Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İSTİRAHƏT GÜNÜ PAYTAXTDA GƏZİNTİYƏ ÇIXMIŞDIR

Azərbaycan Prezidenti Heydər Əliyev noyabrın 3-də paytaxtın mərkəzi hissəsində gəzintiyə çıxmışdır. Dövlətimizin başçısı Bülbül prospektindən keçərkən paytaxt sakinləri ilə səmimi söhbət etdi. 

Bakılılar Azərbaycan Prezidentini ürəkdən salamlayır, öz problemlərindən söhbət açırdılar. Uşaqlar isə, həmişə olduğu kimi, Heydər baba ilə bir daha görüşmək fürsətindən duyduqları sevinc və fərəh hisslərini özlərinə xas mehribanlıqla ifadə edirdilər.

Prezident Heydər Əliyev Nizami küçəsində bəzi ticarət obyektlərinə baş çəkdi, camaatın alıcılıq imkanları, malların çeşidi, onların hansı ölkələrdən gətirilməsi ilə maraqlandı.

Dövlətimizin başçısı istirahət günü gəzintiyə çıxmış bir qrup gəncə yaxınlaşdı və onların nə ilə məşğul olduqlarını soruşdu. Azərbaycan Texniki Universitetinin tələbələri Prezident Heydər Əliyevə təhsil şəraitindən danışdılar, qəbul imtahanlarının test üsulu ilə keçirilməsini bəyəndiklərini söylədilər. Türkiyəli sahibkar isə Prezidentə yaxınlaşaraq, xarici iş adamlarının normal fəaliyyəti üçün hər cür şərait yaradan son Fərmanlarına görə təşəkkürünü bildirdi.

Söhbətlər zamanı paytaxt sakinləri Prezident Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində ölkəmizdə bərqərar edilmiş ictimai-siyasi sabitliyi, əmin-amanlığı yüksək qiymətləndirirdilər. Onlar vurğulayırdılar ki, indi Bakı sakinləri günün istənilən vaxtı qorxub-çəkinmədən şəhərdə asudə gəzə bilərlər.

Dövlətimizin başçısını səmimiyyətlə salamlayanlar arasında əcnəbi qonaqlar da vardı.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV gəzinti zamanı kütləvi informasiya vasitələrinin nümayəndələrinə qısa müsahibə verdi:

- Şəhəri çox yaxşı görürəm. Camaatın əhval-ruhiyyəsini də çox yaxşı görürəm. Mağazalara baxıram, hamısı doludur, o qədər alıcı yoxdur. Çünki indi o qədər mal var ki, insanların çoxu alıb, tələbatını ödəyib, yeni-yeni şeylər istəyirlər.

Şəhər təmizdir, görürəm ki, insanlar bazar günü rahat istirahət edir, gəzirlər. Mənim özüm də burada rahat gəzirəm. Heç kəs bilmirdi ki, mən buraya gələcəyəm. Mənim mühafizə idarəmin rəisi general Axundov da heç bilmirdi ki, evdən çıxanda mən buraya gələcəyəm. Mən işə gedirdim. Amma buradan keçəndə, Bülbül prospektində maşını saxlatdım, oradan da buraya gəlmişəm. Görürəm, camaat, gənclər çoxdur. Yaşlı adamlar da var. Hamısının əhval-ruhiyyəsi yaxşıdır. Heç bir şikayət də eşitmirəm. Çoxları mənə yaxınlaşır, öz minnətdarlıqlarını bildirir ki, belə rahat yaşayırlar. Buna görə çox məmnunam. Şəhər gözəldir, çox gözəldir. Mən Bakı şəhəri ilə həmişə fəxr etmişəm. Amma indi, son dövrdə şəhər daha da gözəlləşib, müasirləşibdir. Ticarətin, mağazaların özəlləşdirilməsi şəhərin küçələrinə çox, yeni bir gözəllik veribdir. Çünki, hər bir mağaza sahibi çalışır ki, öz mağazasını daha da gözəl etsin, cazibədar etsin ki, onun malı satılsın. Deməli, bazar iqtisadiyyatı burada bizə hərtərəfli fayda verir.

SUAL: Cənab Prezident, bu gəzintidən sonra şəhərin abadlaşması istiqamətində hansısa konkret qərarlar, göstərişlər olacağı gözlənilirmi?

CAVAB: Bilirsiniz, bunun üçün elə bir qərar lazım deyildir. Mən qərarlar vermişəm. Əsas məsələ bu qərarların icrasıdır. Ötən illər o qərarların icrası qənaətbəxs deyildi, mən bundan narazı idim. İndi mən Bakıya yeni icra hakimiyyəti başçısı təyin etmişəm, Hacıbala Abutalıbov bu işlərlə çox yaxşı məşğul olur. Bunun üçün xüsusi qərar lazım deyildir. Bir halda ki, iş yaxşı gedir, onda yeni bir qərar qəbul etməyə ehtiyac yoxdur. O yerdə ki, iş yaxşı getmir, yaxud orada hansısa əlavə bir tədbir görmək lazımdır, onda qərar qəbul olunur. Qərar qəbul olunubdur, indi icra edilir. Güman edirəm ki, bundan sonra daha da yaxşı olacaqdır.

X X X

Respublikamızın rəhbəri onunla görüşmək və söhbət etmək istəyən hər kəsi diqqətlə dinləyirdi. Füzulu rayonundan olan qaçqın dövlətimizin başçısına öz problemlərindən danışdı. Prezident Heydər Əliyev ona müraciət edənlərin hamısını dinləyərək, konkret tədbirlər görmək üçün Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müvafiq tapşırıqlar verdi.

Gəzinti zamanı Prezident Bakının memarlığının gözəlliyinə diqqət yetirir, paytaxtın müasir simasının yaxşılaşdırılması ilə bağlı öz arzu və istəklərini bildirirdi.

Sonra dövlətimizin başçısı bakılıların sevimli istirahət guşələrindən biri olan Nizami meydanına gəldi. Paytaxt sakinləri Azərbaycan Prezidentini burada da böyük hörmət və məhəbbətlə salamladılar.

Prezident Heydər Əliyevin şəhərdə növbəti gəzintisi göstərdi ki, xalqla hər bir görüş, qeyri-rəsmi şəraitdə səmimi söhbət hamıda - camaatda da, dövlət başçısında da xoş əhval-ruhiyyə doğurur.

Paytaxtda gəzinti Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin yanında başa çatdı. Dövlətimizin başçısı şəhər sakinləri ilə mehribancasına sağollaşdı. Bakılılar Prezidenti alqışlarla yolu saldılar.

AZƏRTAC

Foto Rafiq Bağırovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam