Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İSTANBULA İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATMIŞDIR

Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İstanbula işgüzar səfəri başa çatmışdır. 

Dövlətimizin başçısı maşın karvanının müşayiəti ilə İstanbulun Atatürk beynəlxalq hava limanına gəldi. Burada Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyev fəxri qarovul dəstəsinin önündən keçdi.

Azərbaycan Prezidentini İstanbul valisi Erol Çakır, Mərmərə qrupu vəqfinin sədri Akkan Suvər, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, respublikamızın İrandakı səfiri, İƏT-in Daimi Nümayəndələr Şurasının üzvü Abbasəli Həsənov, ölkəmizin İstanbuldakı baş konsulu Xeyrəddin Qoca və digər rəsmi şəxslər yola saldılar.

X X X

Dövlətimizin başçısı elə həmin gün Bakıya gəldi. Prezident HEYDƏR ƏLİYEV Binə hava limanında jurnalistlərə müsahibə verərək dedi:

-Mənim bu səfərim haqqında sizin məlumatınız var. Yaxşı ki, bizim Azərbaycan televiziyası hər yerdən canlı yayım verir. İƏT-in V11 zirvə görüşü haqqında məlumatlar verilibdir. Sonra mənim orada Türkiyənin iş adamları ilə görüşməyim haqqında da məlumatlar verilibdir. Ona görə sizə deyiləsi sözüm yoxdur, hər şeyi bilirsiniz.

Mən onu deyə bilərəm ki, zirvə görüşü çox yüksək səviyyədə keçdi, çox səmərəli oldu. Bu, çoxdandı keçirilməmişdi. Bu tədbirin əhəmiyyəti var, bizim ölkələrimizin iqtisadi əlaqələrinin inkişaf etməsi çox zəruridir, lazımdır.

Mən sonra orada olan prezidentlərin, demək olar, hamısı ilə, ikitərəfli görüşlər keçirdim. Birinci növbədə, Türkiyənin Prezidenti hörmətli Əhməd Necdət Sezər ilə yenidən görüşdük. Türkiyə-Azərbaycan əlaqələri haqqında söhbət etdik, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri haqqında danışdıq, onların problemləri barədə danışdıq. Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr dostluq, mehribanlıq, qardaşlıq əlaqələridir.

Sonra mən İran Prezidenti cənab Xatəmi ilə çox səmərəli görüş keçirdim. Pakistanın Prezidenti cənab Pərviz Müşərrəf ilə çox səmərəli görüşüm olubdur. Əfqənistanın müvəqqəti hökumətinin başçısı Həmid Kərzai ilə ilk dəfə görüşdüm, tanış oldum, yaxşı söhbətimiz oldu. Başqaları ilə də olubdur.

Dünən İstanbulda Türkiyənin, demək olar, ən böyük, ən hörmətli iş adamları ilə görüşdük, geniş söhbət apardıq. Onlar çıxış etdilər. Bizim tərəfdən məlumatlar verildi. Azərbaycanın bugünkü iqtisadi vəziyyəti, iqtisadi imkanları haqqında, Azərbaycanda xarici investorların görə biləcəyi işlər haqqında məlumat verildi. Çox səmərəli görüş oldu. Mən də orada nə lazımdırsa, onlarla danışdım. Mən bunu çox əhəmiyyətli hesab edirəm. Hesab edirəm ki, bu görüş Türkiyə iş adamlarının Azərbaycana gəlib yenidən böyük sərmayələr qoymasına yaxşı əsas yaradacaqdır. Bütün bu işləri qurtarıb gəlmişik. Mən çox razıyam, hesab edirəm ki, səfər çox səmərəli, əhəmiyyətli olmuşdur.

SUAL: Cənab Prezident, Siz İstanbulda olduğunuz vaxt belə bir məlumat yayıldı ki, Türkiyə Ermənistanla sərhədləri açmaq istəyir. Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Elə şey yoxdur. Belə məlumatlar çox yayılır. Onlar sərhədləri açmayacaqlar. Mən Prezident Əhməd Necdət Sezər ilə görüşümdə yenə bu məsələni xüsusi olaraq qoymuşam.

SUAL: Cənab Prezident, Siz dediniz ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri müzakirə olundu. Xarici mətbuatın yazdığına görə, guya Siz bildirmisiniz ki, Bakı-Tbilisi-Ceyhan işə düşəndən sonra Bakı-Supsa kəməri fəaliyyətini dayandıracaqdır. Bu həqiqətə uyğundurmu?

CAVAB: Elə şey olmayıbdır. Kimsə nədənsə, haradasa istifadə edir. Təbiidir ki, Bosfordan tankerlərin keçməsi ekoloji cəhətdən Türkiyəyə, İstanbula çox zərər verir. İş adamları ilə görüşdə mən onlara dedim. Bakı-Tbilisi-Ceyhan layihəsinin çətinliklərindən biri də bundan ibarət idi ki, onun hazırlanmasında iştirak edən şirkətlər, - onlar sizə məlumdur, - bir neçə il bundan öncə layihəni bir az təxirə salmaq, Supsa xəttini genişləndirmək istəyirdilər. Mən o vaxt bunun əleyhinə oldum. Əgər siz o vaxtları xatırlayırsınızsa, bunu bilirsiniz. Bu barədə çox ciddi mübarizə getdi. Hətta o vaxt Türkiyənin Prezidenti Süleyman Dəmirəl bəyanat verdi ki, əgər Supsadan əlavə neft gəlsə, tankerlər boğazlardan buraxılmayacaqdır. Mən bunu orada dedim. Bunu deyəndə, bir az zarafat da etdim ki, ola bilər, Bakı-Tbilisi-Ceyhan tamam işə düşəndən sonra Supsaya ehtiyac olmayacaqdır. İndi bunun quyruğundan niyə tutursan? Hələ Bakı-Tbilisi-Ceyhan işə düşə, onun gücü 60-70 milyon tona çata, ondan sonra görək nə olacaq.

SUAL:Cənab Prezident, Rusiya Abxaziyadan Ermənistana dəmir yolunun çəkilməsi ilə əlaqədar işlərə başlayıbdır. Buna rəsmi Bakının münasibəti necədir?

CAVAB: Bilirsiniz, bunlar hamısı söhbətdir. Ona görə mən münasibət bildirmək istəmirəm.

SUAL: Cənab Prezident, Sizin türk iş adamları ilə görüşünüzə Türk-erməni biznes şurasının həmsədri də dəvət edilmişdi. O, özü demişdi ki, mən də dəvət olunmuşam...

 

HEYDƏR ƏLİYEV: O kimdir, ermənidir?

JURNALİST: Xeyr, türkdür.

HEYDƏR ƏLİYEV: Yaxşı, nə olsun, dəvət edilmişdi? Bütün iş adamları dəvət olunmuşdular. Bunların başında damğa yoxdur ki, soruşam, bu kimdir, haranın iş adamıdır. Nə qədər iş adamı dəvət olunmuşdu. Mən onları tanımıram ki?!

SUAL: Cənab Prezident, NATO-nun Avropadakı müttəfiq qoşunlarının komandanı Bakıdadır. Onun bu gün Sizinlə görüşü nəzərdə tutulur. Bu görüşdə NATO ilə Azərbaycan arasında əməkdaşlığın hansı sahələri müzakirə olunacaqdır?

CAVAB: Vallah-billah, mən sizin hamınızı çox istəyirəm. İstəyirəm ki, yaxşı jurnalist olasınız. Yaxşı suallar hazırlayasınız, verəsiniz. Sən deyirsən ki, o, Bakıdadır, sizinlə görüşəcəkdir. Amma görüşəcəyik, görüşməyəcəyik, hələ məlum deyildir. Deyirsən, NATO ilə Azərbaycan arasında hansı əlaqələr məsələsində danışacaqsınız. Əgər danışacamsa, mən bunu sizə demərəm. Axı, belə şeylərlə niyə özünüzün də, mənim də vaxtımı alırsınız. Konkret kimin nə sualı var?

SUAL: Cənab Prezident, “Şahdəniz” layihəsinin maliyyələşdirilməsi ilə bağlı məsələ müzakirə olundumu?

CAVAB: Orada elə bir problem yoxdur.

SUAL: Cənab Prezident, Sizin mətbuatın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir neçə göstərişiniz olubdur. Bir təklif var idi...

CAVAB: Mətbuata kredit də verdik, hər şey də verdik. Bundan artıq nə ola bilər? Mən o təklifi bilmirəm, biləndə münasibətimi bildirəcəm. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı