Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏNİN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 25-də Prezident sarayında Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviközü qəbul etmişdir. 

Səfiri səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi:

-Görürsünüz bizə necə qış gəlib?!

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Hörmətli Cümhur başqanım, deyildiyinə görə 30 ildir Azərbaycanda belə soyuq hava olmamışdır.

HEYDƏR ƏLİYEV: Amma mənə dedilər ki, Türkiyədə də çox güçlü qış var.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Bəli, Türkiyədə də çox çətin qış keçir. İstanbulda, Ankarada və Şərqi Anadoluda xüsusilə sərtdir.

HEYDƏR ƏLİYEV: Hətta İstanbul-Ankara yolu bir vaxt bağlanmışdı. Sonra məlumat aldım ki, 7 min kənddə yollar bağlanıbdır.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Son zamanlar bütün dünyada iqlimdə çox böyük dəyişikliklər vardır. Bu, Türkiyəyə və Azərbaycana da təsirini göstərir.

HEYDƏR ƏLİYEV: Bizdə qış olması lazımdır. Olmasaydı deyərdik, nə üçün bizdə yoxdur.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Əlbəttə, bunun Azərbaycanda əkinçilik üçün faydalı olduğunu söyləyirlər. O baxımdan, təbii ki, bu, sevindirici haldır.

HEYDƏR ƏLİYEV: Həm əkin üçün, həm təbiət üçün, həm də meşələr üçün - hər şey üçün faydalıdır. Bizdə yaşayış üçün müəyyən çətinliklər yaradır. Ancaq bunlar müvəqqətidir. Amma əsas məsələləri götürsək, bu, təkcə Azərbaycanın əkinçiliyi üçün deyil, bütün təbiəti üçündür. Çünki biz neçə illər idi Azərbaycanda normal qış görmürdük.

Keçmişdə Rusiyada böyük bir artist var idi - Arkadi Raykin, insanları orijinal komik səhnəciklərlə güldürürdü. O, danışırdı ki, keçmişdə nə yaxşı idisə, indi yaxşı deyil. Deyirdi ki, keçmişdə qış qış idi, amma indi qış deyil. Başqa şeylər də deyirdi, amma bunu həmişə deyirdi. Azərbaycanda da belə olmuşdur.

Mən dünən Naxçıvan ilə telefonla danışırdım. Mən uşaqlığımı, gəncliyimi Naxçıvanda keçirmişəm. Orada çox sərt qış olardı, 30 dərəcəli şaxta 20-30 gün davam edərdi. Qarı küçələrdən iki aya təmizləmək mümkün olmurdu. Amma sonra orada da iqlim dəyişdi.

Mən orada gənc vaxtımda olmuşdum, sonra, bilirsiniz, bir müddət Naxçıvanda yaşamağa başladım. Təbii ki, buralara baxanda orada qar vardı, qış vardı. Başqa yerlər kimi deyildi. Amma mən gördüyüm qışı görmədim. İndi mənə deyirlər ki, gördüyün o qış var.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Naxçıvan Şərqi Anadoluya da yaxın olduğu üçün iqlimi də eynidir. Bu il çox çətin bir qış keçir.

HEYDƏR ƏLİYEV: Bu, keçib gedəcək, amma xeyri çoxdur.

Kefiniz yaxşıdır. Türkiyədə də işlər yaxşı gedir. Yeni hökumət qurulubdur.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Cənab Prezident, təşəkkür edirəm. Mən bunları Sizə ərz etmək üçün görüşmək istəyirdim. Vaxt ayırıb məni qəbul etdiyinizə görə minnətdaram. Bilirsiniz ki, bu il noyabrın 3-də keçirilən seçkilərdən sonra Türkiyədə yeni, təkpartiyalı hökumət quruldu, yeni parlament seçildi. Son illərdən fərqli olaraq, ilk dəfə bir partiya hökuməti qurdu. Bu hökumətin qurulması, ölkəmizin sabitliyi, parlamentin bəzi qanunları daha yaxşı qəbul etməsi baxımından çox faydalı və mühüm hadisədir.

Bilirsiniz ki, hökumətimiz qurulan kimi, bəzi məsələlərlə qarşılaşdı və gündəmində bunlara əsas yer ayırdı. Daxili siyasət sahəsində Türkiyədə davam edən iqtisadi islahatlar amalına fayda verəcək bəzi addımlar atıldı. Dekabrın 13-də Avropa Birliyinin Kopenhagendə keçirilmiş zirvə toplantısının sonunda Türkiyənin Avropa Birliyinə üzv qəbul olunması haqqında danışıqlara başlanması üçün 2004-cü ilin dekabr ayı müəyyən edildi. Təbii, Türkiyə istədiyi nəticəni ala bilmədiyi üçün bu qərardan məmnun deyildir. Ancaq bu qərarın verilməsi Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmasının və Avropa ilə əlaqələrinin qarşısının açıq olduğunu göstərdi.

Avropa Birliyi Türkiyə ilə bağlı bu qərarı qəbul edərkən, Cənubi Kipr ilə bağlı bir qərar da verdi. Biz bu qərarın yanlış olduğunu və problemin həlli üçün yetərli olmayacağını düşünürük. Türkiyə Kiprlə bağlı atacaq addımlarını əvvəldən açıq şəkildə dilə gətirmişdir. Türkiyə Cənubi Kiprin Avropa Birliyinə üzv qəbul edilməsini siyasi və hüquqi baxımdan tanımayacaqdır. Türkiyə bu qərarı tanımadığını və onun əhəmiyyətsiz olduğunu bütün dünyaya açıq şəkildə bəyan etmişdir. Ümid edirik ki, önümüzdəki vaxtlarda Şimali Kipr Türk Cümhuriyyəti ilə Cənubi Kipr arasında müzakirələr davam edəcək və bu məsələnin həlli üçün mühüm addımlar atılacaqdır. Ancaq Avropa Birliyinin verdiyi qərar, Cənubi Kipr bu məsələnin həlli üçün iradə sahibi olmadığı üçün, onu bir az arxayınlaşdıracaqdır. Bunun isə problemin həllinə mühüm fayda verməyəcəyini düşünürük.

Mən yeni hökumətimizin fəaliyyəti, xarici siyasətlə bağlı gördüyü işlər və bəzi başqa məsələlər barədə Sizə məlumat vermək üçün görüşmək istəmişdim.

 

Cənab Prezident, hökumətimizin xarici siyasəti əvvəlki hökumətlərin həyata keçirdikləri proqramlara tam uyğun şəkildə davam edir. Xüsusilə Qafqazla bağlı siyasətimizin əsasını Siz bilirsiniz. Azərbaycanla, digər türkdilli cümhuriyyətlərlə əlaqələr daim diqqət mərkəzindədir. Azərbaycanın ərazi bütövlüyünün tanınması, işğal altındakı torpaqlarının tezliklə azad olunması, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmət göstərilərək həlli Türkiyənin 58-ci hökumətinin siyasətini təşkil edir. Hesab edirik, bu sahədə əlavə heç bir şərhə ehtiyac yoxdur. Bunları Sizə demək üçün buraya gəldim. Sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə də təbrik edirəm.

HEYDƏR ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.

Türkiyədə gedən proseslər bizi məmnun edir. İndi, siz buyurdunuz, Türkiyədə ilk dəfə bir partiya əsasında yeni hökumət qurulubdur. Bu, təxminən indiki qışa bənzəyir, 40 ildir belə qış yox idi. İndi belə bir qış gəldi. Sizdə də bilmirəm, neçə illərdir, bir partiya heç vaxt təkbaşına iqtidara gəlməmişdi, indi gəldi. Bu, hər halda, çox önəmli bir hadisədir. Çünki bir partiya siyasətini düzgün quraraq, Türkiyənin problemlərini daha da uğurla həll edə bilər.

Sizdə illər boyu olan koalision hökumətlər həmişə işlərin müəyyən qədər əngəllənməsinin səbəbi olubdur. Bilirəm, Türkiyədə böyük siyasət adamlarının hamısı uzun illərdən bəri ilk dəfə bir partiyanın iqtidara gəlməsini çox müsbət qiymətləndirirlər. Azərbaycanın Prezidenti olaraq mən də bunu çox müsbət qiymətləndirirəm. Parlamentdə də bu hökumətin bir müxalifəti var. Yəni bu baxımdan da elə bir problemi yoxdur. Həm iqtidarda bir partiya var, həm də müxalifətdə. Qalan partiyalar parlamentdən kənarda qalıblar. Birincisi, yeni hökumət ölkə iqtisadiyyatının inkişafını təmin edəcək, ikincisi, ümumiyyətlə, Türkiyənin bütün problemlərini həll edəcək, onun xarici və daxili siyasətində yeni bir mərhələ açacaqdır. Mən də bunu bəyənirəm və sevinirəm. Mən bu barədə ilk olaraq hörmətli Ərdoğanı təbrik etdim, ona uğurlar dilədim.

Türkiyənin Avropa Birliyinə qəbul olunması ilə əlaqədar gedən prosesi biz sizinlə bərabər izləmişik. Hesab edirdik və bu gün də hesab edirik ki, indiyə qədər gördüyü bütün işlərə görə Türkiyənin Avropa Birliyinə daxil olmağa 2004-cü ilin may ayında qəbul ediləcək 10 dövlətdən daha çox haqqı var. Ona görə də Kopenhagendə qəbul olunan bu qərar sizi məyus etdiyi kimi, bizi də məyus etdi. Həmin qərarın qəbul olunmasından öncə də biz o prosesləri hiss edirdik. Bəzi yerlərdə Türkiyənin əleyhinə bəyanatlar verirdilər. Bu da bizi narahat edirdi. Biz böyük diqqətlə bu prosesi izləyirdik və o mənada ki, sizin kimi, biz də istəyirdik Türkiyə bu dəfə Avropa Birliyinə ilk dövlətlər sırasında qəbul olunsun. Ancaq təəssüflər olsun ki, Kopenhagendə çox böyük ədalətsizlik etdilər. Mən bunu açıq deyirəm. Bəlkə siz bunu deməyə bir az çəkinirsiz. Amma biz çəkinmirik. Burada ikili standartlar tam açıq görünür. Çünki belə qərara heç bir əsas yoxdur. Üstəlik, qərara yunan Kiprini də salırlar ki, o da daxil olmalıdır. 

Kipr problemi 28 ildir həll olunmur. Mən son 7-8 ildə Birləşmiş Millətlər Təşkilatının Kipr məsələsinin həlli üçün ciddi bir addım atmasını hiss etmədim. Ancaq indi Cənubi Kipri Avropa Birliyinə qəbul etmək üçün Birləşmiş Millətlər Təşkilatının baş katibi təklif verdi ki, bu məsələni həll etsin. Demək, təklif verdi ona görə yox ki, bu məsələ həll olunsun, xalqlar, doğrudan da, rahatlıq əldə etsinlər. Ona görə ki, yunan Kiprinin Avropa Birliyinə daxil olmasına yol açılsın. Biz burada da ədalətsizlik, ikili standartlar görürük.

Məsələn, bir müddət bundan öncə, Jiskar d” Estyenin bəyanatı olmuşdur ki, Türkiyə Avropa ölkəsi deyil, Avropa Birliyinə başqaları daxil ola bilməz. Bu, dəhşətli bir şeydir. Bir tərəfdən, onlar böyük dövlətlər olaraq və dünyanın siyasətini apararaq, istəyirlər ki, dünyada millətlər, ölkələr arasında sülh, əmin-amanlıq olsun. Amma digər tərəfdən isə, bu cür bəyanatlar verirlər. İndi görün, onlar nə qədər qatı fikirdədirlər. Əgər belə fikrin varsa da, heç olmasa, bunu açıq demə. Amma o, açıq bəyan edir. Bu da bizi çox narahat etdi və ondan sonra gedən prosesləri gördük. Biz bu məsələdə Türkiyəyə qarşı ədalətsizlik olunduğunu görürük və buna öz etirazımızı bildiririk.

Biz həmişə Türkiyə ilə bir yerdəyik, bir yerdə də olacağıq. Təkcə ona görə yox ki, Türkiyə ilə biz qədim zamanlardan dostuq, qardaşıq. Həm də ona görə ki, son 40 ildə demokratiyanı, bazar iqtisadiyyatını inkişaf etdirən, NATO-nun üzvü olan, Avropada böyük yer tutan Türkiyə Avropa Birliyindən kənarda qalır. Bu qədər də ədalətsizlik olarmı?! Mən də bilirəm, sizin hökumətiniz və hamınız belə düşünürsünüz ki, bu ədalətsizliklər var. Ancaq Türkiyə hökuməti də, dövləti də öz siyasətini davam etdirəcəkdir. Nəhayət, güman edirəm ki, nə qədər ədalətsiz yanaşsalar da, onlar Türkiyənin qarşısını ala bilməyəcəklər.

Biz Kipr barəsində Türkiyəni tamamilə dəstəkləyirik. Siz Kipr barəsində hansı qərar qəbul etsəniz, - bunu siz bizdən daha yaxşı bilirsiniz, - ona yüz faiz tərəfdarıq, dəstəkləyirik və daim dəstəkləyəcəyik. Çünki birincisi, bilirik ki, Türkiyəyə, türk xalqına qarşı, o cümlədən Kipr adasında yaşayan türklərə qarşı ədalətsizlik olubdur. İkincisi də, indi təklif olunan plan məsələni, problemi həll etmir. Sadəcə, müvəqqəti, kosmetik bir şey yaratmağı nəzərdə tutur ki, Cənubi Kipri Avropa Birliyinə daxil etsinlər. Ondan sonra Şimali Kipr də, türklər də çabalaya-çabalaya qalsınlar. Biz bunu belə anlayırıq, belə başa düşürük. Təbii ki, bu da yolverilməzdir. Türkiyə buna yol verməz. Biz bu məsələdə də Türkiyənin siyasətini yüz faiz dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Buna həmişə arxayın ola bilərsiniz.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsində Türkiyənin indiyə qədər gördüyü işləri biz qiymətləndiririk. Əminik ki, - bunu mənə dəfələrlə deyiblər və buna inanıram, - Türkiyədə hansı partiyanın, hansı hökumətin hakimiyyətə gəlib-gəlməməsindən, Türkiyənin başında kimlərin durmasından asılı olmayaraq, Türkiyə Azərbaycana qarşı olan ədalətsizliklərə həmişə etiraz edibdir və bundan sonra da etiraz edəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsinə tərəfdar olubdur, bundan sonra da tərəfdar olacaqdır.

Bəzən mətbuatda kimsə nəsə deyir. Bu yaxın zamanlarda bizim mətbuatda yazmışdılar ki, guya Türkiyədə xarici işlər naziri nəsə deyibdir. Sonra dedilər, belə deməyib, təkzib edibdir. Düzü, mən bunları eşidəndə, bilin, Prezident kimi bunlara fikir vermirəm. Bizim bu adamlar dərhal hay-küy salmağa başlayırlar. Xüsusən, müxalifət qəzetləri, bir tərəfdən, özlərini Türkiyənin ən yaxın dostu kimi göstərirlər, o biri tərəfdən də, araşdırmamış hay-küy salırlar. Mən bunlara fikir vermirəm. Çünki mən inanıram ki, belə şey ola bilməz. Hesab edirəm ki, mənim bu inamım heç vaxt itməyəcəkdir. Ona görə bu barədə sizinlə bir yerdəyik. Həmişə - indi də, sabah da sizin dəstəyinizlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmasında ən həlledici köməyi məhz Türkiyə etməlidir və Türkiyə də edəcəkdir. Mən buna inanıram.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Hörmətli Cümhur başqanım, çox təşəkkür edirəm. Türkiyə ilə Azərbaycanın bir-birinə ən böyük dəstəkçi olmasını bilirik. Ancaq bunları Sizdən bir daha eşitmək, Türkiyənin qarşılaşdığı məsələlərdə Azərbaycanın daim onun yanında olduğunu Sizdən bir daha eşitmək bizi çox məmnun etdi. Sizin də vurğuladığınız kimi, Türkiyə də Azərbaycanın problemlərinin həllində ən böyük dəstək verən ölkə olmuşdur. Bu günə qədər olduğu kimi, bundan sonra bu şəkildə davam edəcəkdir.

Bəzi hökumət üzvlərimizin ifadələrinin müəyyən dairələr tərəfindən yanlış başa düşülməsi zehinləri bulandırmışdır. Ancaq bunların tamamilə yanlış olduğunu Sizin də dediyinizi məmnuniyyətlə görürəm.

Dağlıq Qarabağ münaqişəsi ədalətli həll edilməyincə, Ermənistanla əlaqələr barədə Türkiyənin siyasətində heç bir dəyişiklik yoxdur və olmayacaqdır.

Sizin bunları çox yaxşı şəkildə yaxından izləmiş olduğunuzu görmək məni bir daha məmnun etdi. Çox təşəkkür edirəm.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu