AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BMT-NİN 50 İLLİK YUBİLEY TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİR
Oktyabrın 20-də dövlətimizin başçısı Nyu-Yorkda Azərbaycan icmasının nümayəndələri ilə görüşmüş, respublikamızdakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün ölkə rəhbərliyinin gördüyü işlər barədə onlara ətraflı məlumat vermişdir.
Oktyabrın 21-də Azərbaycan Prezidenti Heydər Əliyev Yunanıstan Prezidenti Konstantinos Stefanopulos ilə görüşmüşdür.
Elə həmin gün BMT-nin Baş katibi Butros Butros-Qali ilə Azərbaycan Prezidenti Heydər Əliyev arasında danışıqlar olmuşdur.
Azərbaycan dövlətinin başçısı Finlandiya, Pakistan, Estoniya, Norveç və İsrailin dövlət və hökumət rəhbərləri ilə görüşmüşdür.
Oktyabrın 22-də Azərbaycan Prezidenti Heydər Əliyev BMT Baş Məclisinin xüsusi təntənəli iclasında çıxış etmişdir. Azərbaycan dövlət başçısının çıxışı böyük diqqətlə dinlənilmiş və gurultulu alqışlarla qarşılanmışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton ilə də görüşəcəkdir.
ABŞ Prezidenti Bill Klinton BMT Baş Məclisinin xüsusi təntənəli iclasında çıxış edərkən Birləşmiş Millətlər Təşkilatını şər qüvvələrə qarşı mübarizə vasitəsi adlandırmışdır. O, BMT-də islahatlar aparmağın zəruriliyini və işə əngəl törədən bəzi məsələlərin aradan qaldırılmasının mümkünlüyünü də vurğulamışdır.
Yubileyə həsr olunmuş xüsusı təntənəli iclasda çıxış edən BMT-nin Baş katibi Butros Butros-Qali demişdir ki, hər hansı bir dövlətin daxilində baş qaldıran separatçılıq müasir dünyada siyasi sabitlik üçün böyük təhlükədir.
qaldırılması məsələləri Azərbaycan Prezidenti Heydər Əliyevin Nyu-Yorkda keçirdiyi bütün görüşlərin və apardığı danışıqların başlıca mövzusudur. Dövlət bşçımızın belə görüşləri isə az deyildir.
Oktyabrın 22-də Azərbaycan Prezidenti Heydər Əliyev BMT-nin iqamətgahında Səudiyyə Ərəbistanı Baş nazirinin müavini ilə görüşmüşdür.
Oktyabrın 23-də səhər Azərbaycan rəhbəri İspaniya hökumətinin başçısı Felipe Qonsales, Almaniyanın xarici işlər naziri Klaus Kinkel, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Portuqaliyanın Prezidenti Mario Soareş, Birləşmiş Ştatların energetika naziri xanım o’Liri ilə görüşmüşdür. Günortadan sonra isə Heydər Əliyevin Misir Prezidenti Hüsni Mübarək, Küveyt əmiri, Polşanın Baş naziri, habelə ABŞ-ın “Mobil oyl” şirkətinin rəhbərləri ilə görüşləri olmuşdur.
Azərbaycan Prezidenti Heydər Əliyev ilə Böyük Britaniyanın Baş naziri Con Meycorun görüşü günün ən mühüm hadisələrindən biri idi. Görüş iştirakçıları söhbətdən sonra belə bir yekdil fikir söyləmişlər ki, indi Azərbaycanın Qərb ölkələri ilə münasibətlərində yeni mərhələ başlayır.