Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BEYNƏLXALQ VALYUTA FONDUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 17-də Prezident sarayında Beynəlxalq Valyuta Fondunun (BVF) ikinci Avropa departamentinin direktoru Con Odlinq-Sminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev onların ölkəmizə səfərindən məmnun qaldığını, baş nazir Artur Rasizadə ilə, dövlət müşaviri Vahid Axundovla, digər rəsmi şəxslərlə görüşlərindən xəbərdar olduğunu bildirdi.

Cənab Con Odlinq-Smi səmimi qəbula görə təşəkkür edərək dedi ki,

təəssüflər olsun, Azərbaycana az-az gəlirəm, ona görə də ölkədə nələr baş verdiyi barədə tam təsəvvürə malik olmaq mənim üçün vacibdir. Əlbəttə, mən öz həmkarlarımdan informasiya alıram. Təxminən iki il əvvəlki səfərimdən bəri ölkədə makroiqtisadi göstəricilər çox əlverişli olmuşdur. İqtisadi artımın sürətinə görə Azərbaycan MDB ölkələri arasında, əslində, liderdir və burada inflyasiya çox aşağıdır. Bu, çox yaxşı göstəricidir. Əlbəttə, bu, qismən neftlə izah edilir, lakin təkcə bununla deyil, həm də onunla izah edilir ki, Maliyyə Nazirliyi və Milli Bank çox yaxşı makroiqtisadi siyasət aparırlar. Struktur islahatları da yaxşı gedir. Deməliyəm ki, təxminən iki il əvvəl məndə müəyyən narahatlıq yaranmışdı ki, islahatlar prosesi bir qədər zəifləmişdir. Lakin təxminən bir il əvvəl islahatlar yenidən yüksək sürətlə aparılmağa başlandı və indi bu proses çox yaxşı gedir.

Əlbəttə, siz hər il struktur islahatlarının yeni mərhələsinə başlayırsınız və təzə məsələlərlə qarşılaşırsınız. Siz onları həll etməlisiniz. Bunun əlamətlərindən biri də odur ki, indi sərmayələr üçün əlverişli şərait yaradılmasına çox böyük diqqət yetirirsiniz. Bunun təzahürlərindən biri də odur ki, siz həm Azərbaycan biznesmenləri ilə, həm də xarici biznesmenlərlə görüşlər keçirdiniz. Ümidvarıq ki, bu görüşlər əsasında çox müsbət tədbirlər görüləcəkdir.

O ki qaldı Azərbaycan ilə BVF arasındakı münasibətlərə, biz bundan, xüsusən Maliyyə Nazirliyi, Milli Bank, Prezidentin İcra Aparatı ilə əlaqələrimizdən çox məmnunuq.

Biz bərabər hüquqlu tərəflər kimi açıq diskussiyalar və müzakirələr aparırıq və ümid edirik ki, bu müzakirələr sizin üçün faydalı olacaqdır. Bizə isə bu müzakirələr ölkədə vəziyyət barədə daha çox məlumat almağa imkan verir.

Bildiyiniz kimi, indi yoxsulluğun azaldılması və iqtisadi inkişafa kömək proqramının həyata keçirilməsinin ikinci ili gedir. İndiyədək biz bu proqram üzrə ikinci icmalı başa çatdırmalı idik, lakin müəyyən ləngimə olmuşdur. Mənim səfərimin əsas məqsədlərindən biri də yaranmış maneələri aradan qaldırmaqdan ibarətdir ki, 1, yaxud 2 aydan sonra BVF-nin növbəti missiyası gələndə bu icmalı başa çatdırmaq barədə razılıq əldə etmək mümkün olsun.

Ləngimənin iki səbəbi olmuşdur. Əvvəla, hökumət Beynəlxalq Bankın özəlləşdirilməsi cədvəlini hələ təqdim etməmişdir. Bundan başqa, enerji daşıyıcılarının daxili bazar qiymətlərinin dünya qiymətləri ilə uyğunlaşdırılması cədvəli üzrə razılaşma əldə olunmamışdır. Bu tədbirlərin hər ikisi Sizin hökumətinizlə razılaşdırılmışdır və indi əsas məsələ onların yerinə yetirilməsi cədvəllərini razılaşdırmaqdan və həyata keçirilməsi üçün konkret tədbirlər görməkdən ibarətdir.

Beynəlxalq Banka gəldikdə isə, ötən 2-3 illik gecikmədən sonra bu prosesə yeni təkan vermək lazımdır. Bütün tələblərə cavab verəcək və idarəetməni lazımi səviyyədə təmin edəcək investor tapmaq lazımdır. Bildiyimizə görə, belə investor vardır.

Enerji daşıyıcılarının qiymətlərinin uyğunlaşdırılmasına gəldikdə isə, zənnimcə, hamı başa düşür ki, bunu bazar münasibətlərinə keçid prosesinin müəyyən mərhələsində və enerji ehtiyatlarından israfçılıqla, səmərəsiz istifadəni aradan qaldırmaq üçün etmək lazımdır. Əlbəttə, hər hansı ölkə belə genişmiqyaslı dəyişiklikləri bir gün ərzində həyata keçirə bilməz. Lakin, zənnimcə, müəyyən müddətdən sonra lazımi ardıcıl tədbirlər sayəsində bunu həyata keçirmək tamamilə real bir işdir və biz bunun öhdəsindən gələ bilərik.

Prezident Heydər Əliyev dedi ki, biz Beynəlxalq Valyuta Fondu ilə neçə illlərdir ki, əməkdaşlıq edirik. Ötən illərdə bu sahədə problemlər, çətinliklər də olubdur. Bəzən Beynəlxalq Valyuta Fondunda bizim islahatların aparılması, ümumiyyətlə, iqtisadi siyasətimizlə bağlı tədbirlərin həyata keçirilməsi barəsində müəyyən şübhələr də olmuşdur. Amma sonrakı illər sübut etdi ki, onlar əsassızmış və biz Beynəlxalq Valyuta Fondu ilə çox səmərəli əməkdaşlıq edirik.

Siz Azərbaycanın iqtisadi, maliyyə nailiyyətləri haqqında çox müsbət fikirlər söylədiniz. Bilirsiniz ki, bu nailiyyətləri əldə etmək heç asan deyildi, bizim qarşımızda çox çətinliklər var idi, mühafizəkar fikirli adamlar da, işimizə maneçilik edənlər də vardı. Bu da bəzən sizdə inamsızlıq yaradırdı. Amma mən Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığımız illərindən həmişə bəyan etmişəm ki, bizim tutduğumuz yol islahatlar yoludur, bazar iqtisadiyyatı yoludur. Şəxsən mən Azərbaycan Prezidenti vəzifəsini üzərimə götürərkən bu yolu tutduğumu bəyan etmişəm və bu yol ilə də gedirik. İndi siz deyəndə ki, biz Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr içərisində birinci yerdəyik, yaxud da birinci yerlərdəyik, əlbəttə, bu, məndə böyük iftixar hissi doğurur, amma arxayınlaşdırmır. Çünki hələ çox iş görmək lazımdır.

Neftin qiymətləri haqqında keçən dəfə də söhbətlər aparmışdınız. Biz başa düşürük ki, siz bu məsələni düzgün qoyubsunuz. Ancaq siz də bizim bu barədə çətinliklərimizi başa düşürsünüz. Beynəlxalq Bankın özəlləşdirilməsi, sadəcə, təsadüfü hallara görə belə gecikdi. Yəni burada problem yoxdur, sadəcə, vaxt lazımdır.

 

Azərbaycan Prezidenti özəlləşdirmə məsələsindən danışaraq vurğuladı ki, bu proses daha da sürətlə getməli və başa çatmalıdır. Bu da mənim siyasətimin əsas hissələrindən biridir. Amma bu sahədə də əldə etdiyimiz təcrübə bizə bir çox şeyləri öyrətdi. Biz bir çox tikiş fabriklərini özəlləşdirdik, sahibkarlar aldı, qapısına qıfıl vurub getdilər. İndi nə fabrik var, nə kollektiv var, nə də məhsul var. Bu, təkcə bizdə deyildir. Xatirimdədir, 1994-cü ildə Budapeştdə ATƏT-in zirvə görüşü zamanı Macarıstanın baş naziri ilə söhbət etdim. Onunla keçmişdən tanış idik. Mən Sovet hökumətində rəhbər vəzifədə olanda, o da Macarıstanın rəhbərlərindən biri idi. Ondan soruşdum ki, siz özəlləşdirməni çox sürətlə apardınız, nəticəsi nədir? Dedi ki, çox ağırdır. Soruşdum, niyə? Dedi ki, böyük fabrikləri, zavodları tez özəlləşdirdik ki, özəl sektor onları yaxşı işlətsin. Xarici ölkələrin investorları da özəlləşdirdilər. Onlar gəlib aldılar, qıfıl vurdular, öz ölkələrinə çıxıb getdilər.

Ancaq bu, hesab edirəm ki, Macarıstanın özəlləşdirmə prosesinin dayandırılmasına gətirib çıxarmadı, əksinə, Macarıstan inkişaf etdi. Biz də bundan qorxub özəlləşdirməni nə ləngidə bilərik, nə də dayandıra bilərik.

Dünya təcrübəsindən məlumdur ki, özəlləşdirmə heç də dərhal öz müsbət nəticəsini vermir. Buna da vaxt lazımdır. Biz özəlləşdirməni aparmalıyıq, özəl sektora kömək etməliyik.

Siz mənim sahibkarlarla görüşlərim haqqında danışdınız. Onların nəticələri öyrənilib, təhlil olunub, yekunlaşdırılıbdır. Güman edirəm, iyulun sonuna qədər bu görüşlərin nəticəsi ilə əlaqədar nəzərdə tutduğum müşavirəni keçirəcəyəm və lazımi fərmanlar, qərarlar qəbul edəcəyəm. Bunlar hamısı özəl sektorun inkişafına daha da yaxşı kömək edəcəkdir.

Qəbulda iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ