AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV VƏTƏNƏ QAYITMIŞDIR
Respublikamızın rəhbəri Baden-Vürtenberq əyalətinin Baş naziri və əyalət parlamentinin deputatları ilə görüşdü. Dövlətimizin başçısı əyalət hökumətinin fəxri kitabını imza etdi.
Elə həmin gün Prezident Heydər Əliyev “Mercedes Benz” avtomobil şirkətinə getdi, son model avtomobillərə baxdı, yığma sexini gəzdi.
Binə hava limanında Prezident Heydər Əliyevi Milli Məclisin sədri Rəsul Quliyev, Baş nazir Fuad Quliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.