Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEYİN TÜRKİYƏNİN “SAMANYOLU” TELEVİZİYASINA MÜSAHİBƏSİ

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin “Samanyolu” televiziyasına müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim edirik.

JURNALİST: Çox hörmətli Heydər Əliyev, biz iki ildir Bakı studiyamızdan hazırıladığımız xəbər və proqramlarla Azərbaycanı peyk vasitəsilə çox geniş bir dairədə, hər yerdə tanıtmağa çalışırıq. Hörmətli Cümhur başqanım, “Samanyolu” televiziyası və onun yayımları haqqında Sizin düşüncələrinizi bilmək istərdik.

HEYDƏR ƏLİYEV: “Samanyolu” Azərbaycana Türkiyədən gəlmiş bir televiziyadır. Mənim yadımdadır, o vaxt Naxçıvanda olanda biz “TRT”-ni seyr edirdik. Ancaq “Samanyolu” sonra Azərbayanda öz imkanlarını çox inkişaf etdirdi. Sizin birinci əsas məqsədiniz Azərbaycana yayım vermək idi. Türkiyədəki vəziyyət və Azərbaycan insanlarının Türkiyə ilə əlaqədar biliklərini artırmaq idi. Biz də bunun üçün imkanlar yaratdıq. Siz iki ildir burada canlı yayım edirsiniz və Azərbaycan haqqında məlumatlar yayırsınız. Haraya, Türkiyəyə, yoxsa?

JURNALİST: Hörmətli Cümhur başqanım, peyk vasitəsilə bütün Avropaya, Asiyanın və Afrikanın bir hissəsinə yayımlanırıq.

HEYDƏR ƏLİYEV: Türk dilində yayırsınız, yoxsa Azərbaycan dilində?

JURNALİST: Hər iki dildən istifadə edirik.

HEYDƏR ƏLİYEV: Siz Azərbaycan haqqında yayımlarınızın faydasını görürsünüzmü? Yəni siz yoxlamısınızmı, Azərbaycan haqqında yayımları edirsiniz, ancaq bu yaydığınız bölgələrə necə gedib çatır, o bölgələrdə bunu seyr edənlər varmı, nə qədərdir? Siz bunları hesablamısınızmı, yoxsa, elə havaya yayımlayırsınız, kim baxır baxsın, kim baxmır, baxmasın?

JURNALİST: Hörmətli Cümhur başqanım, aldığımız fakslardan təəssüratlarımız belədir ki, əsasən, Avropadakı azərbaycanlılar efirimizi, yayımlarımızı çox ciddi şəkildə izləyirlər. Biz Qarabağ haqqında özəl bir proqram hazırladıq və bu, 24 həftə davam etdi. 24 proqram verdik və bu, çox səs gətirdi. Bizim İstanbuldakı mərkəzimizə Türkiyədə yaşayan ermənilərdən proqramın bağlanması ilə bağlı olduqca çox faks və internetlə müraciətlər gəldi. Guya ki, bu, Ermənistanla Azərbaycan arasında danışıqlara xələl gətirir. Biz bundan bilirik ki, yayımlarımız səmərəli alınır.

HEYDƏR ƏLİYEV: Çox yaxşı. Əgər belədirsə, mən çox məmnunam. Çünki Azərbaycan haqqında dünyaya geniş məlumat verməyə bizim imkanlarımız hələ o qədər böyük deyildir. Baxmayaraq ki, indi bizim “Lider” televiziyası bunları yayır. Ancaq sizin bu barədə yayımınız çox əhəmiyyətlidir.

SUAL: Hörmətli Cümhur başqanım, Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna, iki ölkənin inkişafına “Samanyolu” televiziyasının faydası nə olmuşdur? Bizə, burada çalışan əməkdaşlarımıza bu önəmli vəzifədə daha uğurlu olmağımız üçün hansı öyüdləri, tövsiyələri verə bilərsiniz?

CAVAB: Birincisi, onu demək istəyirəm ki, “Samanyolu” televiziyasının Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etməsində çox böyük rolu var. Mən bunu qiymətləndirirəm. Çünki qeyd etdim, biz hələ müstəqillik əldə etməmişdik, bu, 1991-ci ilin oktyabrında oldu, amma ona qədər, mən Naxçıvanda işləyərkən artıq “Samanyolu” Naxçıvana gəlmişdi. Mənim yadımdadır, Sədərəkdə “Həsrət” körpüsünü tikirdik, ancaq tamam bitirməmişdik, lakin oradan gedib gəlmək olardı. O vaxt atəş açıldı, müharibə getdi. “Samanyolu”televiziyasının müxbirləri Ərzurumdan, başqa yerlərdən Naxçıvana gəldilər, Naxçıvandakı vəziyyəti bütün Türkiyəyə yaydılar. Amma bir Naxçıvan deyil, ora kiçik bir yerdir, Azərbaycanın vəziyyəti barədə sizin Türkiyəyə məlumatlar verməyiniz və Türkiyənin həyatı barəsində Azərbaycana məlumatlar verməyiniz, təbiidir ki, Türkiyə-Azərbaycan dostluğunun inkişafında xüsusi rol oynayır. Mən bunu qiymətləndirirəm və hesab edirəm ki, sizin xidmətləriniz böyükdür.

O ki, qaldı gələcəkdə nə edə bilərsiniz - indiyə qədər etdiyiniz işləri daha da mükəmməl etməlisiniz və dövlətin siyasətini öz yayımlarınızda yaxşı göstərməlisiniz. Çünki siz burada yaşayırsınız, bilirsiniz, dövlətin siyasəti sizə məlumdur. Dövlətin həm iqtisadiyyatda, həm sosial sahədə, həm də islahatların həyata keçirilməsində - bütün sahələrdə gördüyü işlər də məlumdur.

Biz nə qədər islahatlar həyata keçirmişik. Böyük özəlləşdirmə proqramı həyata keçirdik. İndi Azərbaycanda mülkiyyətin, demək olar ki, əksəriyyəti özəldir. Amma siz Azərbaycana təzə gələndə bunu görə bilərdinizmi?! Bəlkə sən o vaxt yox idin. O vaxt gələnlər bunları bilirlər. Onda başqa bir mənzərə var idi. Bu, böyük bir şeydir, böyük addımdır. Biz iqtisadiyyatı inkişaf etdirdik. 1993-cü ildə Azərbaycandakı dövlət böhranını, siyasi böhranı, iqtisadi böhranı aradan qaldırdıq, vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycanı xilas etdik. Ondan sonrakı illərdə həm xarici xüsusi xidmət orqanları, həm də daxildə olan silahlı dəstələr, qüvvələr Azərbaycanı yenə də dağıtmaq, dövlət çevrilişi etmək istədilər. Ancaq biz bunların da qarşısını aldıq. Artıq biz 1995-ci ildə Azərbaycanın iqtisadiyyatının tənəzzülünün, yəni aşağı enməsinin qarşısını aldıq, sabitləşdirdik.

Bundan sonra isə 1996-cı ildən başlayaraq, biz inkişaf etdik. İndi hər il əvvəlki ilə nisbətən iqtisadiyyatda inkişaf var. Bu inkişaf da bizim apardığımız iqtisadi siyasət nəticəsindədir. Bu inkişaf Azərbaycanda siyasi prülarizm cəmiyyəti, vətəndaş cəmiyyəti yaranmasının nəticəsidir. Bu inkişaf Azərbaycanda hüquqi, demokratik dövlət qurulmasının nəticəsidir. Biz o vaxtlar bu işə başlamışdıq. Amma indi hüquqi, demokratik, dünyəvi dövlət qurmuşuq.

Biz 1995-ci ildə Konstitusiyanı qəbul etdik. Bu yaxınlarda onu təkmilləşdirmək üçün müəyyən əlavələr etdik. Bu da lazım idi. İndi həyatımızın, demək olar ki, bütün sahəsində işləri tənzimləmək üçün Azərbaycanın qanunları var, yəni müxtəlif məcəllələr var. Amma əvvəllər bunlar yox idi. Bizim hüquq-mühafizə orqanları keçmiş sovet sistemindən məcəllələr əsasında işləyirdilər. Biz bunlar haqqında qanunlar qəbul etdik. Prokurorluq haqqında qanun, polis haqqında qanun, başqaları haqqında qanun qəbul etdik, onların vəzifələrini artıq qanun əsasında müəyyənləşdirdik və bunu da çox liberallaşdırdıq. Bütün bunların nəticəsində indi Azərbaycan inkişaf edir. Bu inkişafın bir tərəfi də Azərbaycana xarici investisiyanın gəlməsidir.

Biz 1994-cü ildən Azərbaycanda böyük neft strategiyasının həyata keçirilməsi ilə məşğul olduq. 1994-cü ilin sentyabrında ilk müqaviləni - “Əsrin müqaviləsi”ni imzaladıq. Amma bilirsiniz ki, onu imzaladığımız günün sabahısı Azərbaycana hücumlar oldu. Bir həftə sonra Azərbaycanda terrorlar oldu. Bizim böyük insanlarımızı həlak etdilər. Ondan sonra, 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd oldu. Görün, biz sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzaladıq, ondan 15 gün sonra Azərbaycanda nə qədər böyük təxribatlar baş verdi. Biz bunların qarşısını aldıq. Neft strategiyasının əleyhinə çıxanları biz kənarlaşdırdıq, zərərsizləşdirdik və neft strategiyasını həyata keçirməyə başladıq. İndi həyata keçiririk və artıq onun müsbət nəticələri var. Azərbaycan bundan gəlir götürür.

Biz bu yaxınlarda böyük təntənə ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin inşasının təməl daşını qoyduq, siz orada idiniz. Görürsünüz, nə qədər işlər görülübdür. Bakı-Tbilisi-Ceyhanın qiymətini hələ sonra verəcəklər, sonralar başa düşəcəklər. Əvəllər buna, xüsusən, Türkiyədə emosional bir münasibət var idi. İndi Bakı-Ceyhan var. Amma görürəm, buna münasibət bir az azalıbdır. Əvvəl arzu edirdilər, istəyirdilər, indi hasil oldu. Sən bir şeyi istəyirsən, məsələn, mağazadan almaq istəyirsən, düşünürsən, pulum var, yoxdur, alacaqsan, almayacaqsan. Gedib onu alıb gətirəndə sevinirsən, gətirib evə qoyursan, istifadə edirsən. Amma unudursan ki, sən bunun üstündə nə qədər həsrət çəkmisən.

JURNALİST: Cənab Prezident, sizin təbirinizcə desək, xəyallar gerçəkləşdi.

HEYDƏR ƏLİYEV: Bəli, elədir. Bunlar hamısı Azərbaycanın bugünkü gerçəklikləridir. İndi Azərbaycan inkişaf etmiş dövlətdir. Sən indi Bakıya bax. On il, səkkiz il bundan öncəki Bakıya da bax. Tamam başqa bir şəhərdir. Mən bunları deməklə istəyirəm ki, siz öz yayımlarınızda bax, bunları göstərəsiniz. Bizim qaçqınların vəziyyətini göstərəsiniz. Ermənilərin Azərbaycana təcavüzü haqqında daim material verəsiniz. Bir dəfə, iki dəfə yetərli deyil, daim. Sizin verilişinizdə belə bir xüsusi rubrika, hissə olsun. Siz o hissədə ermənilərin Azərbaycana təcavüzü, onların Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasəti, bir milyon azərbaycanlının öz evindən, yurdundan didərgin düşməsi, çadırlarda yaşaması, və dünya ermənilərinin hamısının bu ədalətsiz vəziyyəti dəstəkləməsi barədə hər gün verməlisiniz. Belə verilişlər versəniz, çox gözəl, yaxşı olar.

SUAL: Çox hörmətli Cümhur başqanım, Siz indi son 10 ilin siyasətini çox gözəl şəkildə, hərtərəfli söylədiniz. Bəli, Azərbaycanın xaricə doğru çox yüksəlişi var. Mən bir məsələni demək istəyirəm, bir ara çox gözəl bir başlıqla verilmişdi: Qafqazın parlayan ulduzu Azərbaycan. Müstəqilliyinizi qazandıqdan sonra on il ərzində ölkənizin içində və xaricində siyasi, iqtisadi uğurlarınız, xüsusən, neft sahəsində həyata keçirdiyiniz layihələr barədə dünya mediasında danışılır. Çünki bunların hamısının altında Sizin imzanız var.

Hörmətli Cümhur başqanım, Azərbaycan müstəqillik qazandıqdan bu yana Türkiyə və Azərbaycan Qafqazda sülhməramlı bir siyasət aparır. Bu siyasətin dünya siyasətində yeri, önəmi və ona təsiri necə olmuşdur?

CAVAB: Təsiri o olmuşdur ki, hər halda biz dünyada Azərbaycanın bugünkü vəziyyətini, xüsusən Ermənistanın Azərbaycana təcavüzünü sübut edə bilmişik. İkinci tərəfdən, göstərmişik ki, bizim ən yaxın dostumuz, qardaşımız Türkiyə var. Türkiyə kimi dövlətlə bizim birlikdə hərəkət etməyimiz, bu işləri birlikdə çözməyimiz yeni bir şeydir. Yəni biz tək deyilik, bizim Türkiyə kimi dayağımız var, arxamız var. Bunu dünyada da bilirlər. Bunun da təsiri olmamış deyildir. Azərbaycan ilə Türkiyə Avropa Şurasında daim eyni mövqedən çıxış edirlər. Bir orada yox, bütün beynəlxalq təşkilatlarda. Biz beynəlxalq təşkilatlarda bütün sahələrdə öz siyasətimizi, öz qərarımızı qəbul edəndə Türkiyə ilə birlikdə həll edirik, onlarla birlikdə müzakirə edirik.

SUAL: Bütün maneələrə və əngəlləmələrə rəğmən, reallaşdırdığınız Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin ən mühüm hadisəsi Sizin böyük zəhmətinizlə gerçəkləşdi. Sizcə, bundan sonra Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı növbəti addımlar və Gürcüstanın və Türkiyənin bölgədəki vəzifəsi nələrdir?

CAVAB: İndi artıq Bakı-Tbilisi-Ceyhan boru xəttini inşa etmək lazımdır. Bu iş Türkiyədə başlayıbdır. “Botaş” şirkəti bu işi artıq başlayıbdır. Çünki boru xəttinin böyük bir hissəsi Türkiyədən keçir. Min kilometri Türkiyədən, 200 kilometrə qədəri Gürcüstandan, 400 kilometrdən bir az da çox Azərbaycandan keçir. Bu iş Türkiyədə başlayıbdır. Çox gözəl. Məni sevindirən odur ki, “Botaş” şirkəti işə başlayıbdır. Biz də maliyyə məsələlərini həll etmişik. Çünki buradan Türkiyəyə qədər bütün maliyyələşdirmə məsələləri bizim üzərimizdədir. Yəni şirkətlər ki, var, onların investisiyası olur, eyni zamanda, o investisiyada Azərbaycanın da payı var. Biz öz payımızı vermişik. İndi hazırlıq gedir və işlər də başlayır. Burada elə bir problem yoxdur.

SUAL: Cənab Prezident, Azərbaycanla Türkiyə terrordan ən çox zərər çəkən ölkələrdir. Siz bu gerçəkliyi həm Birləşmiş Millətlər Təşkilatında, həm ATƏT-də, həm də digər beynəlxalq tədbirlərdə gündəmə gətirirsiniz. Sizcə, Türkiyə də daxil olmaqla, ölkələrimiz nə etməlidir ki, səslərimiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı ölkələrdə eşidilsin? Bu sahədə üzərimizə düşən vəzifələr hansılardır?

CAVAB: Bilirsiniz, bu birdəfəlik şey deyil ki, mən sənə deyim, nələr etməliyik. Bu siyasət daim inkişaf edir, irəliyə gedir. Biz hər dövrə görə öz işlərimizi görürük. Mən hesab edirəm ki, bu barədə Türkiyənin, Azərbaycanın siyasəti uğurludur və bu ahənglə də biz irəliyə gedəcəyik. İndidən demək olmaz, nələr edəcəyik. Sabah bir şey olacaq, ona uygun olaraq bir şey edəcəyik.

SUAL: Cənab Prezident, daha bir önəmli mövzu var. Azərbaycanın xarici siyasətinə baxdığımız zaman iqtisadiyyatın inkişafı ön plana gəlir. Xüsusilə xarici sərmayənin Azərbaycana cəlb edilməsi üçün Sizin öndərliyinizlə çox önəmli qərarlar verildi. Keçən həftə verdiyiniz Fərman çox önəmli idi. Soruşmaq istəyirəm, zati-aliniz tərəfindən imzalanan daha geniş mövzuda bir Fərman da var. Sizcə, istər türk iş adamları, istərsə də digər xarici iş adamları bu imkanlardan tam mənada nə cür istifadə edə bilərlər?

CAVAB: Tam istifadə edə bilərlər. Mən 7-8 Fərman imzalamışam. Bilirsiniz ki, mən iş adamları ilə görüşdüm. Öncə Azərbaycanın milli iş adamları ilə, sonra da xarici iş adamları ilə görüşdüm, onların dərdlərini öyrəndim. Ondan sonra mən böyük bir proqram hazırladım. Bu proqramı da iki-üç aydır həyata keçirirəm. Ona görə də 7-8 Fərman vermişəm. Dünən Milli Məclisə iki təklif göndərmişəm. Orada lizinq haqqında qanun qəbul olunmalıdır. Başqa bir qanuna əlavə olunmalıdır. Bunlar hamısı sahibkarların işlərini daha da asanlaşdırmaqdan ötrüdür. Ona görə mənim bu Fərmanlarım sahibkarların fəaliyyəti üçün çox böyük imkanlar yaradıbdır. Bu, təkcə Azərbaycan sahibkarları üçün deyil, bütün sahibkarlar, o cümlədən Türkiyənin sahibkarları üçündür.

Mən İstanbulda olacağam, orada ayın 14-də EKO-nun zirvə görüşüdür. Ayın 15-də orada iş adamları ilə də görüşəcəyəm. Türkiyənin iş adamlarına Azərbaycanda son vaxtlar aparılan işlər, imzalanmış Fərmanlar, onlardan irəliyə gələn imkanlar və Türkiyənin iş adamlarının burada gördüyü işlər barədə geniş məlumat veriləcəkdir. Onlar çox işlər görüblər, çox lahiyələr həyata keçiriblər. Məsələn, bizim hava limanı, görürsünüz, nə gözəldir. Dünyanın ən gözəl hava limanlarından biridir. Bunu kim tikdi? Türkiyənin “Enka” şirkəti ilə “Burç” şirkəti tikdi. Çox şeylər ediblər.

SUAL: Azərbaycana bundan sonra da gələ bilərlər, çünki bunun üçün gözəl şərait yaranıbdır. Elə deyilmi?

CAVAB: Bəli, bəli. Məsələn, Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar Türkiyənin “Tekfen” şirkəti var, 700 milyonluq bir iş götürdü. Başa düşürsən, 700 milyon dollar! Göy İgid var, onu tanıyırsınız, bu şirkətin başçısıdır. Onlar 700 milyonluq iş götürdülər. Çox gözəl. Başqa sahələrdə də var. Məsələn, mən qərar vermişəm, Naxçıvanda aeroport tikilsin. Oraya da Türkiyənin “Enka” şirkətini dəvət edəcəyik. Yaxud Naxçıvanda çayın üzərində böyük bir bənd tikiləcəkdir. Bunu da onlara tapşırmışam, artıq Türkiyədən adamlar gəliblər, işləyirlər. Yəni biz istəyirik ki, Türkiyənin iş adamları böyük layihələrdə iştirak etsinlər.

Mən orada da danışacam, lazımdır ki, türk iş adamları Azərbaycana sərmayə qoysunlar. Hələ sərmayə qoyanlar yoxdur. Biz onlara işlər veririk, onlar bu işləri görürlər, pul götürürlər. Məsələn, buradakı xəstəxana. O xəstəxanada, mərkəzdə olmusanmı?

JURNALİST: Bəli, o mərkəzi klinikada olmuşam. Oradan veriliş də çəkmişik.

HEYDƏR ƏLİYEV: Oranı gördün, mən oranı Türkiyəyə verdim, 30 milyon dollarlıq iş gördülər. İndi gözəl bir xəstəxanadır. Artıq buradakı xaricilər də gedib Türkiyədə müayinə olunmurlar, oraya gedib müayinə olunurlar.

SUAL: Hörmətli Cümhur başqanım, Sizin bir gözəl xüsusiyyətiniz də var. Bu da təhsilə verdiyiniz önəmdir, gənc nəslin sağlam yetişməsidir. SSRİ vaxtından bu yana gənc nəslin dünya standartlarına uyğun təhsil almalarına böyük əhəmiyyət verirsiniz. Bu gün azərbaycanlı gənclərin Türkiyədə, türk gənclərinin də Azərbaycanda təhsil aldığını bilirik.

Bildiyimiz kimi, Azərbaycanda Sizin xeyir-duanızla açılan özəl türk litseyləri var. Onlarda oxuyan şagirdlər 1994-cü ildən başlayaraq, iştirak etdikləri beynəlxalq bilik olimpiadalarından Azərbaycana 21-i qızıl olmaqla, 86 medal gətirmişlər. Bu il İndoneziyada keçirilən fizika olimpiadasında əfsanəvi bir uğur qazanmışlar. 65 ölkə arasında üç qızıl, bir gümüş medal qazanaraq, beynəlxalq bilik olimpiadasının ilk üçlüyünə daxil olmuşlar. Cənab Prezident, Siz onların şəxsində Azərbaycanın və Türkiyənin gələcək nəslində hansı özəllikləri görmək istəyirsiniz?

CAVAB: Mən bundan çox məmnunam. Bilirəm ki, onlar yaxşı təhsil verirlər. Ona görə də oranın şagirdləri dünyanın bir çox yerlərində müsabiqələrdə medal qazanıblar. Bu, Azərbaycanda litsey səviyyəsində təhsilin inkişafına kömək edir. Biz bunu digər məktəblərə nümunə göstəririk. Buna görə mən məmnunam və təşəkkür edirəm.

SUAL: Hörmətli Cümhur başqanım, təqdirəlayiq digər bir xüsusiyyətiniz Azərbaycanın xaricdə tanıdılması, lobbiçilik fəaliyyətidir. Bakıda dünya azərbaycanlılarını bir yerə topladınız, onlarla görüşdünüz. Türkiyədə, eləcə də türkdilli ölkələrdə lobbiçilik sahəsində hansı işbirliyi qurmalıdılar? Yəni Azərbaycan və digər türkdilli ölkələr xaricdə nə işlər görməlidir?

CAVAB: Bilirsiniz, çox yerlərdə azərbaycanlılarla türklər bir yerdədirlər. Məsələn, Avropanı götürək. Bilirəm ki, Brüsseldə, yaxud Almaniyada azərbaycanlılar və türklər bir yerdə çalışırlar, bir yerdə iş görürlər. Ona görə bu birlik var. Lazımdır ki, lobbiçilik məsələsini daha da gücləndirək.

 

Bilirsiniz ki, mən Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaratdım. Məhz buna görə. Çünki mən istəyirəm ki, dünyanın hər yerində yaşayan azərbaycanlılar özlərinin azərbayacanlı olduqlarını bilsinlər, özlərini azərbaycanlı kimi hiss eləsinlər. Bir də ki, Azərbaycan dövləti ilə, respublikamızla əlaqədə olsunlar. Ona görə də belə bir Komitə yaratmışam. Bu Komitə də xaricdə türk dərnəkləri ilə çox sıx əməkdaşlıq edir və edəcəkdir.

SUAL: Mətbuata ən yaxın Cümhur başqanlarından biri Sizsiniz. Etdiyiniz zarafatlarla, jurnalistlərə olan məhəbbətinizlə ölkə içərisində mətbuat orqanlarının çoxalmasına, onların fəaliyyət göstərmələrinə kömək edərək, hətta maddi çətinlik, sıxıntı yaşayan kütləvi informasiya vasitələrinə kredit verməklə Siz daim onların yanında olduğunuzu göstərirsiniz. “Samanyolu” televiziyası mətbuatla müsbət əlaqələr qurmağınız münasibətilə Sizi “Medianın dostu” mükafatına layiq görübdür. Bu mükafat İstanbulda Sizə təqdim olunacaqdır. Belə bir mükafatın zati-alinizdə oyatdığı təəssüratı öyrənə bilərikmi?

CAVAB: Təşəkkür edirəm ki, siz mənə belə bir mükafat vermisiniz.

Hesab edirəm ki, mən bundan sonra da mətbuatla daha yaxın olmalıyam və ona yardım etməliyəm. Mən mətbuatı sevirəm və daim mətbuat işçiləri ilə, yəni jurnalistlərlə yaxın oluram. İstəyirəm ki, onlar hər şeyi düz yazsınlar, obyektiv yazsınlar. Amma təəssüf ki, bizim buradakı radikal müxalifət mətbuatı başqa yol ilə gedir. Siz o qəzetlərdə hər səhifədə Heydər Əliyev haqqında oxuyursunuz. Elədirmi?

JURNALİST: Bəli.

HEYDƏR ƏLİYEV: Qəzeti açırsan, hər səhifədə Heydər Əliyev, İlham Əliyev, Heydər Əliyev, İlahm Əliyev, Heydər Əliyev, İlham Əliyev. Mən o qəzetləri oxumuram. Ancaq vərəqləyirəm, baxıram, burada Heydər Əliyev, orada İlham Əliyev. Yalan yazırlar. Mənim haqqımda bir dəfə doğru şey yazmayıblar. Doğru şeylər sizə məlumdur. Onlar yalan yazırlar. Hətta Bakı-Tbilisi-Ceyhanla bağlı dünyaya səs salan bir tədbir keçirdik, bunun haqqında da bir şey yazmadılar. Çünki bunu Heydər Əliyev keçirir. Yaxşı, bunu Heydər Əliyev öz babası üçün etmir. Heydər Əliyev bunu xalq üçün, birinci növbədə, Azərbayan xalqı üçün edir. Eyni zamanda, üç dövləti - Türkiyəni, Gürcüstanı, Azərbaycanı bağlayır. Bu qədər böyük proqram haqqında heç bir şey yazmadılar. Amma həmin o günlər Heydər Əliyev haqqında mənfi şeylər yazdılar. Ancaq xalq buna inanmır, inana da bilməz. Xalq mənə inanır. Mənim həyatım aynadakı kimi göz qabağındadır. Əgər belə olmasaydı, mən bütün bu mərhələlərdən keçib gedə bilməzdim.

JURNALİST: Allah Sizə uzun ömür versin, başımızdan əskik etməsin. Doğrudan da Siz bu ölkə üçün lazımsiniz. Siz təcrübənizlə, biliyinizlə, uzaqgörən siyasətinizlə bizə lazımsınız.

HEYDƏR ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.

JURNALİST: Hörmətli Cümhur Başqanım, dərin minnətdarlığımı bildirirəm. Doğrudan da proqramımıza qatılmaqla bizə böyük şərəf verdiniz.

HEYDƏR ƏLİYEV: Sağ olun. Mən də sizin televiziyaya yeni-yeni uğurlar arzulayıram.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO