Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İSTANBULA GƏLMİŞDİR

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün İstanbula gəldi. 

Atatürk beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Heydər Əliyevi təyyarənin pilləkəni yanında İstanbul valisi Erol Çakır, İstanbul bələdiyyə başqanı Əli Müfit Gurtana, habelə Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, ölkəmizin Türkiyədəki səfiri Məmməd Əliyev, respublikamızın İrandakı səfiri, İƏT-in Daimi Nümayəndələr Şurasının üzvü Abbasəli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Xeyrəddin Qoca və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi və türk əsgərini salamladı.

Dövlətimizin başçısı hava limanından maşın karvanının müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha - “Çırağan Palas” mehmanxanasına gəldi. Ali qonağı burada Türkiyə hökumətinin rəsmi şəxsləri mehribanlıqla qarşıladılar.

X x X

Oktyabrın 14-də “Çırağan” sarayında İƏT-in üzvü olan ölkələrin VII Zirvə görüşü öz işinə başladı.

Türkiyə Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Prezidenti Heydər Əliyevi sarayın qarşısında ehtiramla, səmimiyyətlə salamladı.

Salona toplaşanlar Türkiyə Prezidenti Əhməd Necdət Sezəri, Azərbaycan Prezidenti Heydər Əliyevi, Əfqanıstan Prezidenti Həmid Kərzaini, İran Prezidenti Məhəmməd Xatəmini, Qırğızıstan Prezidenti Əsgər Akayevi, Pakistan Prezidenti Pərviz Müşərrəfi, Tacikistan Prezidenti Emoməli Rəhmonovu, Özbəkistan Milli Məclisinin sədri Erkin Xəlilovu, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Rəcəb Saparovu və Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Qasımcomərd Tokayevi alqışlarla qarşıladılar.

İclası giriş sözü ilə İran İslam Respublikasının Prezidenti, İƏT-in sədri Məhəmməd Xatəmi açdı və qarşıdakı dövr üçün bu təşkilata sədrliyin Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərə verildiyini bildirdi.

Prezident Əhməd Necdət Sezər dövlət başçılarını salamladı, Zirvə görüşünün işinə uğurlar arzuladı.

Azərbaycan Prezidenti Heydər Əliyev İƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşündə nitq söylədi. (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

Zirvə görüşündə təşkilatın üzvü olan digər ölkələrin başçıları da çıxış etdilər.

Türkiyənin xarici işlər naziri, baş nazirin müavini Şükrü Sina Gürəl İƏT-in üzvü olan ölkələrin xarici işlər nazirləri iclasının yekunları barədə dövlət başçılarına məlumat verdi.

İƏT-in üzvü olan ölkələrin dövlət başçılarının VII Zirvə görüşündə “2002-ci il İstanbul bəyannaməsi” qəbul olundu.

Zirvə görüşünün sonunda bu təşkilatın 2002-ci il üçün kənd təsərrüfatı və ətraf mühitin qorunması, tarix, mədəniyyət və təsiviri sənət, elm və texnologiya, təhsil və iqtisadiyyat sahəsində mükafatları təqdim olundu. Azərbaycan MEA-nın akademiki, Y.Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitutunun direktoru Musa Rüstəmov elm və texnologiya sahəsində mükafat aldı.

İƏT-in yüksək mükafatlarını Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər təqdim etdi.

Pakistan Prezidenti Pərviz Müşərrəf və İran İslam Respublikasının Prezidenti Məhəmməd Xatəmi çıxış edərək, VII Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Türkiyə Prezidenti Əhməd Necdət Sezərə iştirakçılar adından təşəkkür etdilər.

Prezident Əhməd Necdət Sezər zirvə görüşünə yekun vurdu, üzv ölkələrin dövlət başçılarına və təmsilçilərinə minnətdarlığını bildirdi.

Beləliklə, İƏT-in üzvü olan ölkələrin dövlət başçılarının VII Zirvə görüşü başa çatdı. Dövlət başçıları birgə xatirə şəkli çəkdirdilər.

X X X

Oktyabrın 14-də günortadan sonra “Çırağan” sarayında Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə görüşü olmuşdur.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının perspektivləri, bölgədə vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi oldu.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev elə həmin gün “Çırağan” sarayında Pakistan Prezidenti Pərviz Müşərrəf ilə görüşmüşdür.

Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan prezidentlər beynəlxalq aləmdə vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, terrorizmə və təcavüzkar separatizmə qarşı birgə mübarizənin daha da gücləndirilməsi və hər iki tərəfi maraqlandıran başqa məsələlər ətrafında müzakirələr apardılar.

Prezident Pərviz Müşərrəf dövlətimizin başçısı Heydər Əliyevi Pakistana, Azərbaycan Prezidenti isə Pakistan rəhbərini ölkəmizə rəsmi səfərə dəvət etdilər. Hər iki dəvət məmnunluqla qəbul olundu.

X X X

Oktyabrın 14-də axşam “Çırağan” sarayında Azərbaycan Prezidenti Heydər Əliyev ilə Əfqanıstan Prezidenti Həmid Kərzai arasında görüş keçirilmişdir.

Ölkələrimizin tarixi ənənələrə malik münasibətlərinin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayan prezidentlər Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq aləmdə vəziyyət, terrorizmə və separatizmə qarşı mübarizənin daha da gücləndirilməsi və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi etdilər.

Prezident Həmid Kərzai Prezident Heydər Əliyevi Əfqanıstana, dövlətimizin başçısı isə Əfqanıstan rəhbərini Azərbaycana rəsmi səfərə dəvət etdilər. Hər iki dəvət razılıqla qəbul olundu.

X X X

Elə həmin gün gecə Azərbaycan Prezidenti Heydər Əliyevin İran Prezidenti Məhəmməd Xatəmi ilə görüşü olmuşdur.

Cənab Xatəmi dövlətimizin başçısını səmimiyyətlə, mehribanlıqla salamladı, onunla hər bir görüşdən çox məmnun qaldığını bildirdi.

Azərbaycan ilə İran arasında bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin daha da inkişaf etdirilməsindən razılıqla bəhs edən dövlət başçıları bölgədə vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və hər iki ölkəni maraqlandıran bir sıra başqa məsələlər haqqında ətraflı müzakirələr apardılar.

Prezident Heydər Əliyev cənab Məhəmməd Xatəminin Azərbaycana rəsmi səfərinin respublikamızda səbirsizliklə gözlənildiyini vurğuladı. İran Prezidenti tezliklə Bakıya səfər edəcəyini bildirdi.

X X X

Oktyabrın 14-də gecə Türkiyə Prezidenti Əhməd Necdət Sezərin adından İƏT-in üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak edirdi.

Aslan Aslanov,

Tural Rzayev

AZƏRTAC-ın xüsusi müxbirləri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir