Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASI XARİCİ KƏŞFİYYAT XİDMƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrin 26-da Prezident sarayında Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru general-polkovnik Sergey Lebedev başda olmaqla bu qurumun nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan Dövlətimizin başçısı HEYDƏR ƏLIYEV Rusiya Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycanın müvafiq orqanları arasında əməkdaşlığın fəallaşmasından çox məmnun olduğunu bildirərək dedi ki, biz Azərbaycanla Rusiya arasında fəal əməkdaşlığa, o cümlədən xarici kəşfiyyat məsələlərində əməkdaşlığa maraq göstəririk. Biz bunu əsas tuturuq ki, siz böyük imkanlara maliksiniz, Azərbaycanda da bəzi imkanlar vardır. Azərbaycanın coğrafi mövqeyi belə deməyə əsas verir ki, biz çox fəal əməkdaşlıq edə bilərik. Əslinə qalsa, bu yeni iş deyildir, Azərbaycan və Rusiya çoxdan əməkdaşlıq edirlər.

Bütün bu proseslər sentyabrın 23-də Moskvada yüksək səviyyədə keçmiş Azərbaycan-Rusiya danışıqlarına tam uyğun olaraq inkişaf edir. Azərbaycan dövlətinin başçısı bu danışıqların nəticələri barədə danışaraq, bildirdi ki, “onlar son dərəcə uğurla və yüksək səviyyədə, tam qarşılıqlı anlaşma, səmimilik və dostluq münasibətləri şəraitində keçdi və yaxşı nəticələr verdi”.

Azərbaycan Prezidenti bildirdi ki, bu günlərdəki səfərin gedişində Xəzər dənizinə dair, təhsil sahəsində əməkdaşlığa dair mühüm sazişlər imzalanmışdır. Regionumuzla bağlı məsələlər, beynəlxalq xarakterli bəzi məsələlər də nəzərdən keçirilmişdir.

Dövlətimizin başçısı dedi: Biz müstəqilliyi Azərbaycan üçün ən böyük hadisə kimi qiymətləndiririk. Əsrlərlə Azərbaycanın dövlətçiliyi olmamışdır və 1991-ci ildə Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi xalqımız üçün böyük xoşbəxtlik oldu. Hərçənd, ilk illər çox çətin idi, Ermənistanla müharibə gedirdi, daxili ictimai-siyasi vəziyyət son dərəcə qeyri-sabit idi. Burada müxtəlif silahlı dəstələr yaradılmışdı, bütün bu silahı, bütün qüvvələrini erməni qəsbkarlarını dəf etmək və ərazilərimizi müdafiə etmək əvəzinə, onlar hakimiyyət uğrunda mübarizə aparırdılar. Bütün bunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu, yerindən-yurdundan zorla çıxarılmış bir milyon qaçqın-köçkünün əksəriyyəti çadırlarda yaşayır.

Prezident Heydər Əliyev xatırlatdı ki, ilk illər Rusiya ilə münasibətlərdə də heç də hər şey hamar deyildi. Vəziyyəti 1993-cü ildən başlayaraq, mən hələ parlamentin sədri olanda, Prezidentin səlahiyyətlərini icra edəndə dəyişmək mümkün oldu. Biz MDB-yə daxil olduq, bir qədər sonra isə həm MDB çərçivəsində, həm də Rusiya-Azərbaycan münasibətləri sahəsində fəaliyyətimizi gücləndirdik. Lakin yenə də nə isə çatışmırdı. Amma Vladimir Putin Rusiyanın Prezidenti seçiləndən sonra biz Azərbaycana nə isə yeni, normal, mehriban münasibəti dərhal hiss etdik.

Səmimi qəbula görə təşəkkür edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru SERGEY LEBEDEV ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyinə görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirdi. O dedi: Biz Azərbaycana sevinc hissi ilə gəlmişik, belə bir hisslə yalnız dostların yanına gəlmək olar. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər onilliklər, yüzilliklər ərzində mövcud olan bu ənənəvi dostluq hisslərinə cavab verir. Bax, elə bu yaxınlıq, bu ənənələr xüsusi xidmətlər xətti ilə sıx qarşılıqlı fəaliyyətlərin zəruriliyini diktə edir.

S.Lebedev keçirdikləri görüşlər barədə danışaraq bildirdi ki, açıq, yoldaşcasına danışıqlar gedişində belə nəticəyə gəldik ki, beynəlxalq vəziyyət də ölkələrimizin xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığı zəruri edir. Beynəlxalq təhlükələr mövcuddur və onlar təkcə Azərbaycana və Rusiyaya qarşı yönəlməmişdir. Qlobal xarakterli belə təhlükələrin olduğu bir çox regionların adını çəkmək olar.

Milli təhlükəsizlik naziri Namiq Abbasov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov qəbulda iştirak edirdilər.

X x x

Qəbul başa çatdıqdan sonra Azərbaycanın milli təhlükəsizlik naziri Namiq Abbasov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Lebedev brifinq keçirdilər.

Jurnalistlərə bildirildi ki, danışıqlar zamanı bir sıra məsələlər, o cümlədən birgə həll edilməli böyük problem olan beynəlxalq terrorizmlə mübarizə, habelə Azərbaycanın və Rusiyanın iqtisadi, ekoloji təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunmuşdur. Müzakirə edilən məsələlərdən biri də kütləvi qırğın silahının yayılması ilə mübarizədə əməkdaşlığın genişləndirilməsi barədə idi. Tərəflər bu konstruktiv əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO