Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV XALQ ARTİSTLƏRİ FİDAN VƏ XURAMAN QASIMOVALARI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 12-də Prezident sarayında dövlət mükafatı laueratları, xalq artistləri Fidan və Xuraman Qasımova bacılarını qəbul etmişdir. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV görkəmli incəsənət ustalarını səmimiyyətlə salamlayaraq dedi:

-Siz mənimlə belə görüşü arzulayırdınız. Amma mən sizinlə tez-tez görüşürəm. Elədir, yoxsa yox?!

FİDAN QASIMOVA: Cənab Prezident, Siz bizə böyük şərəf verdiniz. Biz Sizinlə fəxr edirik.

XURAMAN QASIMOVA: Möhtərəm Prezident, biz düşünürük ki, bu da azdır. Sizi hər zaman görəndə sevinirik.

HEYDƏR ƏLİYEV: Amma siz istəyirdiniz ki, xüsusi bir görüş olsun. Mən də sizi dəvət etmişəm. Çox məmnunam ki, vaxt tapmışam. İş onda deyil ki, mən istəmirəm. Əksinə, məndən olsa, sizi daha da tez-tez dəvət edərəm. Ancaq vaxt olmur. Allaha şükür ki, indi vaxt tapmışam. Mən sizə o gün söz verdim. Dedim, bu günlərdə qəbul edəcəyəm. Demək, vədimi yerinə yetirmişəm.

XURAMAN QASIMOVA: Cənab Prezident, Siz hər zaman söz verirsiniz və yerinə yetirirsiniz. Ona görə biz əmin idik ki, vaxt tapacaqsınız. Çox sağ olun ki, vaxt tapdınız.

HEYDƏR ƏLİYEV: Maşallah, çox yaxşısınız. Görünüşünüz çox yaxşıdır. Gözəlliyiniz də, təbiidir, bunu deməyə ehtiyac yoxdur. İşləriniz də gedir. Elədirmi?

FİDAN QASIMOVA: Bəli, elədir.

HEYDƏR ƏLİYEV: Ancaq bilirəm ki, sizin bir probleminiz var. Sizin yaradıcılıq fəaliyyətinizin 25 illik yubileyidir. Görün, vaxt necə gəlib keçir. 25 il...

XURAMAN QASIMOVA: Cənab Prezident, yaradıcılığımızın 25 illiyini keçirəcəyik. Bunu, Sizin və xalqımızın qarşısında, sadəcə, bir hesabat kimi edəcəyik ki, nəyə nail olmuşuq, nə etmişik. Siz bizim sənətimizə hər zaman böyük qiymət vermisiniz.

HEYDƏR ƏLİYEV: Çox şeyə nail olmusunuz. Siz Azərbaycan incəsənətində, musiqisində, xüsusən opera sənətində, ümumiyyətlə, mədəniyyətdə çox böyük fəaliyyət göstərmisiniz. Birincisi, ona görə ki, sizin çox nadir, fitri istedadınız var. Özü də hər ikinizin. Bunu Allah hamıya vermir.

FİDAN QASIMOVA: Möhtərəm Prezident, Sizin elə gözəl hafizəniz var ki, yadınıza salmaq istəmirəm. Yadınızdadırmı, 1975-ci ildə Siz teatrda “Koroğlu” operasının tamaşasında idiniz. İkinci pərdədən sonra foyeyə çıxdınız. Mən də atam və anamla bir küncdə dayanmışdım.

Mən o vaxtlar 2-3 müsabiqənin laureatı idim. Valideynələrimlə durmuşdum. Siz məni görəndə yaxınlaşdınız, atamla, anamla salamlaşdınız. Məndən soruşdunuz ki, Fidan, bəs səni Nigar rolunda nə zaman görəcəyik. O, Sizin xatirinizdədirmi?

HEYDƏR ƏLİYEV: Lap yaxşı xatirimdədir.

FİDAN QASIMOVA: İnanın, mən o günü unutmuram. Sizdən gələn o güc, məsuliyyət bu günə qədər də məni ruhlandırır. Sizin sözləriniz məndə o qədər hissiyyatlar yaratdı ki, çox tezliklə Nigarın partiyasını öyrəndim və onu oxudum. Deyirdim ki, kaş Bülbüllə oxuyaydım, onda daha da gözəl tamaşa ola bilərdi. Amma mənim tərəfdaşım Lütfiyar İmanov idi. O, da gözəl oxuyurdu. Amma deyirdim ki, bəlkə Bülbüllə oxusaydım, Üzeyir Hacıbəyovun ruhu şad olardı.

Siz mənə böyük güc verdiniz. Mən ondan sonra, o məsuliyyəti hiss edəndən sonra dedim ki, Xuraman, sən də mənim kimi özünə qarşı tələbkar ol və çətin sənət yolunu layiqincə davam et. Onu asta-asta ürəkləndirdim və dedim ki, sən oxumalısan. Çünki mənə rəhbərimiz belə göstəriş veribdir.

Atam - anamız dünyalarını tez dəyişdilər. Təəssüf ki, onlar bizim yaradıcılığımızın 25 illiyini görməyəcəklər. Amma Siz bizə atalıq etdiniz. Çox xoşbəxtik ki, Sizin zamanınızda ucaldıq. Məncə, bu ucalmaq son deyildir. Biz indi elə bir formadayıq ki, istəyirik, Sizin zamanınızda ucalaq. Hər dəfə bizə uzaqdan baxırsınız, bax, bu, bizə güc, ruh verir.

HEYDƏR ƏLİYEV: Niyə uzaqdan, indi yaxından baxıram.

FİDAN QASIMOVA: Mən sizinlə Azərbaycan dilində səmimi danışıram.

HEYDƏR ƏLİYEV: O vaxt belə danışa bilmirdin.

FİDAN QASIMOVA: Danışa bilirəm, amma məktəbi rus dilində oxumuşam. Xuraman məndən də gözəl danışır. Çünki Xuraman çox danışandır, çox gözəl də tələffüzü var. Həm rus dilində, həm də Azərbaycan dilində yaxşı danışır. Mən onsuz yaşaya bilmirəm. O da Sizsiz yaşaya bilmir.

HEYDƏR ƏLİYEV: O da sənsiz yaşaya bilmir. Sənin xatırladığın o görüş mənim yadımdadır, indiki kimi gözümün qabağındadır. Anan da gözümün qabağındaır, atan da. Doğru deyirsən, o vaxt “Koroğlu” operasına gəlmişdim. Fasilə vaxtı mən çıxıb otaqda oturmadım. O vaxt Bakıda yaxşı bir adət var idi, teatra gələnlər həm tamaşadan əvvəl, həm də fasilə zamanı foyedə gəzişirdilər. Mən də gəzirdim, yanımda da adamlar var idi. Özü də giriş qapısına yaxın dayanmışdınız.

FİDAN QASIMOVA: Bəli, tamamilə doğru deyirsiniz.

HEYDƏR ƏLİYEV: Təbiidir ki, insanlar məni görəndə bir az həyəcanlanırlar. Rəhmətlik anan da, atan da çox həyəcanlandılar, salam verdilər. Mən yanaşdım, atanla da, ananla da danışdım. Səninlə də, indi sən dediyin həmin söhbəti apardım.

FİDAN QASIMOVA: Düzdür.

HEYDƏR ƏLİYEV: Mən elə bilirdim, sən bunu unutmusan.

FİDAN QASIMOVA: Heç bir zaman unutmaram.

HEYDƏR ƏLİYEV: Xatirimdədir, ondan sonra sən cəsarətləndin, “Koroğlu”da çox yaxşı çıxış etdin. Nigar partiyası da, başqa çıxışların da çox gözəldir. Sənin Moskvada, Sütunlu salondakı çıxışların mənim xatirimdədir. Mən Moskvada işləyərkən orada bir neçə dəfə Azərbaycanın iştirakı ilə tədbirlər olmuşdu. Mən o tədbirlərə gəlmişdim, konsertlərdə də olmuşdum. Konsertlərdən sonra sizin hamınızla görüşmüşdüm. Bunların hamısı yadımdadır. Sonra da Allahın, taleyin işi imiş ki, mən Azərbaycana rəhbərliyə ikinci dəfə gəldim. Bilirsiniz ki, gələndən də, doqquz ildir sizə himayədarlıq edirəm.

XURAMAN QASIMOVA: Biz bunu heç vaxt unutmuruq. Çox xoşbəxtik ki, bizim bütün 25 illik yaradıcılıq fəaliyyətimiz məhz Sizin respublikamıza rəhbərlik etdiyiniz dövrdə keçibdir. Siz bunu çox gözəl bilirsiniz.

HEYDƏR ƏLİYEV: Bəli, mənim dövrümdə keçibdir.

Səndən sonra Xuraman da səhnəyə gəldi, oxudu. Deyəsən, Afinada böyük bir mükafat aldı. Biz onu çox alqışladıq. O da yadımdadır.

FİDAN QASIMOVA: Cənab Prezident, mən İtaliyada birinci yeri tutdum, Xuraman isə Yunanıstanda. Görün, hansı ölkədə, yəni operanın, belkantonun vətənində birinci yeri tutdum. Xuraman xanım Yunanıstanda Kalos müsabiqəsində Qran-pri aldı. Ondan sonra Moskvada Çaykovski adına müsabiqədə ikinci yerə çıxdı. Əslində, o ikinci yer birinci yer idi.

XURAMAN QASIMOVA: O vaxt orada Azərbaycanın vokal məktəbini göstərmək çox çətin idi.

HEYDƏR ƏLİYEV: Elədir, elədir. Birinci yer, ikinci yer, fərqi yoxdur.

XURAMAN QASIMOVA: Hər halda, əliboş qayıtmadıq.

HEYDƏR ƏLİYEV: İş onda deyil. İş ondadır ki, siz sənətinizi inkişaf etdirmisiniz. Səsinizdən istifadə etmisiniz, böyük müğənni, böyük artist, böyük sənət ustası olmusunuz. Əsas budur. Bilirsiniz, hər adam belə ola bilməz. Bunun üçün istedad, səs, başqa keyfiyyətlər lazımdır. Allah da bunu sizə veribdir.

O vaxt sizin atanızla, ananızla bir az danışdım. Sonra mənə dedilər, deyəsən, onlar da musiqi ilə məşğul olmuşdular.

FİDAN QASIMOVA: Atamın səsi var idi.

HEYDƏR ƏLİYEV: Bəli, eşitmişdim.

FİDAN QASIMOVA: Hətta Üzeyir bəy rektor olanda Niyazi atamın əlindən tutub onun yanına aparmışdı.

HEYDƏR ƏLİYEV: Onlar da sizin bu istedadınızı görüb, sizi qorumuşdular və sizə yaxşı yol göstərmişdilər. İndi Allaha şükür, siz böyük sənətkarsınız və Azərbaycanın incəsənətini sizsiz təsəvvür etmək mümkün deyildir. Sizin 25 illik yubileyinizlə əlaqədar nə məsələlər varsa, həll edəcəyik.

XURAMAN QASIMOVA: Möhtərəm Prezident, Siz hər şeyi nəzarət altında saxlayırsınız. Müstəqil bir respublikaya rəhbərlik edirsiniz. Bizim işlərimizlə də məşğul olmağa vaxt ayırırsınız. Hər şey öz qaydasında gedir. Biz əminik, madam ki, Siz özünüz maraqlanırsınız, demək, hər şey öz yerində olacaqdır. Təki Siz gələsiniz, iştirak edəsiniz və həmin günü böyük bir bayrama çevirəsiniz.

HEYDƏR ƏLİYEV: Mütləq gələcəyəm. Buna heç şübhəniz olmasın. Çünki mən sizə söz vermişdim ki, yubileyiniz keçiriləcəkdir. Bir halda ki, mən söz vermişdim, dekabrın 20-də gəlib özüm iştirak edəcəyəm. Bir şey qalmayıbdır, bu gün ayının 12-dir. Gərək siz yaxşı hazırlaşasınız, yorulmayasınız.

FİDAN QASIMOVA: Cənab Prezident, bizə bu gün də güc verirsiniz.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdi.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu