Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 3-də Prezident sarayında Türkiyə Respublikası Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı M.Şener Eruyguru və onu müşayiət edən şəxsləri qəbul etmişdir. 

Qonaqları səmimiyyətlə qarşılayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi:

-Xoş gəlmisiniz! Sizin gəlməyinizdən çox məmnunam.

Biz Silahlı Qüvvələrimizin hamısını Türkiyə modeli əsasında, Türkiyədən nümunə götürərək qururuq. Burada da sizin nümayəndələr var, onlar bizə kömək edirlər.

Vaxt ayırıb onları qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən ordu generalı M.ŞENER ERUYGUR dedi:

-Hörmətli Cümhur başqanım, buraya gəldiyim andan etibarən çox böyük qonaqpərvərlik gördüm. Buna görə də ayrıca təşəkkür edirəm.

Azərbaycana səfərə gəlmək ərəfəsində Baş Qərargah rəisimizi ziyarət edib, onun istəyini də öyrəndim. O, Zati-alinizə səmimi salamlarını, hörmət və ehtiramını çatdırmağı xahiş etdi. Mən də bunu ərz etməkdən böyük qürur duyuram.

HEYDƏR ƏLİYEV: Sağ olun.

M.ŞENER ERUYGUR: Hörmətli Cümhur başqanım, mən 1992-ci ildə Azərbaycanı ziyarət etmişdim. Keçən illər ərzində Azərbaycanda, Bakıda çox gözəl inkişafı görməkdən məmnunluq duydum. Bunu da Zati-alinizə söyləməyi borc bilirəm. İcazənizlə, bəzi məsələlər barədə qısa məlumat verərdim.

HEYDƏR ƏLİYEV: Mən bir-iki kəlmə demək istəyirəm. 1992-ci ildə siz Azərbaycanı çox pis vəziyyətdə görmüsünüz.

M.ŞENER ERUYGUR: Bəli.

HEYDƏR ƏLİYEV: 1993-cü ilin əvvəllərində Xalq Cəbhəsi - onlar hakimiyyətdə bir il qaldılar - işləri apara bilmədi. Sonra bəzi ordu nümayəndələri, Gəncədən bir dəstə gəlib onlara qarşı hücum etdilər.

Mən onda Naxçıvanda idim, orada yaşayırdım. Məni buraya onlar özləri dəvət etdilər. Gəlmək istəmirdim, ancaq sonra fikirləşdim ki, bizim Vətənimizdir, gedim, görüm burada niyə belə hadisələr olur. Gəldim, Əbülfəz Elçibəy qaçdı, dağa getdi, onun orada kəndi var. O biriləri də oraya-buraya. Burada xaos idi, iqtisadiyyat dağıdılmışdı. İnsanlar bir-biri ilə pis münasibətdə idilər. Biz işləməyə başladıq.

1994-cü ildə Gəncədən və başqa yerlərdən dövlət çevrilişi etməyə çalışdılar. Silahsız, filansız qarşısını aldıq. Mən televiziya ilə xalqa müraciət etdim. Axşam idi, saat 10-da. Bir saatdan sonra buradakı meydan insanlarla dolmuşdu. Onlar bizi müdafiə elədilər, biz də çevriliş cəhdinin qarşısını ala bildik.

Sonra, 1995-ci ildə polkovnik Rövşən Cavadov silah toplamağa başladı. Bakıda bir yerdə yığışdılar və bizə ultimatum verdilər ki, hakimiyyətdən getməlisiniz. Hətta o vaxt Moskvadan, başqa yerlərdən jurnalistlər gəlmişdi. Çünki çox maraqlı idi. Hətta bəzi televiziya kanalları deyirdilər ki, hakimiyyət artıq Rövşən Cavadovdadır.

Mən onlarla çox, bir neçə gün danışıq apardım. Hətta Cavadovun atası ilə də görüşdüm, onunla danışıq apardım. Bir şey çıxmadı. Onlar buraya, Prezident sarayına, Milli Məclisə, bizim Müdafiə Nazirliyinə hücum etmək istəyirdilər. Onda biz silah işlətməyə məcbur olduq. Çünki onlar silahlı idilər. Orada vuruşma oldu. Bilmirəm, 36 ya 40 adam onlardan həlak oldu, təxminən 30-32 nəfər də bizdən həlak oldu. Amma onları tamamilə dağıtdıq. Ondan sonra onların ayrı-ayrı nümayəndələri gəlib burada təxribat etmək istəyirdilər, imkan vermədik.

Belə bir şəraitdə biz 1993-cü ildən iqtisadiyyatla məşğul olurduq. Ancaq bu dediklərim bizim vaxtımızı çox alırdı. Bu işləri qurtarandan sonra iqtisadiyyatın inkişafına, sosial məsələlərə ciddi fikir verməyə başladıq. Mən sizə deyim ki, 1996-cı ildən 2002-ci ilə qədər bütün göstəricilərin hamısı yüksəkdir. Gəlirlərimiz var. Məsələn, 1992-ci ildə Azərbaycanın büdcəsi bilmirəm, deyəsən, təxminən 100 milyon dollar idi. Amma bizim gördüyümüz işlər nəticəsində indi Azərbaycanın büdcəsi 1 milyard 200 milyon dollardır. Bunlar hamısı bizə imkan verdi ki, sosial məsələləri həll edək. Eyni zamanda, Bakı şəhərinə fikir verək. İndi burada böyük evlər tikilib, küçələr çox yaxşı vəziyyətdədir. Şəhərdə camaat çox rahat yaşayır, hər şey etmişik. Bunları dedim ki, siz biləsiniz.

M.ŞENER ERUYGUR: Cənab Prezident, mən bunlar barədə hörmətli nazirinizə də bildirdim. Təbiidir, iqtisadi çətinliklər olacaqdır. Hər halda, bu da müəyyən zamandan sonra ötüb keçəcəkdir. İcazə versəniz, qısaca məlumat vermək istəyirəm.

Ölkələrimiz arasında müştərək tarixi mədəni birlik olduğuna görə, biz Azərbaycanla münasibətlərimizə çox böyük əhəmiyyət veririk. Azərbaycan-Türkiyə əlaqələrində, ilk növbədə, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanaraq, iki ölkənin xoşbəxtliyini, rifahını arzulayaraq, əlimizdən gələn hər cür köməyin göstərilməsi ilə bağlı fikirlərimizi Zati-alinizə çatdırmaq istəyirəm. Bu baxımdan böyük əhəmiyyət verdiyimiz bir ölkədə olmağımdan duyduğum məmnunluğu yenidən nəzərinizə çatdırmaq istəyirəm. Ölkələrimiz arasındakı münasibətlərin səviyyəsini göstərmək baxımından Bakı-Tbilisi-Ceyhan neft kəməri və Baki-Tbilisi-Ərzurum qaz kəməri layihəsi çərçivəsindəki əməkdaşlığımız bütün ölkələr tərəfindən qibtə ilə baxılan səviyyədədir.

HEYDƏR ƏLİYEV: Ərzurum sizin vətəninizdir.

M.ŞENER ERUYGUR: Buna görə də xoşbəxtlik hissləri keçirirəm. Zati-alinizin dəfələrlə ifadə etdiyi “Bir millət, iki dövlət” müdrik kəlamına biz də ürəkdən şərikik. Azərbaycanın bir hissəsi olan Naxçıvanın inkişafı məsələsinə də biz böyük əhəmiyyət veririk. Sizin də çox yaxşı bildiyiniz kimi, biz Türkiyə Silahlı Qüvvətləri olaraq Naxçıvanda da hər cür dəstək və qayğı göstərməyə çalışır, qardaşlarımıza kömək etməkdən qürur və sevinc hissi duyuruq.

Hörmətli cənab Prezident, Sizin çox yaxşı bildiyiniz kimi, 2001-ci il sentiyabrın 11-də Amerika Birləşmiş Ştatlarında baş verən hadisələrdən sonra dünya terrorizm anlayışında yeni bir dövrə daxil olmuşdur. Bu çərçivədə terrorla mübarizədə əməkdaşlıq məsələsində yeni imkanlar açılmışdır. Amma Türkiyə bundan əvvəlki dövrdə illər boyu terrorizmlə mübarizədə çox vaxt yalqız qalmışdı. Ancaq sentyabr hadisələrinə baxmayaraq, hələ də bu əməkdaşlığın arzuedilən səviyyədə olduğuna inanmırıq. Biz Türkiyə olaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən terrorun bir tərifinin müəyyənləşməsinin və buna qarşı çıxan ölkələrin müəyyən zamanlarda BMT tərəfindən terroru dəstəkləyən ölkələr kimi ictimayətə təqdim edilməsinin faydalı olacağını düşünürük. BMT-nin 1373 nömrəli qərarının, heç bir ayrı-seçkilik olmadan, bütün terror fəaliyyətlərinə tətbiq edilməsinin faydalı olacağını düşünürük.

Çox yaxşı bildiyiniz kimi, 2002-ci ilin aprel ayında Trabzonda Azərbaycan, Gürcüstan və Türkiyə arasında terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər ağır cinayətlərlə mübarizəyə dair əməkdaşlıq sazişi imzalanmışdır.

Siz həmin mərasimdə iştirak edirdiniz. Bu sazişin qüvvəyə minməsinin həmin sahədəki əməkdaşlığa təkan verəcəyinə inanırıq. Mən hörmətli nazirinizlə görüşümdə bildirdim, biz Türkiyə Jandarm Qüvvələri olaraq Qala qəsəbəsindəki fəaliyyətimizi davam etdirəcəyik. Sizin Daxili Qoşunlar komandanını arzu etdiyi zaman Türkiyədə qarşılayıb, imkanlarımız çərçivəsində yardım göstərməyə hazır olduğumuzu Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm.

1993-cü ildən bu yana Azərbaycan Silahlı Qüvvələrinə ləvazimat və təlim sahəsində göstərdiyimiz yardım Sizə məlumdur. İndiyə qədər 1600 nəfərə yaxın azərbaycanlıya Türkiyədə, 25 min nəfərə isə Azərbaycanda təlim keçilmişdir. Biz bununla bağlı çox böyük xoşbəxt hisslər keçiririk. Eyni zamanda, 1992-ci illə müqayisədə əsgərlərin hər cəhətdən dəyişdiyini gördükdə sevinc hissləri duyuruq.

Cənab Prezident, vaxtınızı çox almaq istəmirəm, məni qəbul etdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Prezident HEYDƏR ƏLİYEV vurğuladı ki, Azərbaycan da terrorizmlə çox illərdir mübarizə aparır. Mənim sizə dediyim o iki dövlət çevrilişinə cəhd də elə terrordur, onlar terroristlərdir. Biz onların qarşısını aldiq. Başqa belə hadisələr də olub, biz onlarla qəti mübarizə aparmışıq.

Amerikada 11 sentyabr hadisəsindən sonra biz bu işləri daha da gücləndiririk və nəhayət, Amerika İraqı tərkisilah etmək üçün başladığı kampaniyada Azərbaycan Amerika-Britaniya koalisiyasının üzvü oldu. Biz bütün sahələrə ciddi fikir veririk. İndi terrorizm çox qorxulu bir hal olduğuna görə, təbiidir ki, daha da ciddi olmaq lazımdır.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, daxili işlər naziri Ramil Usubov, daxili qoşunlar komandanı Zakir Həsənov və Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub