Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏDRLİYİ İLƏ MÜŞAVİRƏ

Mayın 31-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir.

Salona toplaşanlar dövlətimizin başçısını sürəkli alqışlarla qarşıladılar.

Prezidentin İcra Aparatının, Nazirlər Kabinetinin məsul işçilərinin, baş nazirin müavinlərinin, nazirliklərin, dövlət komitələrinin, şirkətlərin və konsernlərin rəhbərlərinin iştirak etdikləri müşavirədə ölkəmizdə sosial-iqtisadi vəziyyət və 2003-cü il prezident seçkilərinə hazırlıq barədə məsələlər müzakirə olunmuşdur.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV müşavirəni giriş sözü ilə açaraq dedi:

-Salam, hörmətli müşavirə iştirakçıları!

Biz bu müşavirəni böyük məqsədlər üçün keçiririk. Ümumiyyətlə, ölkəmizdə iqtisadiyyat inkişaf edir, sosial məsələlər həll olunur. Ancaq, ola bilər ki, hər yerdə belə deyildir. Bəlkə bəzi yerlərdə problemlər, yaxud həll olunmayan məsələlər var. Bu, xüsusən indi, prezident seçkiləri ərəfəsində çox vacib məsələdir.

İndi kənd yerlərində yaxşı məhsul yetişdirilmişdir. Yığıma başlayacaqlar. Gərək bu il məhsul yığımı heç bir itki olmadan təmin edilsin. Bu işdə də bizim rayonlara köməyimiz lazımdır.

Nəhayət, biz prezident seçkilərinə gedirik. Bu da bizdən tələb edir ki, indiyə qədər həll olunmamış məsələlər həll edilsin, bizim seçicilər razı qalsınlar və prezident seçkilərini xoş əhval-ruhiyyə ilə keçirək. Bunlar bizim bugünkü söhbətimizin əsas mövzularıdır. Ola bilər, başqa məsələlər də olsun. Ona görə də mən sizinlə bu görüşə gəlmişəm. Yəqin bunun əhəmiyyəti bir də ondan ibarətdir ki, son vaxtlar sizinlə birinci dəfədir görüşürəm. Yəqin ki, siz də darıxmısınız, mən də darıxmışam.

Hesab edirəm ki, indi mən sözü Ramiz Mehdiyevə verim, o, əsas məsələləri bildirsin.

X X X

Prezidentin İcra Aparatının rəhbəri RAMİZ MEHDİYEV çıxış edərək, “Seçki Məcəlləsi”nin Milli Məclisdə qəbul edildiyini bildirdi, qarşıdakı dövrdə seçkilərə hazırlıq məsələləri ilə ciddi məşğul olmağın vacibliyini vurğuladı. O, Prezident Heydər Əliyevin tapşırığı əsasında respublikanın şəhər və rayonlarında mövcud sosial-iqtisadi problemlərin öyrənilməsi, onların tezliklə həlli üçün hazırlanmış tədbirlər planı barədə danışdı.

R.Mehdiyev dedi ki, sənaye müəssisələrinin işinin gücləndirilməsinə, yeni iş yerlərinin açılmasına kömək etmək üçün müvafiq qurumlarla birlikdə konkret tədbirlər işləyib hazırlamaq zəruridir. Əhali tərəfindən qaldırılan məsələlərin, o cümlədən aqrar sektorda çalışanların ehtiyaclarının, habelə sosial problemlərin öyrənilməsi və bunların aradan qaldırılması üçün tədbirlər görülməsi, sosial müdafiəyə və yardıma ehtiyacı olan insanlara, o cümlədən müharibə iştirakçılarına və əlillərə xüsusi qayğı göstərilməsi, gənclərin asudə vaxtının təşkilinə fikir verilməsi, siyasi təbliğat işlərinin gücləndirilməsi və s. qarşıda duran əsas məsələlərdir.

Prezidentin İcra Aparatının rəhbəri prezident seçkilərinin açıq, şəffaf və mütəşəkkil keçirilməsi üçün bütün lazımi tədbirlərin həyata keçiriləcəyini bildirərək dedi ki, seçki dairələri və məntəqlərinin yerləşdiyi binaların lazımi avadanlıq və texniki vasitələrlə təmin olunması, seçki komissiyalarının normal işləməsi üçün bütün imkanlar yaradılacaqdır.

HEYDƏR ƏLİYEV: Siz bilirsiniz, mən bir də xatırlatmaq istəyirəm ki, biz seçkiləri tam şəffaf, tam ədalətli, tam aşkarlıq şəraitində keçirməliyik. Heç bir qanun pozuntusuna, qaydaların pozuntusuna yol verilməməlidir və siz indidən bu rayonlarda lazımi işi aparmalısınız ki, camaat daha da öyrənsin. O cümlədən seçki məntəqələrinin üzvləri öyrənsinlər ki, bu, çox mühüm məsələdir. Ona görə mən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşasınız.

İkinci məsələ, siz yerlərdə həm icra orqanları ilə, həm də Yeni Azərbaycan Partiyası təşkilatlarının nümayəndələri ilə birgə işləməlisiniz. Hər yerdə Yeni Azərbaycan Partiyasının yaxşı təşkilatı var. Ola bilər, onlar nöqsanları, səhvləri, xüsusən sosial-iqtisadi məsələləri sizə daha da doğru çatdırsınlar. Ona görə gərək siz hər yerdə vəziyyəti tam öyrənəsiniz və harada hansı işi görmək lazımdırsa, müəyyən edəsiniz. Buna vaxt var və bu müddətdə bunları tam həll edib seçkilərə yaxşı şəraitdə getməliyik.

X X X

Yeni Azərbaycan Partiyasının icraçı katibi ƏLİ ƏHMƏDOV qarşıdan gələn prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün partiyanın sədri tərəfindən verilən tapşırıq və tövsiyələr əsasında görülən işlərin istiqamətləri barədə məlumat verdi. O, seçkilərin müasir tələblərə, demokratiya şəraitinə uyğun keçirilməsi üçün işlənib hazırlanmış hərtərəfli konsepsiya əsasında YAP-ın yerli strukturlarına müvafiq tapşırıqlar verildiyini bildirdi və dedi ki, biz partiyanın malik olduğu böyük potensialdan səmərəli istifadə etməklə, ötən 10 il ərzində Azərbaycan Prezidentinin gördüyü işləri geniş təbliğ və izah etməklə seçicilərin fəallığını yüksəltməyə, YAP-ın namizədi cənab Heydər Əliyevin tam dəstəklənməsinə nail olacağıq.

Əli Əhmədov seçicilərlə fərdi görüşlərin keçirilməsindən, seçki komissiyalarında YAP-ın təmsilçilərinin müəyyənləşdirilməsindən və digər məsələlərdən də danışdı.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV müşavirəyə yekun vuraraq dedi:

-Biz bu seçkilərdə Azərbaycanda yüksək demokratiyanın olduğunu göstərməliyik, buna nail olmalıyıq.

İki ay bundan öncə Amerika Birləşmiş Ştatlarının Respublikaçılar İnstitutu ABŞ-dakı Xüsusi Sosial Mərkəzin nümayəndələri ilə birlikdə Azərbaycanda çox yüksək, peşəkar səviyyədə sorğu keçiriblər. Onun nəticəsini bizə də, müxalifət partiyalarının başçılarına da veriblər. O sorğuda belə sual qoyulub ki, əgər indi seçkilər keçirilsə, siz kimə səs verəcəksiniz? 69 faiz Yeni Azərbaycan Partiyasına, yəni Heydər Əliyevə səs veribdir. 7 faiz Müsavat Partiyasına, 4 faiz AXCP-yə, 3 faiz AMİP-ə, 3 faiz ADP-yə səs veribdir. Konkret şəxslər üzrə keçirilən sorğuların nəticələri belə olmuşdur: Heydər Əliyev 64 faiz, İsa Qəmbər 7 faiz, Əli Kərimli 4 faiz, Etibar Məmmədov 3 faiz, Rəsul Quliyev 3 faiz, Ayaz Mütəllibov 3 faiz.

Bu bizim sorğu deyil ki?! Bu, tamamilə müstəqil və bilirsiniz ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda demokratiyanı yüksəltməkdə, inkişaf etdirməkdə çox maraqlı olan bir ölkənin nümayəndələrinin keçirdiyi sorğudur.

Burada bizim də sorğu mərkəzlərimiz var. Onlar da daim sorğu aparırlar. Onların aldığı nəticələr həmin dediyim bu nəticələrlə, demək olar, eynidir. Demək, biz bir neçə yerdə belə sorğular keçirmişik. Seçkidə qalib gəlmək üçün 51 faiz səs almaq lazımdır. Amma bizim bu gün 69 faizimiz var. Bu, hələ seçkilərdən neçə ay əvvəl keçirilmiş sorğunun nəticələridir. Ancaq seçki kampaniyasının gedişində, apardığımız işlər nəticəsində bu göstəricilər bizim xeyrimizə, Yeni Azərbaycan Partiyasının xeyrinə daha da yüksək olacaqdır.

Ona görə bunları nəzərə alaraq, bunları bilərək, yerlərdə işi daha da gücləndirməliyik. Bu o demək deyil ki, biz bunu seçkilər qabağı edirik. Bu, bizim borcumuzdur, gələcəkdə də vaxtaşırı bu tədbirləri keçirəcəyik. Bu, borcumuzdur ki, yerlərdə - hər bir şəhərdə, rayonda, qəsəbədə, kənddə bütün vəziyyəti bilək və həll olunmayan məsələləri həll edək. Ona görə də mən sizdən xahiş edirəm ki, bu tapşırıqlara tam ciddiyyətlə yanaşasınız və göstərəsiniz ki, bəli, Azərbaycanda azadlıq var, demokratiya var, hüquqi dövlət var. Bu, sizin vəzifənizdir.

Əgər başqa sözünüz yoxdursa, onda sağ olun.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub