyyən qədər söndürülübdür. Amma nə qədər söndürülübdür, siz onu məndən yaxşı bilirsiniz. Hesab edirəm ki, ümumiyyətlə, həm diplomatik işdə, həm də münaqişə olan ölkələrdə işləməyiniz baxımından sizin təcrübəniz çoxdur. Beləliklə, Azərbaycan sizinlə, Fransanın nümayəndəsi ilə əməkdaşlığa başlayır. Yəni bu əməkdaşlığımızı indi Fransa tərəfindən sizin iştirakınızla davam etdiririk. Çox məmnunam ki, siz bu işə başlamazdan əvvəl məhz qaçqınlar düşərgəsinə getmək, onların vəziyyətini öz gözlərinizlə görmək istəyirsiniz. Amma güman edirəm ki, siz Bakıdan kənardakı düşərgələrdən birinə gedəcəksiniz. Şəhərin içindəki qaçqınlarla görüşmək də təsəvvür yaradır, amma yaxşı olar ki, ya Biləsuvara, ya İmişliyə və ya Bərdəyə gedəsiniz, yaxud da istədiyiniz başqa yerə, gedəsiniz. Hər halda, bizim Qaçqınlar Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov sizə bu barədə kömək edə bilər. Sizin səfir də bunları yaxşı bilir. O, oralarda olubdur, sizə məsləhətlər verə bilər.

X X X

Qəbulda Prezidentin Kabitliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov və Fransanın ölkəmizdəki səfiri xanım Şantal Puare iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam