AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏDRLİYİ İLƏ MÜŞAVİRƏ
Mayın 27-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yanında müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycanda 2003-cü il prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədə çıxış etmiş, müvafiq tövsiyələr və konkret tapşırıqlar vermişdir.