AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ŞİMAL DƏNİZİNDƏKİ PLATFORMA İLƏ TANIŞ OLMUŞDUR
Sözün əsl mənasında möcüzəyə bənzəyən platforma dünyanın neft sənayesinin böyük nailiyyətlərindən biridir. Buradakı “Sleyner- A” yatağında istehsal olunan qaz birbaşa Avropanın müxtəlif şəhərlərinə ixrac edilir.
Prezident Heydər Əliyevə məlumat verildi ki, ildə altı milyard kubmetr qaz istehsal olunan bu platformada 51 adam işləyir. Dövlətimizin başçısı elektronika vasitəsilə idarə olunan, çox yüksək səviyyəli texnika və texnologiya tətbiq edilən bu platformanı başdan-başa gəzdi, orada çalışanlarla səmimi, mehriban söhbət etdi, onlarla görüşündən razı qaldığını bildirdi.