AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN QƏRBİ AVROPA ÖLKƏLƏRİNƏ SƏFƏRİ BAŞA ÇATDI
Aprelin 27-də Heydər Əliyevin Qərbi Avropa ölkələrinə səfəri başa çatdı. Həmin gün dövlətimizin başçısı və onu müşayiət edən şəxslər Vətənə yola düşdülər.
Azərbaycan Prezidenti Norveçdən Bakıya qayıdarkən səfərin yekunları barədə təyyarədə respublika televiziyasına müsahibə verdi.
Binə hava limanında dövlətimizin başçısı Heydər Əliyevi Milli Məclisin sədri Rəsul Quliyev, Baş nazir Fuad Quliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq-Belçika-Norveç