Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASININ SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 30-da Prezident sarayında Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabovu qəbul etmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV səfiri səmimiyyətlə qarşılayaraq dedi:

-Nikolay Timofeyeviç, Sizi salamlayıram. Bu gün ölkənizdə bayramdır. Sankt-Peterburqun 300 illik yubileyi bizim üçün də bayramdır. Bununla əlaqədar sizi təbrik edirəm, bütün Rusiyanı, Prezident Vladimir Vladimiroviçi təbrik edirəm. Mən ona təbrik məktubu göndərmişəm və bu gün Sizin vasitənizlə şifahi təbrikimi də yetirirəm.

Səfir NIKOLAY RYABOV dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək dedi:

- Möhtərəm cənab Prezident, çox sağ olun. Mən Rusiya üçün də, Azərbaycan üçün də əlamətdar olan gündə Sizinlə görüşmək imkanına görə özümü xoşbəxt sayıram. İkiqat xoşbəxtəm ki, Sizi sağlam və gümrah görürəm, Siz iş rejimindəsiniz, səfirləri, əcnəbi qonaqları qəbul edirsiniz, müşavirələr keçirirsiniz, yəni səmərəli və məhsuldar işləyirsiniz. Bu, bizim üçün çox xoşdur. Heydər Əliyeviç, bilirsiniz ki, 2003-cü il həm də Sizin səksən illik yubileyiniz ilidir. Bu, həm də Azərbaycan Respublikasının 85 illik və Sankt-Peterburqun 300 illik yubileyi ilidir. Rusiya xalqı qarşısında və Azərbaycan xalqı qarşısında xidmətlərinizə görə, şəxsən öz adımdan Sizə səmimi qəlbdən çox böyük təşəkkür etmək, təbrikimi yetirmək istərdim.

Səfir sonra Prezident Vladimir Putinin imzaladığı təbrikin əslini və Rusiyanın ilk Prezidenti Boris Yeltsinin təbrikini Azərbaycan Prezidentinə təqdim edərək dedi ki, iki prezidentin təbriklərini birlikdə yetirmək diplomat üçün nadir imkandır. Biz hamımız Rusiyanın dövlət xadimlərindən, siyasətçilərindən, sənayeçilərindən, sahibkarlarından, elm adamlarından, artistlərindən Sizin ünvanınıza nə qədər çoxsaylı təbrik teleqramları göndərildiyinə diqqət yetirdik. Çox xoşdur ki, qəzetlərdə dərc edilmiş bu təbriklərin, demək olar, yarısı Rusiyadan göndərilən təbriklər idi. Əlbəttə, bütün bunların zirvəsi Sizin müasir Rusiyanın ən yüksək, ən başlıca və mötəbər mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif edilməyiniz oldu. Bu mükafata hələ heç bir xarici dövlət xadimi layiq görülməyibdir. Heç kəs. Zənnimcə, bu, qanunauyğundur. Mən, sadəcə, xoşbəxtəm ki, həqiqətən, göstərdiyiniz və fəxr etməyə haqlı olduğunuz xidmətlərə görə Rusiya xalqı Sizə öz dərin hörmətini nümayiş etdirdiyi bir vaxtda bu ölkədəyəm, Sizinlə ünsiyyətdəyəm. Siz bu xidmətləri keçmiş illərdə, Sovet İttifaqının iqtisadiyyatının sükanı arxasında olduğunuz vaxt göstərmisiniz. Bunların hamısını bu günədək xatırlayır və Sizə dərin minnətdarlıq hissləri bəsləyirlər.

Diplomat dedi ki, Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinizin 10 ili də bir tarixdir və olduqca xoş tarixdir. Bu gün mən xüsusi qeyd etməliyəm ki, hazırda Rusiya Federasiyası ilə Azərbaycan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin memarı və yaradıcısı şəxsən Siz olmusunuz. Vladimir Vladimiroviç Putin çıxışlarından birində açıq demişdir ki, Heydər Əliyeviç münasibətlərimizdə qapıları açıq saxladı ki, biz münasibətlərimizi yeni, daha yüksək, xalqlarımızın dostluq və qardaşlıq əlaqələrinin ruhuna uyğun səviyyəyə qaldıra bilək. Bütün bunlara görə çox sağ olun.

Rusiya səfiri bu münasibətlərin indiki vəziyyəti ilə bağlı bəzi məsələlərdən, hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasından da danışdı, əmtəə dövriyyəsinin ötən il 87 faiz, cari ilin üç ayı ərzində isə 20 faizdən çox artdığını bildirdi. O dedi ki, bu nəticələr bizi sevindirir və biz onların üzərində Sizin 2002-ci ilin yanvarında dövlət səfəriniz zamanı verdiyiniz birgə göstərişlər əsasında işləmişik. Müqayisə üçün demək lazımdır ki, Rusiya-Azərbaycan ticarətinin həcmi Rusiyanın Gürcüstan və Ermənistanla birlikdə götürdükdə əmtəə dövriyyəsindən 2,2 dəğə artıqdır.

HEYDƏR ƏLİYEV: Orada satmağa bir şey yoxdur.

NİKOLAY RYABOV: Heydər Əliyeviç, orada nə olduğunu bilmirəm, ancaq onu bilirəm ki, ticarət sahəsində biz yaxşı nəticələr əldə etmişik və ciddi irəliləyişlər vardır. Biz indi energetika sahəsində əlaqələrin inkişafına xüsusi diqqət yetiririk, aqrar-sənaye kompleksində artıq ciddi müsbət nəticələr vardır. Rusiya şəhərlərinə kənd təsərrüfatı təyinatlı məhsulların göndərilməsi müntəzəm hal almış, kənd təsərrüfatı maşınqayırması istehsalında, buraya kombaynlar göndərilməsinə dair lizinq münasibətlərində, mikrobiologiya komponentləri istehsalında, bitkilərin məhsuldarlığının artırılmasında və bir çox digər sahələrdə əməkdaşlığın təməli qoyulur. Deməliyəm ki, Moskvada Sizin şəxsən verdiyiniz təkliflərin yerinə yetirilməsi sayəsində metallurgiya sənayesində, məsələn, alüminium sənayesində əməkdaşlığı fəallaşdırmışıq. Artıq indi demək olar ki, müsbət nəticə əldə edəcəyik.

Azərbaycan bu gün iritonnajlı yük avtomobilləri istehsalçısıdır. Burada KAMAZ-ların yığılması qaydaya salınmışdır, lakin biz belə qərara gəldik ki, hər halda, yenidən Gəncəyə qayıdaq və orada QAZEL-lərin - kiçik tonnajlı avtomobillərin yığılmasına başlayaq. Azərbaycan fermerlərinin də, kiçik sahibkarların da belə maşınlara ehtiyacı var, onlar şəhərdə də lazımdır. Bir sözlə, Azərbaycanla əməkdaşlıq edərək, Gəncəni də yavaş-yavaş inkişaf etdirəcəyik.

Bu gün mən ölkələrimizin hesablama palatalarının iclasında oldum, orada mənə dedilər ki, Azərbaycan Respublikasının Prezidenti məni qəbul edəcəkdir. Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşin onun səmimi salamını və bu palataların əməkdaşlığına rəvac verdiyinizə görə təşəkkürünü Sizə yetirməyi xahiş etdi. Bütün palata tam heyətlə buradadır. Palata xaricə ilk dəfə səfərə çıxaraq, Azərbaycana gəlmişdir və sırf əməli məsələləri - Prezidentin büdcə barədə Palataya göndərdiyi məktubun təhlilindən tutmuş büdcə vəsaitindən istifadənin səmərəliliyinin qiymətləndirilməsi və kadr hazırlığınadək məsələləri müzakirə edir. Bu, dövlətlərimizin əməkdaşlığının gözəl göstəriciləri, nümunələridir. Burada heç bir siyasət yoxdur, mənafelərə xidmət edən işgüzar əməkdaşlıq var. Sizin palatanızın yaşı bir ildən bir qədər artıqdır, bu gün qeyd olunduğu kimi, artıq təcrübə toplayıb və onu Rusiya da öyrənə bilər. Bu, çox yaxşıdır.

Prezident HEYDƏR ƏLİYEV Rusiya hökuməti adından söylədiyi sözlərə görə səfirə təşəkkür edərək dedi ki, mən xəstəliyim dövründə Vladimir Vladimiroviç Putinin xüsusi diqqətini hiss etdim. O, mənə tez-tez zəng edir, hal-əhval tutur və hətta buraya gəlmək istəyirdi. Bildiyiniz kimi, sonra biz bu səfəri təxirə saldıq. Odur ki, mən bütün bunlara görə ona təşəkkür edirəm, Putin, həqiqətən, həssas qəlbli Prezidentdir. Bu, çox xoşdur. Yeri gəlmişkən, haqqında danışdığınız münasibətlər, onların inkişafı Rusiyada, əsasən, Vladimir Vladimiroviç hakimiyyətə gələndən sonra təşəkkül tapmışdır. Ümumiyyətlə, münasibətlər ikitərəfli olmalıdır. Əgər Azərbaycan əməkdaşlığa çalışırsa, Rusiya tərəfindən isə adekvat cavablar yoxdursa, əlbəttə, nə qədər səy göstərsən də, bir şey çıxmayacaqdır. Burada isə Rusiya, Vladimir Vladimiroviç daha böyük təşəbbüs göstərdi. Budur, qısa müddətdə Sizin açıqladığınız nəticələr əldə edilmişdir.

 

Mən yüksək mükafata- Müqəddəs Aposto Andrey Pervozvannı ordeninə görə Vladimir Vladimiroviçə çox təşəkkür edirəm. Bəli, bu, həqiqətən, çox yüksək mükafatdır və Sizin dediyiniz kimi, ilk dəfədir ki, əcnəbi şəxsə verilir. Odur ki, mən bunu xüsusi qiymətləndirirəm və düşünürəm ki, Vladimir Vladimiroviç də görülmüş işləri qiymətləndirir.

Çox sağ olun, mən bizim əməkdaşlığımıza çox şadam. Biz bu yolla gedəcəyik.

Səfir NİKOLAY RYABOV dövlətimizin başçısına minnətdarlıq edərək dedi ki, Heydər Əliyeviç, Sizinlə tamamilə razıyam, bu, iki prezidentin qarşılıqlı addımları idi, lakin razılaşın ki, Sizin keçmiş sovet məkanındakı rolunuz və missiyanız olduqca böyük və əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bizim hamımız üçün nə qədər əhəmiyyətli şəxsiyyət olduğunu bilirik. Əlbəttə ki, Rusiyanın mövqeyinin, onun Prezidentinin hörməti, Sizin dediyiniz kimi, böyük insani keyfiyyətlərinin də təsiri var. Vladimir Vladimiroviç, həqiqətən, həmişə narahatdır, istəyirdi ki, ona daim məlumat verək, Sizinlə əlaqə saxlayırdı. Bu onu göstərir ki, o, Sizi, həqiqətən, hətta mən deyərdim ki, bir ata kimi sevir. Həqiqətən sevir və dərin hörmət bəsləyir.

Heydər Əliyeviç, bildiyiniz kimi, iyunun 12-də bizim bayramımız- Rusiya günüdür. Əgər imkan tapsanız, qısa müddətə də olsa, təşrif gətirin.

HEYDƏR ƏLİYEV: Baxarıq. Hələ vaxt var.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdi.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub