AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İSTANBUL GÖRÜŞLƏRİ
İstanbul Atatürk adına hava limanında Azərbaycan dövlətinin başçısı Heydər Əliyevi Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl mehribanlıqla, qardaşcasına qarşıladı.
Azərbaycan rəhbərinin gəlişi münasibətilə hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə fəxri qarovul dəstəsinin qarşısından keçərək Türkiyə əsgərlərini salamladı.
Hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə qısa görüşü oldu.
Sonra Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yollandı.
Azərbaycan Prezidenti onun üçün ayrılmış iqamətgahda Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşdü.
Sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşü oldu.
Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Süleyman Dəmirəlin vasitəçiliyi ilə Ermənistan Prezidenti Levon Ter-Petrosyan ilə görüşdü.
Axşam Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının keçirdiyi konfransın açılışı oldu. Konfransda bir sıra ölkələrin dövlət başçıları, o cümlədən Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edir.
Azərbaycan Prezidenti Heydər Əliyev konfransda çıxış etdi. Konfrans iştirakçıları respublikamızın rəhbərini gurultulu alqışlarla qarşıladılar.