Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Xəbər verdiyimiz kimi, Milli Mətbuat Günü münasibətilə “Yeni nəsil” Jurnalistlər Birliyi, “Ruh” Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi, Azərbaycan Jurnalistlər Konfederasiyası, Bakı Mətbuat Klubu və Azərbaycan Jurnalistlər Birliyi iyulun 22-də “Günay” restoranında mərasim keçirmişdir. 

Salona toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə qarşıladılar.

Tədbirə kütləvi informasiya vasitələrinin təmsilçiləri, Milli Məclisin deputatları, siyasi partiyaların və ictimaiyyətin nümayəndələri dəvət olunmuşdular.

Mərasimi Azərbaycan Jurnalistlər Birliyinin sədri, Jurnalistlər Konfederasiyasının prezidenti Hacı Hacıyev açdı.

AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN SƏDRİ, JURNALİSTLƏR KONFEDERASİYASININ PREZİDENTİ HACI HACIYEVİN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Hörmətli həmkarlarım!

Bu gün - iyulun 22-də biz Azərbaycan jurnalistikası gününü 12-ci dəfədir ki, keçiririk. Qısaca olaraq sizə söyləmək istəyirəm ki, Azərbaycan jurnalistikası günü 1990-ci ildə yaranmışdır. Yəni 1990-cı ilin 20 yanvar faciəsindən sonra Azərbaycan Jurnalistlər Birliyi SSRİ Jurnalistlər İttifaqının tərkibindən çıxması haqqında bəyanat verdi. Bu bəyanatı biz Gəncədə verməli olduq. Çünki 20 yanvardan sonra Azərbaycanda hərbi vəziyyət elan edilmişdi. O vaxtdan Azərbaycan Jurnalistlər Birliyi kimi biz müstəqil fəaliyyətə başladıq və ənənəvi keçirilən 5 May mətbuat gününü bayram etməkdən imtina etdik. Təkrar edirəm, 12-ci dəfədir ki, biz Azərbaycan jurnalistikası gününü qeyd edirik. 12 il ərzində Azərbaycan jurnalistikası sürətli addımlar atmışdır. Bu dövr ərzində bizim gözəl, istedadlı jurnalistlərimiz yetişmişdir. Fərəhli haldır ki, onların əksəriyyətini gənclər təşkil edir. Həmin gənclərin içərisində istər siyasi, istər iqtisadi, istərsə də mədəniyyət mövzularında yazan jurnalistlərimiz var.

Bu gün bayram olduğu üçün başqa məsələlərdən danışmağa dəyməz. Ona görə də mən bütün jurnalistləri obyektiv olmağa, qərəzsiz yazmağa çağırıram. Eyni zamanda, arzu edirəm ki, jurnalistlərimiz öz üzərlərində çalışsınlar, müsahiblərinin iradları ilə qarşılaşmasınlar. Diqqətinizə görə sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Hörmətli jurnalistlər!

Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycan jurnalistikası günü, - siz bu günü belə adlandırmısınız, yəqin, daha da dəqiq olardı ki, mətbuat günü deyək, - münasibətilə təbrik edirəm. Azərbaycan mətbuatına, Azərbaycan jurnalistikasına, müstəqil Azərbaycanın gələcək inkişafı naminə və müstəqilliyimizin möhkəmlənməsi naminə yeni-yeni uğurlar arzulayıram.

Mən sizə bu münasibətlə təbrik məktubu göndərmişəm, mətbuatda dərc olunubdur, bilirsiniz. Sonra məndən xahiş etdilər ki, bu gün Bakı Mətbuat Klubunun nümayəndələri, yaxud da bir qrup baş redaktorlarla görüşüm, onlarla söhbət edim. Doğrudur, mən ayın 20-də gecə Yaltadan gəlmişdim. Dünən, bazar günü bir az istirahət etdim. Bu gün həftənin birinci günüdür, mənim çox böyük başqa planlarım vardır. Ancaq mənim planlarımı pozdular. Dedilər ki, bu gün mütləq jurnalistlərlə görüşməlisiniz, sualları var, siz onlara cavab verməlisiniz. Sonra da jurnalistlərin bayramı münasibətilə mərasim olacaq, orada olarsınız. Dedim, ola bilərmi ki, mən bu təkliflərin birini və ya digərini qəbul edim, dedilər ki, yox, o da lazımdır, bu da lazımdır. Nə etməli, mən razı oldum. Bir neçə başqa planlarımı kənara qoydum.

Bu arada Türkiyənin Diyanət İşləri Vəqfinin, yəni Dini İdarənin rəhbəri və nümayəndə heyətinin üzvləri ilə görüşdüm, söhbət etdim. Onu demək istəyirəm ki, mən bu gün çox gərgin qrafiklə, həmişəki kimi, işləyirəm. Amma qrafikim pozulubdur. Bunun da səbəbi jurnalistika günüdür. Mən bundan incimirəm, yaxud da sizə minnət qoymaq istəmirəm. Mən, sadəcə, bugünkü gün haqqında danışıram. Ancaq günün mənası bu deyildir. Bu, sadəcə, hər bir insanın həyatında işinin qurulmasıdır. Günün mənası budur ki, bu gün Azərbaycanda azad, müstəqil mətbuat günüdür, ümumiyyətlə, mətbuat günüdür.

Həsən bəy Zərdabi vaxtilə Azərbaycanda azad, demokratik mətbuatın əsasını qoyubdur. O nəinki bu mətbuatın əsasını qoydu, həm də çox çalışdı, fəaliyyət göstərdi və öz missiyasını sona qədər yerinə yetirdi. Məhz ondan sonra, XX əsrin əvvəlində Azərbaycanda bizim çox böyük jurnalistlər dəstəsi yarandı. Amma onlar da peşəkar jurnalistlər deyildilər, müxtəlif sahələrdə xidmət edirdilər. Ancaq mətbuata, jurnalistikaya çox böyük qayğı göstərirdilər və Həsən bəy Zərdabi kimi, Azərbaycanda sərbəst, azad, müstəqil mətbuatın inkişaf etməsində böyük işlər görmüşdülər.

Belə hallarda biz mütləq Cəlil Məmmədquluzadəni, Üzeyir Hacıbəyovu və digər belə şəxsiyyətləri yada salmalıyıq. Cəlil Məmmədquluzadənin jurnalist kimi, publisist kimi “Molla Nəsirəddin” jurnalı vasitəsi ilə və ondan daha geniş dairədə Azərbaycan xalqına göstərdiyi xidmətlər əvəzsizdir.

Mən Üzeyir Hacıbəyovun adını çəkdim. Çünki Üzeyir Hacıbəyov bizim həyatımıza, tariximizə böyük bəstəkar kimi daxil olmuşdur. Amma indi artıq hamıya məlumdur ki, o, musiqiçi kimi, bəstəkar kimi böyük zirvələrə çatması ilə yanaşı, eyni zamanda publisistika, jurnalistika ilə də məşğul olub və bu sahədə böyük iz qoyubdur. Amma onun bu sahədəki fəaliyyəti təkcə jurnallarda, qəzetlərdəki yazılarından ibarət deyildir. Həm də əsərləri vasitəsilə bu sahədə Azərbaycan xalqına göstərdiyi xidmətlərdir. Onun əsərləri, elə “Arşın mal alan”, “O olmasın, bu olsun” əsərlərinin mənası insanları milli oyanışa, sərbəstliyə, azadlığa dəvət edirdi. Mənim ən xoşuma gələn odur ki, Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” əsərində o dövrün jurnalistlərini də çox gözəl göstəribdir. Bir film var, onu televiziyada vaxtaşırı göstərirlər. Həmin film hər dəfə göstəriləndə mən ona böyük heyranlıqla baxıram. Məni heyran edən o deyil ki, məsələn, Məşədi İbad yaşlı olaraq gənc qız almaq istəyibdir, onu da aldadıblar. Bu, əsərin süjetinin bir tərəfidir. Üzeyir Hacıbəyovun da böyüklüyü ondadır ki, o, insanları cəlb etmək üçün belə gülməli süjet qurubdur. Amma süjetin o biri tərəfi o dövrün cəmiyyəti, həmin cəmiyyətdəki insanlar - həm zəngin insanlar, həm kasıblar, həm də o dövrün ziyalılarıdır. Məsələn, orada jurnalist surətlərini Üzeyir Hacıbəyov çox gözəl göstəribdir. O filmi yaradan rejissor da onların nə cür jurnalistlik etdiklərini yaxşı nümayiş etdiribdir. Üzeyir Hacıbəyov bunu nə üçün edibdir? Çünki o vaxtın mətbuatında bu “xəstəliklər” var idi. Üzeyir Hacıbəyov onları göstərərək istəyirdi ki, cəmiyyət daha da sağlam olsun.

Bir sözlə, mən indi tarix haqqında çox danışmaq istəmirəm. Sadəcə, bu fikirlər mənim beynimdə həmişə fırlanır, bu fürsətdən istifadə edərək bunları sizə çatdırıram. Bununla, onu demək istəyirəm ki, Azərbaycanda Jurnalistika ölkəmizin həm keçmiş irsindən, keçmişdə əldə olunmuş nailiyyətlərdən istifadə etməlidir, həm də bu günün həyatını doğru-düzgün əks etdirməlidir. Azərbaycanda bu, yaranıbdır. İndi mən deyə bilərəm ki, qəzetlərin sayına və jurnalist peşəsi ilə məşğul olan insanların, xüsusən gənclərin sayına görə Azərbaycan heç də geridə qalmır. Bu, sevindirici haldır. Jurnalist peşəsi çox ağır zəhmət tələb edir. Bu, çətin peşədir. Özlərini buna həsr edən adamlar gərək birinci növbədə istedadları olduğunu dərk etsinlər. Bizim mədəniyyətimizin müxtəlif sahələrində olan istedadlı insanlar kimi, jurnalistlər də istedadlı olmalıdırlar.

Çünki bu da bizim mədəniyyətimizin bir hissəsidir. İkincisi də, bizim jurnalistlərimiz gərək gördüklərini, eşitdiklərini olduğu kimi yazsınlar, ağa ağ, qaraya qara desinlər.

Jurnalistikanın əsas vəzifələrindən biri cəmiyyətdə, onun bütün sahələrində olan mənfi halları aşkara çıxarmaq, göstərmək və millətimizi, xalqımızı, cəmiyyətimizi bundan xilas etmək olmalıdır. Bizim jurnalistika bunu edibdir. Amma mən arzu edərdim ki, bu məqsədi daha da uğurla həyata keçirsin.

Bu gün mən jurnalistilərin bir qrupu ilə iki saat yarım söhbət etdim, suallarına cavab verdim, çox açıq danışdım. Bəzi məsələlər barədə bəlkə də mən indiyə qədər belə açıq fikirlər deməmişdim. Amma bu gün mən bunu etdim. Bu da mətbuatda dərc olunacaqdır, siz biləcəksiniz. Mən burada bunu təkrar etmək istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, mənim fikirlərim həmin o görüşdə mənə verilən suallardan istifadə edərək söylədiyim fikirlərdir, mənim düşüncələrimdir, bugünkü problemlərimizə,- hamısına yox, bir hissəsinə,- olan münasibətimdir.

Mən jurnalistlərin dostu elan olunmuşam. Keçən dəfə dedim, mən bunu qiymətləndirirəm. Azərbaycanda belə vəziyyət yaranıbdır ki, - indi Hacı Hacıyev dedi ki, Azərbaycan jurnalistləri SSRİ Jurnalistlər İttifaqından çıxıb, bir təşkilat yaratdılar və 5 Maydan imtina etdilər. Təbii, bu düzdür. 5 May mətbuat günü idi. Karl Marks da həmin gün anadan olmuşdu. İndi yeni tarix başlanmışdır. Yeni tarix Azərbaycanın müstəqilliyi ilə əlaqədar olan tarixdir. Yeni Jurnalistlər nəsli gəldi. Bu da çox gözəldir. Ancaq həm keçmişdən qalanlar, həm də yeni gələnlər - hamısı çalışmalıdır ki, bizim informasiya orqanlarını, mətbuatı, qəzetlərimizi cazibədar etsinlər. Sensasiyalı materiallar verməklə yox, həqiqəti açıq-aydın aşkara çıxarmaqla.

Mən iqtidarın nümayəndəsi kimi, - mən Prezidentəm,- hər bir jurnalistə çox minnətdar olacağam ki, iqtidara, Prezident kimi mənə bəlli olmayan hansısa səhvi, yəni hardasa pis görülən işi, bizə zərər verən halları siz üzə çıxardasınız və biz də bundan istifadə edib o nöqsanların, səhvlərin aradan qaldırılması ilə məşğul olaq. Qısası, mən istəyirəm ki, siz iqtidara kömək edəsiniz. Mən istəyirəm ki, iqtidarda kimin olub-olmamasından asılı olmayaraq, müstəqil Azərbaycanın inkişafına kömək edəsiniz. Köməyiniz də birinci növbədə öz jurnalistt qələminizlə nöqsanları, qüsurları, çatışmazlıqları obyektiv, ədalətli şəkildə aşkara çıxarmağınız və xeyirxah niyyətlərlə bu sahədə Azərbaycan iqtidarı ilə əməkdaşlıq etməyiniz olardı.

Mən sizinlə dostluğumuza sadiqəm. Çalışacağam ki, bunu pozmayım. Siz də çalışın ki, dostluğumuz pozulmasın.

Əmin ola bilərsiniz ki, jurnalistlərin dostu kimi, bu adı daşımaq üçün mənim tərəfimdən bundan sonra nə mümkündürsə ediləcəkdir. Mən sizinlə bu dostluğumu davam etdirmək istəyirəm.

Sizin hamınıza cansağlığı arzu edirəm. Hər birinizə uğurlar arzulayıram. Hər bir mətbuat orqanına arzu edirəm ki, o, daha da uğurla fəaliyyət göstərsin. Çox sağ olun.

\Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı\.

X X X

Sonra Azərbaycan Prezidenti mərasimdə iştirak edən jurnalistlərlə səmimi söhbət etdi, onların problemləri ilə maraqlandı, arzu və təkliflərini dinlədi, xatirə şəkli çəkdirdi.

Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu.

Mərasimdə Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ