Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 4-də Prezident sarayında Türkiyə respublikasının ədliyyə naziri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi ki, hörmətli nazir, bizim ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələri var. Bu on il içərisində biz bir çox məsələləri bir-birimizlə məsləhətləşmişik, bəzi qanunları da məsləhətləşib qəbul etmişik. Ədliyyə sahəsində əməkdaşlıq çox vacibdir və əhəmiyyətlidir. Əməkdaşlıq var, bəzi müqavilələr, protokollar da var. Bu sənədlər vaxtaşırı imzalanıbdır. Ancaq mənə belə gəlir ki, Azərbaycana lazım olan cinayətkarların sizin ölkədə axtarılması, tapılması və eyni zamanda Azərbaycanda sizə lazım olan cinayətkarların tapılması haqqında biz lazımi səviyyədə əməkdaşlığa nail olmamışıq. Güman edirəm, bizim bu görüşlərimizdə, danışıqlarımızda bunların hamısını həll etmək olar. Çox məmnunam ki, siz Azərbaycana gəlmisiniz. Dost və qardaş ölkənin ədliyyə naziri CƏMİL ÇİÇƏK Prezident Heydər Əliyevə müraciətlə dedi ki, hörmətli Cümhur Başqanı, çox gərgin işinizdən vaxt ayırıb məni və nümayəndə heyətimizin üzvlərini qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Sözümün əvvəlində Türkiyə Prezidenti Əhməd Necdət Sezərin Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına türk milləti və öz adından ən xoş diləklərini, arzularını çatdırmaq istərdim. Mən buraya gələrkən, cənab Sezəri ziyarət etdim, tapşırıqları olub-olmadığını soruşdum. O da mənim vasitəmlə Sizə ən xoş diləklərini yetirməyi tapşırdı.Biz iki gündür Bakıdayıq. Hörmətli naziriniz çox böyük qonaqpərvərlik göstərdi, bizi yüksək səviyyədə qəbul etdi. Biz ölkələrimizin ədliyyə nazirlikləri arasındakı işbirliyini daha da yaxşılaşdırmaq barədə faydalı müzakirələr keçirdik. Ali Məhkəmənin sədri və bir sıra hakimlərlə görüşdük, fəaliyyətləri haqqında məlumat aldıq. Doğrusu, burada gördüklərim, eşitdiklərim məni son dərəcə məmnun etdi, çox sevindim. Biz Türkiyədə Azərbaycandakı inkişafı həmişə yüksək qiymətləndiririk. Mən Türkiyənin Böyük Millət Məclisində Zati-alinizin nitqini o vaxt dinlədim. Siz orada çox gözəl təkliflər verdiniz. Həmin təkliflərdən əlavə, Sizin təbirinizcə demək istəyirəm ki, bir millət iki dövlət arasında hüquqi sahədə də görüləsi çox önəmli işlərin və addımların olması barədə tövsiyələrinizi biz sözsüz qəbul edirik. Həyata keçirilmiş anlaşmalar da, imzalanmış sənədlər də var. Bunları böyük və birgə səylərlə yerinə yetirməyə çalışırıq.Keçmişdə bəzi sənədləri imzalamaqla bərabər, Türkiyə seçim ab-havasına girdi, hökumət dəyişikliyi oldu. Dəyişikliyə görə bu işi yerinə yetirmək mümkün olmadı. Amma indi Türkiyədə yeni bir dövr başlayıbdır. Digər sahələrdə olduğu kimi, ədliyyə sahəsində də Azərbaycan ilə görəcəyimiz çox işlər vardır. Hesab edirəm, bizim bu ziyarətimiz faydalı oldu. Qayıdandan sonra həmin işlərin icrasına çalışacağıq. Biz Zati-alinizə dərin hörmətimizi bir daha bildirmək imkanı qazandığımız üçün Sizə xüsusi təşəkkür edirik. HEYDƏR ƏLİYEV: Sağ olun, təşəkkür edirəm. Türkiyənin ədliyyə sistemi, ədliyyə orqanları böyük tarixə və çox böyük təcrübəyə malikdir. Atatürkün vaxtından dünyəvi dövlət prinsipi yaratmaq, ədliyyə işini, məhkəmə işini Avropa standartları, tələbləri səviyyəsinə qaldırmaq və insanların hüquqlarını qorumaq təcrübəsi həqiqətən sizdə var. Çünki siz uzun tarixə malik olan bir dövlətsiniz və artıq neçə ildir ki, dünyəvi dövlət şəraitində yaşayırsınız. Parlament respublikasısınız. Biz bu yola yeni düşmüşük. Ancaq bu yolu qətiyyətlə gedirik və mütləq axıradək gedəcəyik. Biz uzun müddət sovet ədliyyə sistemində, onun məhkəmə orqanlarında olmuş qanun-qayda ilə işləmişik. İndi insanların beynindən onu çıxarıb daha da mütərəqqi bir şeyi onlara anlatmaq asan iş deyil. Amma biz bunu edirik və nailiyyətlərimiz də var. Təbii ki, hələ görüləsi işlərimiz çoxdur. Biz bunların hamısını edəcəyik. Ancaq mən onu demək istəyirəm ki, biz sizin ölkənin təcrübəsindən istifadə etməliyik və istifadə edirik. Ancaq bizim ədliyyə orqanlarımız arasında əməkdaşlıq daha da möhkəm, daha da sıx olmalıdır. Sizin keçdiyiniz yolu və əldə etdiyiniz nailiyyətləri bizim ədliyyə sistemi bilməlidir və onunla əlaqədar lazımi tədbirlər görməlidir. Bunların hamısının ümumi qanunları, qaydaları var, kitablarda da yazılıbdır və biz bunları bilirik. Ancaq indi bunları həyata keçirmək və insanları məhz bu istiqamətə yönəltmək, tərbiyə etmək bizim işimizdir. Bu sahədə Türkiyənin yardımına böyük ehtiyacımız var. Güman edirəm ki, bu görüşlərdən sonra siz Azərbaycan ilə daha da yaxından tanış oldunuz, gördünüz. Belə halda daha da yaxın münasibətlər olacaqdır və siz bizimlə əməkdaşlığı daha da artıracaqsınız. CƏMİL ÇİÇƏK: Hörmətli Cümhur Başqanım, Zati-alinizin də buyurduğu kimi, Türkiyə belə bir hüquqi dövrü 1920-1930-cu illərdə böyük Atatürkün rəhbərliyi ilə gerçəkləşdirdi. Türkiyə belə bir təcrübəyə sahibdir və bu təcrübəni qardaş Azərbaycan ilə paylaşmaqdan böyük məmnunluq duyar. Keçirdiyimiz görüşlərdə də qarşılıqlı təcrübə və birgə axtarışların yollarını aramağa çalışdıq, bununla bağlı sənədlər imzaladıq.Ancaq bizim də Azərbaycandan öyrəniləsi çox şeylər vardır. Mən onu burada gördüm. Bizdə Apellyasiya Məhkəməsi yoxdur, amma Azərbaycanda var. Biz də yaratmaq istəyirik. Ona görə Siz bizdən bir addım öndəsiniz. Eyni zamanda, biz Türkiyədə ombudsman təsisatını yaratmağa çalışırıq.HEYDƏR ƏLİYEV: Sizdə ombudsman yoxdur?CƏMİL ÇİÇƏK: Bizdə yoxdur. İndi yaratmağa çalışırıq. Amma sizdə bir illik təcrübə var. Qardaş ölkədə bu cür təcrübənin olması bizim üçün olduqca yaxşıdır. Yəni Azərbaycandan öyrəniləsi məlumatlar, təcrübələr var. Ona görə də mən buradan ölkəmə böyük və faydalı bilgilərlə dönəcəyəm. Bu sahədə qarşımıza çıxıan problemlər olsa, biz dəyərli məsləkdaşımızı aramaqdan, onunla görüşməkdən məmnun olacağıq.HEYDƏR ƏLİYEV: Bəs nə üçün Türkiyədə indiyə qədər ombudsman yaranmayıbdır?CƏMİL ÇİÇƏK: Bizdə bu yaranmadı. Çünki başqa işlərlə məşğul olduq. Bir qanun layihəsi hazırlamışıq və bunu hələ müzakirə edirik. Hələlik bizdə ombudsman yoxdur. Amma indi buna ehtiyacın olduğu düşünülür. Bununla bağlı bizim ölkədə, hüquq dairələrində müzakirələr gedir. Amma Azərbaycanda bir ildir ki, ombudsman yaradılmışdır və fəaliyyəti də yaxşıdır. Bu, bizim üçün çox önəmli bir təcrübədir. HEYDƏR ƏLİYEV: Apellyasiya Məhkəməsini mütləq yaratmaq lazımdır.CƏMİL ÇİÇƏK: Bizim Cümhuriyyətin ilk illərindən 1924-cü ilə qədər belə bir məhkəmə var idi. Ancaq 1924-cü ildə ləğv edilmişdir. Bu gün yenidən yaratmaq istəyirik. Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim etmişik. 1924-cü ildə bu məhkəmənin ləğvinin səbəbi bu məhkəmələrdə çalışan yetərli sayda hakimin olmaması idi. Zati-aliləri, bilirsiniz ki, Anadolu türkləri təhsil almış nəslinin önəmli bir hissəsini Çanaqqala savaşında itirdi. Onların arasında hüquqşunas da, həkim də, mühəndis də var idi. Biz Cümhuriyyəti quranda bu məhkəmələrdə fəaliyyət göstərəcək lazımi səviyyəyə, biliyə sahib yetərincə hüquqşünas olmamışdır. Hətta bizim ədliyyəmizin tarixində yazılır ki, o zaman məhkəmələrə təyin ediləcək hakim tapılmadığı üçün işi daha az biliyə sahib olanlar aparmışlar. Ona görə də o vaxt bu məhkəmə ləğv edilmişdir. Aradan illər keçəndən sonra buna ehtiyac duyulduğu önə çıxır. Biz də hökumət olaraq belə bir məhkəmənin mövcudluğunu vacib bilib Böyük Millət Məclisində məsələ qaldırdıq. Amma Azərbaycanda bu işə başlanılmışdır. Bu da bizim üçün xüsusi təcrübə qaynağıdır. HEYDƏR ƏLİYEV: Demək, sizin də öyrənməyə ehtiyacınız vardır.CƏMİL ÇİÇƏK: Bəli, vardır. Hörmətli Cümhur Başqanım, hər dövrün öz ehtiyacı vardır.HEYDƏR ƏLİYEV: Elədir. Lap yaxşı. X X XQəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Fuad Ələsgərov, ədliyyə naziri Fikrət Məmmədov və Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub