Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MİSİRİN XARİCİ İŞLƏR ÜZRƏ DÖVLƏT NAZİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oktyabrın 24-də Prezident sarayında Misir Ərəb Respublikasının xarici işlər üzrə dövlət naziri xanım Faizə Əbul-Nəcanı qəbul etmişdir. 

Qonağı səmimiyyətlə salamlayan Prezident HEYDƏR ƏLİYEV onun ölkəmizə səfərindən çox məmnun olduğunu söyləyərək bildirdi ki, Misir ilə Azərbaycan arasında dostluq əlaqələri çoxtərəflidir. Biz bu əlaqələri həmişə qiymətləndirmişik və buna çox böyük əhəmiyyət veririk. Əlaqələrimizin bütün sahələrdə inkişaf etməsini istəyirik. Bu baxımdan sizin Azərbaycana səfəriniz, burada keçirdiyiniz görüşlər, təbii ki, bizim əlaqələrimizin inkişafına çox yardım edəcəkdir. Guman edirəm ki, buradakı görüşləriniz faydalı olubdur. Deyəsən, burada bir az da işləyəcəksiniz. Təəssüflər olsun ki, səfəriniz azmüddətlidir. Guman edirəm ki, gələn dəfə daha uzun müddətə gələrsiniz.

Xanım FAİZƏ ƏBUL-NƏCA səmimi qəbul üçün təşəkkürünü bildirərək dedi:

- Cənab Prezident, başçılıq etdiyim nümayəndə heyətini bu gün qəbul etməyiniz bizim üçün böyük şərəfdir. Biz bundan çox böyük şərəf duyuruq. Çox xoşdur ki, mən bu gözəl ölkədə, Azərbaycandayam, gözəlliyi ilə seçilən Bakı şəhərindəyəm. Ümid edirəm ki, bu, Azərbaycana sonuncu səfərim olmayacaq, mən buraya yenə gələcəyəm. Səfərim qısamüddətli olsa da, səmərəli keçir. Azərbaycan tərəfdən olan həmkarlarımız, dostlarımız bizə yardım edirlər. Cənab Prezident, eyni zamanda, mənim üçün çox böyük şərəf və baş ucalığıdır ki, şəxsən Sizinlə görüşürəm. Sizin dostunuz və qardaşınız, Misir Prezidenti Hüsni Mübarəkdən Sizə xüsusi salamlar gətirmişəm. Mən onun şəxsi məktubunu Sizə təqdim etmək istəyirəm. Bu məktubunda o, ümid edir ki, Azərbaycan ilə Misir arasında əlaqələr daha da möhkəmlənəcək və bütün mümkün sahələrdə daha da dərinləşəcəkdir. Bu, bizim arzumuz və istəyirmizdir. Prezident Hüsni Mübarək həm də məmnun olduğunu bildirir ki, Misir və Azərbaycan arasında gözəl siyasi münasibətlər yaranmışdır. Bu, eyni zamanda, prezidentlər arasında olan dostluq və qardaşlıq münasibətləri, habelə xalqlarımız arasındakı mehriban münasibətlərdir.

Qonaq onu da əlavə etdi ki, Misir rəhbəri ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi münasibətlərin iqtisadi münasibətlərlə möhkəmləndirilməməsindən təəssüfləndiyini bildirir. O, çox arzulayır ki, iqtisadi - ticarət münasibətlərimiz də eyni dərəcədə yüksək səviyyədə olsun. Prezidentimiz mənə tapşırmışdır ki, Misir və Azərbaycan arasında müştərək komissiyaya rəhbərlik edim. Bu komissiya ölkələrimiz arasında iqtisadi, texniki və mədəni əməkdaşlıq sahələrini əhatə edəcəkdir. Dövlət naziri Misirin də mərkəzləşdirilmiş qaydada idarə olunan iqtisadiyyatından bazar iqtisadiyyatına keçən bir ölkə olduğunu xatırladaraq dedi ki, biz bu keçid dövrünü 25 il bundan əvvəl yaşamışıq. Ona görə müəyyən təcrübəmiz var və bunu Azərbaycanla bölüşə bilərik. Bazar iqtisadiyyatına keçmək, xarici ticarəti sərbəstləşdirmək olduqca çətindir. Bu baxımdan qısa müddət ərzində əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi, hökumətinizi, ölkənizi təbrik etmək istəyirəm.

Xanım Faizə Əbul-Nəca Bakıda aparılan danışıqlar, Misirin ölkəmizlə əməkdaşlığa mraq göstərdiyi konkret sahələr barədə də məlumat verdi, eyni zamanda bildirdi ki, müştərək komissiya artıq öz işinə başlayıb və ilk protokol imzalanmışdır. Bu protokol turizm, rabitə, informasiya, maliyyə, bank, səhiyyə və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Qonaq dedi ki, mədəni əlaqələr çox mühüm sahədir. Mən Prezidentimizdən xüsusi təlimat almışam ki, bu sahədə əməkdaşlığımızı mümkün qədər inkişaf etdirmək lazımdır. Siz bir qədər əvvəl böyük Azərbaycan şairi Cavidin ev muzeyinin açılışında iştirak etmisiniz. Misirdə də buna oxşar bir tədbir keçirilmişdir. Oktyabrın 16-da Misirin İsgəndəriyyə şəhərində kitabxananın yenidən bərpa olunması ilə əlaqədar tədbirlər keçirilmişdir. Sizə məlum olduğu kimi, bu şəhər XVII əsr əvvəl salınmışdır.

HEYDƏR ƏLİYEV: Mən televiziya ilə gördüm. Mənim dostum Hüsni Mübarək bu tədbirlərdə iştirak etmişdir.

FAİZƏ ƏBUL-NƏCA: Cənab Prezident, Sizə, Azərbaycan hökumətinə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan da bu tədbirlərə özünün layiqli töhfəsini verdi. Azərbaycan Əlyazmalar İnstitutu bir neçə çox qədim kitabı bizim kitabxanaya göndərdi. Prezident Hüsni Mübarək həm də xahiş etdi Sizə çatdırım ki, Misir Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir. Prezidentimiz onu da xahiş etmişdir ki, Yaxın Şərqdəki vəziyyətlə bağlı Misirin mövqeyi haqqında da Sizə məlumat verim. Prezident Hüsni Mübarək bütün vasitələrdən və üsullardan istifadə edərək, İsraili inandırmağa çalışır ki, fələstinlilərlə sülh danışıqlarına başlasın.

Təəssüf hissi ilə bildirmək istəyirəm ki, İraqa qarşı müharibənin başlanması təkcə bu ölkə üçün deyil, bütün Yaxın Şərq regionu üçün təhlükə yarada bilər. Prezident Mübarək İraq prezidenti Səddam Hüseyndən xahiş edibdir ki, BMT-nin inspektorlarının şərtsiz olaraq Bağdada gəlmələrinə, lazımi obyektləri yoxlamalarına icazə versin.

HEYDƏR ƏLİYEV: Sağ olun, sizə təşəkkür edirəm. Mənim dostum, Misir Prezidenti Hüsni Mübarəkdən gətirdiyiniz məktuba və salamlara görə təşəkkür edirəm. Məktubu diqqətlə oxuyacağam və təbiidir ki, ona cavab yazacağam.

Sizin verdiyiniz məlumatların və söylədiyiniz fikirlərin hamısı bizim üçün çox əhəmiyyətlidir. Mən Prezident Hüsni Mübarəklə tam razıyam ki, bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, amma iqtisadi əlaqələrimiz hələ ki, o səviyyəyə çatmayıbdır. Təəssüf ki, son illər biz bu əlaqələrin inkişaf etməsi üçün lazımi tədbirlər görməmişik. Mən məmnunam ki, biz indi müştərək komissiya yaratmışıq. Misir tərəfdən siz rəhbərlik edirsiniz, Azərbaycandan da iqtisadi inkişaf naziri Fərhad Əliyev. Guman edirəm, sizin bu səfəriniz, müştərək komissiyanın yaranması - bunların hamısı bizim iqtisadi əlaqələrimizdə yeni mərhələnin başlanğıcı olmalıdır. Bu sahədə həm Misirdə, həm də Azərbaycanda imkanlar çoxdur. Dərman istehsalı barədə təklifinizə etiraz etmirəm, bu sahədə Azərbaycanda müştərək iş görmək olar. Çay ticarəti ilə əlaqədar da müəyyən işlər görmək mümkündür. Ancaq bunlar azdır. İqtisadi əlaqələrimizi bunlarla məhdudlaşdırsaq, bu Misir və Azərbaycana yaraşan iş olmayacaqdır. Ona görə siz də və bizim nazir Fərhad Əliyev də başqa təkliflər irəli sürməlisiniz. Bunları bir günə etmək olmaz, ancaq məsləhətləşmək, araşdırmalar aparmaq, təkliflər irəli sürmək olar. Başqa sahələrdə də əlaqələrimizi inkişaf etdirməliyik. Misir və Azərbaycan bir-biri ilə çox tarixi əlaqələri olan ölkələrdir. Bizim adət-ənənələrimizdə, mənəvi dəyərlərimizdə çox böyük bənzərliklər var. Ona görə Misir mədəniyyəti, yaxud Misir musiqisi, rəqsi burada göstəriləndə, səslənəndə azərbaycanlılar bunu öz doğma mədəniyyətinin bir hissəsi kimi qəbul edirlər.

Mənim xatirimdədir, 1960-cı illərin əvvəllərində, yəni 40 il bundan əvvəl, bəlkə də 42-43 il bundan öncə Azərbaycanın Dövlət Mahnı və Rəqs Ansamblı Misirə qastrola getmiş, bir aydan çox müvəffəqiyyətlə konsertlər vermişdi.

Mən 1973-cü ildə Misirə səfər edərkən Qahirədə sizin opera teatrında oldum. Onda mən çox gözəl Misir operası gördüm. Bizdə gözəl opera və balet teatrı var, çox gözəl tamaşalar göstərir. Bu teatrın kollektivini ölkənizə qastrola göndərmək olar, onlar Misirin opera teatrında çox uğurla çıxış edə bilərlər. Hər bir xalqın özünəməxsus mədəniyyəti, incəsənət nümunələri var. Misirlə Azərbaycan bir-birinə çox yaxındır, bundan istifadə etmək lazımdır. Mən Qahirədə özümü çox doğma bir yerdəki kimi hiss edirdim.

Siz Yaxın Şərqdəki vəziyyətlə əlaqədar hörmətli Prezident Hüsni Mübarəkin mövqeyini mənə çatdırdınız. Xahiş edirəm, Hüsni Mübarəkə mənim bu sözlərimi çatdırasınız ki, indi Misir Prezidenti ərəb dünyasında ən təsirli bir şəxsiyyətdir. Eyni zamanda, onun ABŞ-da və Avropada da çox böyük hörməti var. Yaxın Şərq, Fələstin-İsrail münaqişəsinin bu cür ağır vəziyyətdən çıxarılması üçün Prezident Hüsni Mübarək daha çox iş görə bilər. Prezident Hüsni Mübarəkin o fikri ilə də mən tamamilə razıyam ki, İraqa qarşı müharibə başlansa, bu, Yaxın Şərqdə vəziyyəti xeyli gərginləşdirə bilər.

Bilirsiniz ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ağır vəziyyətə düşmüşdür. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlarımızdan bir milyondan çox azərbaycanlı çıxarılmışdır. Təssüflər olsun, hələ ki, dünya ictimaiyyəti, böyük dövlətlər bu vəziyyətin aradan qaldırılması üçün, nədənsə, tədbirlər görmürlər. Səkkiz ildir ki, biz atəşkəs rejimini qoruyub saxlayırıq, müharibənin başlanmasına yol vermirik. Amma belə getsə, müharibənin yenidən başlanması təhlükəsi artacaqdır. Xalq belə vəziyyətə artıq dözə bilmir. Biz hər yerdə, həmçinin Yaxın Şərqdə sülh olmasına tərəfdarıq. Güman edirəm ki, siz mənim fikirlərimi Misir Prezidenti, dostum Hüsni Mübarəkə çatdıracaqsınız.

X X X

Faizə Əbul - Nəca görüşdən xatirə olaraq Azərbaycan Prezidentinə hədiyyə təqdim etdi.

Qəbulda İqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, Misirin Bakıdakı səfiri xanım Əmin Cihan Məhəmməd Əli iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtaq Aydınoğlunun və

Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam