Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ DAVAM EDİR

Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev mayın 5-də axşam Türkiyənin Baş naziri Nəcməddin Ərbakan ilə görüşdü.

Dövlətimizin başçısının sonrakı görüşü Bakıda akkreditə edilmiş, iqamətgahları isə Ankarada yerləşən xarici ölkə səfirləri ilə oldu.

X X X

Mayın 6-da Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiyə Prezidenti Süleyman Dəmirəl Ankaranın yaraşıqlı küçələrindən birinə - 3-cü küçəyə Azərbaycan prospekti adı verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdilər. Paytaxt sakinləri dövlət başçılarını alqışlarla qarşıladılar, onlara gül-çiçək dəstələri təqdim olundu, qurban kəsildi. Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri, Türkiyənin yüksək vəzifəli şəxsləri də iştirak edirdilər.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Türkiyə paytaxtının bələdiyyə başçısı mərasimi giriş sözü ilə açdı, Ankara ilə Bakı şəhərlərinin qardaşlaşması barədə təklif irəli sürdü.

Sonra Prezident Süleyman Dəmirələ söz verildi. Qardaş ölkənin dövlət başçısı Ankaranın ən gözəl küçələrindən birinə Azərbaycan prospekti adı verilməsi barədə təklifi məmnunluqla qarşıladığını bildirərək dedi ki, bu, təkcə adın dəyişdirilməsi deyil, eyni zamanda, Azərbaycan adına bəslədiyimiz böyük sevginin, sayğının təzahürüdür. Prezident Süleyman Dəmirəl qeyd etdi ki, Azərbaycanın müstəqillik qazanmasından altı ilə yaxın vaxt keçmişdir, ancaq ölkələrimiz arasındakı qardaşlıq duyğularının sayəsində əlaqələrimizin inkişafında altmış illik yol keçmişik. Gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyini bildirən Türkiyə dövlətinin başçısı vurğuladı ki, iki qardaş xalqın bir-birini qucaqlaması, bir-biri ilə sevgi içində olması, bir-birinə yardımçı olması qədər gözəl bir şey yoxdur.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə çıxış edərək bu hadisədən çox sevindiyini bildirdi, onu ölkələrimiz arasında dostluğun mühüm təzahürü kimi qiymətləndirdi.

Dövlətimizin başçısı dedi ki, ölkəmiz müstəqillik qazanandan öncə də, indi də Azərbaycanın müxtəlif şəhərlərində gözəl küçələrə Türkiyə ilə bağlı adlar verilmişdir. Belə qərarlar xalqımızın arzu və istəkləri əsasında qəbul olunur. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşəcəyini və genişlənəcəyini vurğulayan Prezident Heydər Əliyev ölkələrimizin paytaxtlarının qardaşlaşması haqqında Ankara bələdiyyə başçısının təklifini böyük məmnuniyyətlə qarşıladığını bildirdi.

Prezidentlər Heydər Əliyev və Süleyman Dəmirəl üzərində “Azərbaycan prospekti” sözləri yazılmış lövhənin üzərindəki örtüyü götürdülər, xatirə olaraq şəkil çəkdirdilər.

X X X

Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiyə Prezidenti Süleyman Dəmirəl respublikamızın Ankaradakı səfirliyinin yeni binasının bünövrəsinin qoyulması mərasimində iştirak etdilər. Bayramsayağı bəzədilmiş ərazidə Azərbaycanın və Türkiyənin dövlət bayraqları dalğalanır, qardaş ölkələrimizin prezidentlərinin portretləri diqqəti cəlb edirdi.

Azərbaycan Respublikasının Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əliyev mərasimdə çıxış edərək, səfirliyimizin yeni binasının tikilməsi üçün belə bir imkan yaradılmasına görə minnətdarlığını bildirdi.

Mərasimdə çıxış edən Prezident Süleyman Dəmirəl Azərbaycanın müstəqillik qazandığı andan Türkiyə tərəfindən tanındığını xatırladaraq dedi ki, səfirliyin yeni binasının bünövrəsinin qoyulması ölkələrimiz arasında dostluq və qardaşlığın əbədi olduğunu sübut edir. Bu sırada Azərbaycan Cümhuriyyəti də, Türkiyə Cümhuriyyəti də əbədidir, yüksələn bayraqlar enməyəcək və ay-ulduzlu bayraqlar Azərbaycanın və Türkiyənin gözəl səmalarını sonsuzluğa qədər süsləməkdə, parlaqlıq verməkdə davam edəcəkdir.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edərək bildirdi ki, yeni tikiləcək bina ölkələrimiz arasında diplomatik əlaqələrin daha səmərəli olmasına kömək edəcəkdir. Dövlətimizin başçısı Azərbaycan səfirliyinə göstərilən qayğıya görə Türkiyə rəhbərliyinə minnətdarlığını bildirdi.

Sonra prezidentlər tikinti sahəsində qoyulmuş mərmər lövhənin üzərindən örtüyü götürdülər. Dövlət başçıları burada xatirə olaraq ağac əkdilər, habelə Azərbaycan səfirliyinin yeni binasının maketi ilə tanış oldular.

X X X

Azərbaycan Prezidenti həmin gün Ankaradakı Quru Qoşunları Məktəbinə gəldi. Burada hərarətlə qarşılanan Prezident Heydər Əliyev Türkiyənin müxtəlif mülki və hərbi məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşdü və onların qarşısında nitq söylədi.

Görüşdə Türkiyədəki Azərbaycan lobbisinin rəhbəri Yəhya Taşdələn, habelə Azərbaycan cəmiyyətlərinin başçıları da çıxış etdilər.

X X X

Dövlətimizin başçısı mayın 6-da günortadan sonra Bilkənd Universitetində oldu. Dünya şöhrətli həkim, Azərbaycanın yaxın dostu İhsan Doğramacı Prezident Heydər Əliyevi səmimiyyətlə qarşıladı. Azərbaycan Prezidentinin şərəfinə konsert verildi. Konsertdən sonra İhsan Doğramacı və Prezident Heydər Əliyev çıxış etdilər. İhsan Doğramacı Azərbaycan Prezidentinin şərəfinə ziyafət verdi.

X X X

Həmin gün Prezident Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinə gəldi. Türkiyə parlamentinin sədri Mustafa Qələmli Azərbaycan Prezidentini səmimi qarşıladı. Sonra Azərbaycan Prezidenti Heydər Əliyev ilə Türkiyə parlamenti sədrinin görüşü oldu. Türkiyə parlamenti nümayəndələrinin də iştirak etdikləri görüşdə Mustafa Qələmli dövlətimizin başçısına onun portretini hədiyyə etdi.

Prezident Heydər Əliyev millət vəkilləri qarşısında geniş nitq söyləyərək, son bir neçə ildə ölkəmizin həyatında baş vermiş dəyişikliklərdən danışdı, çətinliklərə baxmayaraq Azərbaycanın müstəqilliyinin dönməz olduğunu vurğuladı.

Azərbaycan Prezidentinin nitqi dəfələrlə gurultulu və sürəkli alqışlarla qarşılandı. Prezident Heydər Əliyevin böyük rəğbət doğuran nitqini Türkiyənin nüfuzlu partiyalarından olan Demokratik Sol Partiyansıın lideri Bülənd Ecevit tarixi nitq adlandırdı.

Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ