Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV FRANSA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oktyabrın 1-də Prezident sarayında Fransanın xarici işlər üzrə dövlət katibi Reno Müzelyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin başçısı qonaqları səmimiyyətlə qarşıladı.

Cənab Reno Müzelye Fransa Prezidenti Jak Şirakın məktubunu Prezident Heydər Əliyevə təqdim edərək dedi ki, Fransa Sizə tam dəstək verir, Azərbaycanla dost ölkədir, bizim ölkələrimizin bir-biri ilə çox yaxın əlaqələri və münasibətləri vardır.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV Reno Müzelyeni və onu müşayiət edən şəxsləri bir daha salamlayaraq, Fransa Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərini çox əhəmiyyətli hesab etdiyini bildirdi.

Dövlətimizin başçısı dedi ki, Fransa ilə Azərbaycan arasında çox yaxın dostluq, əməkdaşlıq əlaqələri vardır. Bu əlaqələri biz çox yüksək qiymətləndiririk və onların möhkəmləndirilməsi üçün səylər göstəririk. Güman edirəm ki, belə səfərlər, görüşlər bizim əlaqələrimizin inkişaf etdirilməsi üçün çox böyük əhəmiyyətə malikdir.

Bir neçə gün bundan öncə Fransanın, Amerika Birləşmiş Ştatlarının və Rusiyanın ATƏT-dəki nümayəndələri ilə birlikdə biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələlərini müzakirə edirdik. Amma sizinlə isə Fransa-Azərbaycan əlaqələrinin geniş miqyasda inkişaf etdirilməsi üçün lazımi danışıqlar aparırıq.

Prezident Heydər Əliyevə təşəkkürünü bildirən RENO MÜZELYE dedi ki,

Cənab Prezident, bizi qəbul etdiyinizə görə, Sizə öz dərin minnətdarlığımızı bildiririk. Demək istəyirəm ki, Azərbaycana mənim gəlişim bu vəzifəyə təyin olunduqdan sonra xarici ölkəyə birinci rəsmi səfərimdir. Bu baxımdan mən bu gün burada olmağımdan çox şadam. Mən Fransa Respublikasının Prezidenti cənab Jak Şirakın salamlarını Sizə çatdırıram. Bu, həmçinin onun arzusu idi ki, mən Sizin ölkənizə səfər edim. Cənab Jak Şirak Sizin bütün səylərinizə dəstək verir və Sizə böyük ehtiram bəsləyir. Buna görə də mən bu gün çox vacib bir məkana, çox önəmli bir ölkəyə gəlmişəm. Azərbaycan çox mühüm bir ölkədir.

Səmimi sözlərə görə qonağa minnətdarlığını bildirən dövlətimizin başçısı dedi ki, dostum, Prezident Jak Şirakın salamlarını mənə çatdırdığınıza və onun mənə ünvanladığı məktubu gətirdiyinizə görə Sizə təşəkkür edirəm.

Prezident Jak Şirak ilə mənim aramda çox səmimi dostluq əlaqələri yaranıbdır. Mən bunu yüksək qiymətləndirirəm. Çünki bu əlaqələr Fransa-Azərbaycan əməkdaşlığının inkişaf etməsində çox mühüm rol oynayır. Mən həm Parisdə, həm də bir sıra beynəlxalq təşkilatlarda olduğum zaman Prezident Jak Şirakla dəfələrlə görüşmüşəm və çox əhəmiyyətli, ətraflı danışıqlar aparmışam. Bir də qeyd etmək istəyirəm, Prezident Jak Şirakın Azərbaycana və onun problemlərinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına diqqətini, qayğısını mən daim hiss edirəm və buna görə təşəkkür edirəm.

Çox sevindirici haldır ki, bizim əlaqələrimizdə məktublaşma prosesi də mühüm yer tutur. Siz onun məktubunu mənə verdiniz. Təbiidir ki, mən bunu diqqətlə oxuyub, ona cavab yazacağam. Bizim çox əhəmiyyətli telefon danışıqlarımız da olur. Ona görə mən bir daha təşəkkürümü bildirirəm və xahiş edirəm ki, mənim bu hisslərimi, bu münasibətimi Prezident Jak Şiraka çatdırasınız.

Beynəlxalq terrorizmlə mübarizə məsələsinə gəldikdə, sentyabr ayının 11-də, ABŞ-da bu hadisə baş verən kimi bəyan etdik ki, biz beynəlxalq terrorizmə qarşı mübarizə üçün yaranan koalisiyaya daxilik və bu koalisiyanın fəal iştirakçısıyıq. Ötən dövrdə də biz bu barədə üzərimizə düşən vəzifələri yerinə yetiririk. Terrorizm, xüsusilə beynəlxalq terrorizm indi bütün dünyaya ən böyük təhlükədir. Bunu biz indiyə qədər görmüşük və bunun böyük ağrılarını çəkmişik. Bilməlisiniz ki, Ermənistan ilə Azərbaycan arasında müharibə getdiyi zaman Ermənistan Azərbaycana qarşı bir çox terror aktları həyata keçirmişdir. 1993-1994-cü illərdə Azərbaycanda metronu məhz Ermənistan xüsusi xidmət orqanları tərəfindən göndərilmiş şəxslər partlatmışdılar və orada çoxlu insan tələfatı baş vermişdi. O illərdə Ermənistan müharibədən əlavə Azərbaycana qarşı 32 terror aktı həyata keçirmişdir. Ona görə də biz beynəlxalq terrorizmin bütün formalarının əleyhinəyik və bu məsələdə sizinlə, koalisiyanın başqa üzvləri ilə bərabər mübarizə aparmağa hazırıq.

Azərbaycana qarşı edilmiş bütün bu ədalətsizliklərə baxmayaraq, biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Burada ATƏT-in Minsk qrupunun, onun həmsədrlərinin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın böyük rolu vardır. Bizim birbaşa görüşlərimiz, danışıqlarımız da çox böyük əhəmiyyətə malikdir.

Azərbaycan torpaqlarının 20 faizi işğal olunubdur, bir milyondan çox soydaşımız yerindən-yurdundan didərgin düşübdür, onların əksəriyyəti indi çadırlarda yaşayır. Bütün bunlara baxmayaraq, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Hesab edirəm ki, Prezident Jak Şirakın bu işdə xüsusi xidmətləri olubdur və bundan sonra da ola bilər. Parisdə Prezident Jak Şirakın iştirakı ilə Ermənistan və Azərbaycan Prezidentləri arasında danışıqlar aparılmışdır. Bu danışıqlar zamanı mən Prezident Jak Şirakın bu məsələnin ədalətli həll olunması ilə əlaqədar mövqeyini bir daha hiss etdim. Ona görə ümid edirəm ki, bundan sonra da bizim bu əməkdaşlığımız davam edəcəkdir.

Terrorizmin Fransa tərəfindən qətiyyətlə pislənildiyini söyləyən Reno Müzelye dedi: hesab edirəm ki, günahsız insanların bu terror aktları nəticəsində məhv edilməsi qəbul edilməzdir. Sizin ölkəniz Fransa üçün çox vacibdir. Biz fransızlar Azərbaycana çox diqqətlə yanaşırıq. Qeyd etmək istəyirəm ki, Azərbaycan möhkəm sabitlik olan bir ölkədir. Bu, digər ölkələr üçün də çox vacibdir. Bilirik ki, Siz ölkəniz üçün böyük xidmətlər göstərmisiniz. Siz insanları yaxşı tanıyırsınız. Müdrikliyiniz, Qafqazı yaxşı tanımağınız, insanları yaxşı anlamağınız işinizdə Sizə kömək edir. Hesab edirəm ki, bütün bu imkanlar məhz Ermənistan-Azərbaycan münaqişəsinin həllinin tapılmasında da Sizə kömək edəcəkdir. Ümid edirəm ki, Fransa Prezidenti Jak Şirak öz tərəfindən bütün imkanlarını və vaxtını sərf edəcəkdir ki, məhz bu məsələ sülh yolu ilə həll olunsun.

Cənab Prezident, Fransa müəssisələrinin nümayəndələri burada müştərək iş aparırlar və bundan çox məmnundurlar. Onlar Sizə və ölkənizə etimad göstərirlər, Azərbaycanla əməkdaşlıq etməkdən çox məmnundurlar.

Hesab edirik ki, bizim birgə səylərimiz nəticəsində, dostluq və müdriklik əsasında Azərbaycan daha böyük inkişafa nail ola biləcəkdir. Beləliklə, istəyirik ki, Fransa və Azərbaycan bir-birinə daha yaxın olsun, əlaqələrimiz daha da sıxlaşsın.

Azərbaycanda elmin, təhsilin, mədəniyyətin çox inkişaf etdiyini nəzərə çarpdıran dövlətimizin başçısı Heydər Əliyev bildirdi ki, bizim xalqımız öz milli-mənəvi dəyərlərinə bağlı olaraq, eyni zamanda ümumbəşəri dəyərləri, Avropa dəyərlərini qəbul edibdir və bu dəyərlər indi xalqımızın həyat tərzinin əsasını təşkil edir.

Ölkəmizin bazar iqtisadiyyatı yolu ilə getməsi, aparılan iqtisadi islahatlar artıq Azərbaycana çox böyük fayda veribdir. Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurmuşuq. Demokratik dəyərlərin hər yerdə bərqərar olması üçün çalışırıq. Onların hamısı bizi bir-birimizlə daha da yaxınlaşdırır, daha da birləşdirir.

Azərbaycan müstəqilliyinə qovuşduğu ilk vaxtlardan Fransanın ölkəmizin müstəqilliyini tanıdığını söyləyən Reno Müzelye dedi ki, biz Azərbaycana çox diqqətlə yanaşırıq. Xüsusilə də biz ölkənizin Avropa strukturlarına inteqrasiyasına çox önəm veririk. Azərbaycan bütün sahələrdə nailiyyətlər əldə edibdir.

Görüşdə cənab Reno Müzelye Prezident Jak Şirakın Fransaya rəsmi səfərə dəvətini Prezident Heydər Əliyevə çatdırdı.

Dəvət məmnunluqla qəbul olundu.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova və Fransanın Bakıdakı səfiri Şantal Puare və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı