Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZIDENTI HEYDƏR ƏLIYEV FRANSANIN BAKIDAKI SƏFIRINI QƏBUL ETMIŞDIR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 28-də Prezident sarayında Fransanın Bakıdakı səfiri Jan Pyer Ginyutu onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı  Heyd ə r Əliy e v   səfiri salamlayaraq dedi:

Mən artıq iyulun 14-də, Bastiliya günü münasibətilə söylədiyim nitqdə sizin buradan yaxın vaxtlarda getməyiniz haqqında bilgi verdim.  Amma indi getməyinizə bir neçə gün qalıb, ona görə də hesab etdim ki, görüşmək, danışmaq lazımdır.

M ə n  s ə m i m i  d e m ə k  i s t ə y i r ə m ki, Sizin buradan getməyinizə təəssüf edirəm Çünki Siz burada işlədiyiniz zaman Azərbaycan ilə Fransa arasındakı əlaqələr yaxşı inkişaf etmişdir.Bizim yaxşı görüşlərimiz olmuşdur. Mənim Fransaya səfərim, sonra Prezident Şirakla işgüzar görüşlər ...  Əlbəttə ki, bunların hamısında Sizin xidmətləriniz var.

Bilirsiniz ki, mənimlə Prezident Şirak arasında səmimi dostluq əlaqələri yaranıbdır. Mən şəxsən bunu çox yüksək qiymətləndirirəm. Eyni zamanda Fransa ilə bütün sahələrdə olan əlaqələrimizi - yəni siyasi, iqtisadi, humanitar, elmi-mədəni sahələrdə olan əlaqələrimizin hamısını biz çox əhəmiyyətli hesab edirik.  Mən bu əlaqələrin  gələcəkdə də sürətlə inkişaf etdirilməsinin  tərəfdarıyam. Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar Fransanın, şəxsən səfir kimi Sizin və Fransa hökumətinin ölkəmizə göstərdiyi qayğıya və diqqətə görə də çox təşəkkür edirəm.

Mən bilirəm ki, Siz səfir olaraq bu prosesdə bizim kimi iştirak etmisiniz. Həmişə öz ölkənizə Azərbaycan haqqında verdiyiniz məlumatlarda respublikamızın Avropa Şurasına qəbul olunmasını çox zəruri hesab etmisiniz. Avropa Şurası  43 dövləti özündə birləşdirir. Amma Avropa Şurasının baş qərargahı Strasburqda, Fransada yerləşir. Yanvar ayında mən Strasburqda olanda Fransanın prezidenti Jak Şirakın xüsusi dəvəti ilə Parisə getdim, görüşlər keçirdim. Ondan sonra o, fevral ayında məni dəvət etdi. Mən yenə də oraya getdim, Ermənistan prezidenti ilə görüşlər keçirtdik. Mən bunu çox yaxşı bilirəm və hiss edirəm ki, Prezident Jak Şirak Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün çox səylər göstəribdir. İnanıram ki, həmin səylər bundan sonra da davam etdiriləcəkdir. Bir daha Sizə, Azərbaycanın dostuna buradakı fəaliyyətinizə görə təşəkkür edirəm.

Jan Pyer Ginyut  dövlətimizin başçısına minnətdarlıq edərəkdedi:

 - Cənab prezident, Sizin bu sözləriniz mənim qəlbimin dərinliklərində özünə yer etdi.

Bilirsinizmi, beş il bu ölkədə yaşayıb bütün bunları dərindən hiss etməmək qeyri-mümkündür. Beş il burada yaşayıb Azərbaycan xalqının belə səmimi rəğbətini, Bakı şəhərinin gözəlliyini duymamaq mümkün deyildir. Dağları və düzənlikləri ilə birlikdə ölkənizin gözəlliyini görməmək, duymamaq olmaz. Cənab Prezident, bütün bunlardan əlavə, deməliyəm ki, mənim bəxtim gətirmişdir. Mən 1996-cı ilin avqustunda öz etimadnaməmi Sizə təqdim etməli oldum. Bundan sonra mən burada ötən beş ili tarixi yaradan, tarixin əsl nümunəsi olan böyük bir şəxsiyyətin yanında fəaliyyət göstərdim. Özünü bu, sahədə göstərmək istəyən mənim kimi bir səfir üçün bu, həddindən artıq böyük bir imtiyaz və  şərəfdir. Tarixin bu ən mühüm mərhələsində mən də Sizinlə, Azərbaycanla birlikdə bu hadisələri  yaşadım.  Yəqin ki, yadınızdadır, mən bunları bizim milli bayramımız günündə də demişəm.

Heydər   Əliyev: Bəli, Sizin milli bayramınız günü nitqinizdə çox konkret ifadələr işlətdiniz və bu da mənim diqqətimi cəlb etdi.

Jan Pyer Ginyut: Bu, elə bir dövr idi ki, dövlətinizin bünövrəsi qoyulur, ona təminat yaradılırdı. Siyasi müşahidəçi üçün,  - məncə,  səfir elə həm də siyasi  müşahidəçidir, - tamamilə aydındır ki, dövlətin bünövrəsi belə möhkəm qoyulduqdan sonra dövlətdə, cəmiyyətdə lazım olan tədbirləri ğörmək və islahatları keçirmək olar. Əlbəttə, bəzən kimlərsə düşünürlər ki, başqa cür də etmək olar. Amma tarix və onun təcrübəsi göstərir ki, bu, mümkün deyildir.

Cənab Prezident, ikitərəfli münasibətlərə gəldikdə isə deməliyəm ki, doğrudan da ölkələrimiz arasındakı əlaqələr həddindən artıq zəngindir. Elə Sizin özünüzün də qeyd etdiyiniz kimi,  bu münasibətlərin inkişafında, onların belə zənginləşməsində əsas ilham mənbəyi Fransa Prezidenti Jak Şirakla Sizin dostluq əlaqələriniz olmuşdur.

Bakıya gəlməzdən əvvəl cənab Prezident Şirak məni qəbul edərkən dedi ki, işləmək üçün, əlbəttə, təlimatınız vardır, xidməti işlərinizin nədən ibarət olduğunu bilirsiniz. Mən sizdən yalnız bir şeyi tələb edirəm: Azərbaycana, Azərbaycan xalqına çatdırin ki, mən onlara dostluq münasibəti bəsləyirəm. Bununla demək istəyirəm ki, onun əsas məqsədi bundan ibarət idi ki, Azərbaycan-Fransa münasibətləri bu regionda nümunəvi münasibətlər olsun.

Cənab Prezident, mən də məhz bu ideyanı həyata keçirmək üçün əlimdən gələni etməyə çalışdım. Əlbəttə, əgər bu gün doğrudan da azərbaycanlılar da deyirlərsə ki, ölkələrimiz arasında xüsusi  münasibətlər var, şübhəsiz, bu, məndə böyük məmnunluq doğurur.  Cənab Prezident, elə Sizin özünüzün dediyiniz kimi, məmnunluq hissi doğuran hadisələrdən ən böyüyü, ən mühümü Azərbaycanın Avropa Şurasına qəbul olunmasıdır. Cənab  Prezident Şirak bu haqda dəfələrlə sizə deyib, mən də bunu həmişə demişəm: ümumiyyətlə, biz Fransada hamılıqla arzu edirdik ki, Azərbaycan Avropa Şurasına daha tez  qəbul olunsun.

Əlbəttə, biz başa düşürük ki, Azərbaycan kimi bir ölkənin, yəni respublikanızın bu mötəbər beynəlxalq təşkilata üzv olması onun bugünü və gələcəyi üçün ən böyük, güclü təminatlardan biridir.

Cənab Prezident, Minsk qrupu çərçivəsində aparılan danışıqlarla bağlı  demək istəyirəm ki, mənim ölkəm bundan sonra da bu prosesdə çox fəal olmağı planlaşdırır.  Əlbəttə, bu gün artıq Minsk qrupunun həmsədrləri,  onların regiona səfərləri, qrupun tərkibi hamıya bəllidir.  Minsk qrupunun həmsədri olan ölkələrin başçıları isə bu məsələ ilə bağlı tez-tez telefon əlaqəsi saxlayır və danışırlar.  Bundan əlavə, onlar həm də ikitərəfli əsasda,  eyni zamanda beynəlxalq tədbirlərdə bir-birləri ilə görüşürlər. Onlar hər dəfə qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli gündəlikdədir. 

Cənab Prezident, mən Sizi əmin edirəm ki, cənab Prezident Şirak bu məsələdə öz fəallığını əvvəlki kimi  saxlayacaqdır.

Heydər  Əliyev: Təşəkkür edirəm. Birincisi, onu demək istəyirəm ki, siz buraya gələrkən Prezident Şirakın verdiyi təlimatı burada yerinə yetirmisiniz.

Avropa Şurası haqqında mən öz fikrimi dedim. Bilirəm ki, siz dəAzərbaycanın Avropa Şurasına daha erkən, daha tez qəbul olunmasının tərəfdarı idiniz.  Ancaq indi o,  arxada qalıbdır. İndiki mərhələdə bizim Avropa Şurasında Fransa iləəməkdaşlığımız olmalıdır. Mən ümid edirəm ki, bu əməkdaşlıq həmişə uğurlu olacaqdır.

Mən Fransanın Minsk qrupu tərkibində fəaliyyətini də müsbət qiymətləndirirəm. Həqiqətən son zamanlar dövlət başçıları, yəni Fransanın, Amerika Birləşmiş Ştatlarının, Rusiyanın dövlət başçıları bu məsələni bir neçə dəfə müxtəlif şəraitdə müzakirə ediblər. Mən inanıram ki, Minsk qrupu bundan sonra fəaliyyətini gücləndirəcəkdir. məsələnin sülh yolu ilə həll olunmasında mənMinsk qrupuna, onun həmsədrlərinə alternativ görmürəm. 

Bir daha Sizə təşəkkür edirəm,gələcək işlərinizdə uğurlar arzulayıram.

Jan  P yer  Ginyut: Cənab Prezident, çox sağ olun.  Mənim gələcək təyinatım yəqin ki,  avqust ayı ərzində müəyyənləşəcəkdir. Cənab Prezident, yeri gəlmişkən deyim ki, cənab nazir mənə Azərbaycanda bir qədər, yəni bir neçə gün,  iki həftə artıq qalmağa icazə veribdir. Bu müddətdə hansı vəzifəyə təyin olunduğumu öyrənə bilsəm, bu barədəSizə xəbər verəcəyəm.

Heydər Əliyev: Çox gözəl.

Qəbulda Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin icra aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

                                                       Azərtac

                                      Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ