Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini izləmişdir

Bakı, 27 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsi başa çatmışdır. İsveçli 28 yaşlı müğənni Loren 42 ölkənin səs verməsi nəticəsində “Eyforiya” mahnısı ilə “Eurovision-2012”nin qalibi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri möhtəşəm “Baku Crystal Hall”a gələrək “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini izləmişlər.

Artıq 57-ci ildir ki, davam edən “Eurovision” mahnı müsabiqəsinin ən çox gözlənilən mərhələsi məhz yarışmanın final günüdür. İki yarımfinaldan finala vəsiqə qazanmış və müsabiqənin əsas beşliyi, həmçinin ötənilki yarışmanın qalibi Azərbaycanın da birbaşa iştirak etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin ən maraqlı və həyəcanlı məqamı şübhəsiz ki, qalibin adının açıqlanacağı gün idi. Final günü “Baku Crystal Hall”a ardı-arası kəsilməyən insan axını da məhz bununla əlaqədar idi. Artıq iki həftə idi ki, Avropa musiqisevərlərinin və tamaşaçılarının diqqəti müasirliyi, sürətli inkişafı və gözəlliyi ilə çoxsaylı qonaqlarını valeh edən, hər bir turistə xoş anlar yaşadan Odlar yurdu Azərbaycanın paytaxtı Bakıya yönəlmişdi.

Nəhayət, mayın 26-da Bakı vaxtı ilə saat 00:00-da müsabiqənin səbirsizliklə gözlənilən final mərhələsi başlandı. Avropa möhtəşəm final şousunun açılış mərasimində Azərbaycanın rəngarəng milli musiqisi ilə bir daha tanış oldu.

“Eurovision-2012” mahnı müsabiqəsinin finalı Azərbaycanın qədim milli musiqi aləti balabanda həzin ifa ilə başladı. Tamaşaçıları sülh rəmzi olan ağ geyimlərdə salamlayan şounun aparıcıları - Leyla, Eldar və Nərgiz Azərbaycan, ingilis, fransız və alman dillərində Avropaya səsləndilər.

Final şousu Azərbaycanın dünya şöhrətli muğam ustası, Xalq Artisti Alim Qasımovun möhtəşəm ifası ilə davam etdi. “Natiq” ritm qrupunun unudulmaz ifası, həmçinin “Eurovision-2011”in qalibləri Eldar Qasımov və Nigar Camalın “Running Scared” mahnısı hər kəsə gözəl anlar bəxş etdi.

Sonra finalda birincilik uğrunda mübarizə aparan 26 ölkənin - Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna və Moldovanın təmsilçilərinin hər biri üç dəqiqə ərzində möhtəşəm şou nümayiş etdirdi.

“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, müsabiqənin finalından bir gün əvvəl münsiflər səs verirlər. Final şousu başa çatanadək gizli saxlanılan münsiflərin verdiyi səslər müsabiqənin yekununda tamaşaçı səsləri ilə toplanır.

Səsvermə intervalı aktında iyirmi altı ölkənin təmsilçilərinin final şousundakı çıxışlarının ən maraqlı məqamları bir daha nümayiş olundu. Beləliklə, iştirakçı ölkələr səs verməyə başladılar.

Səsvermə prosesinin davam etdiyi müddətdə “Baku Crystal Hall”un səhnəsinə 68 musiqiçi heyəti ilə tanınmış azərbaycanlı bəstəkar və müğənni Emin Ağalarov çıxdı. “Never Enough” mahnısı ilə bütün Avropa qarşısında çıxış edən Emin Ağalarov səsvermə zamanı yaşanan həyəcanı maraqlı ifası ilə yumşaltmağa müvəffəq oldu.

Nəhayət, müsabiqənin səsvermə prosesi dayandırıldı və həm tamaşaçıların, həm də münsiflər heyətlərinin səslərinin toplanmasına başlanıldı.

Beləliklə, 42 ölkənin iştirak etdiyi səsvermə prosesində “Baku Crystal Hall”a ilk olaraq Albaniya qoşuldu. İştirakçı ölkələrin əksəriyyətinin mühüm hesab edilən 8, 10, 12 səslərini İsveçə verməsi çoxlarını təəccübləndirmədi. Çünki müsabiqənin ilk günlərindən məhz İsveçin qələbəsinə inananlar çox idi. Bununla da ən çox səs qazanan İsveç təmsilçisi Loren müsabiqənin qalibi oldu.

Azərbaycan isə “Eurovision-2012” mahnı müsabiqəsində dördüncü yerdə qərarlaşdı. Ukrayna, Malta, Litva, Türkiyə ən yüksək -12 səsini, Gürcüstan, Moldova, Bolqarıstan, İsrail 10 səsini, Kipr isə 8 səsini Azərbaycanın hesabına yazdırdı.

Azərbaycandan verilən səslərin nəticələrini 2010-cu ildə Norveçdə keçirilən “Eurovision” mahnı müsabiqəsində ölkəmizin təmsilçisi olmuş Səfurə Əlizadə elan etdi. Səfurə Azərbaycanın 8 səsi Maltaya, 10 səsi Rusiyaya, 12 səsi isə qardaş Türkiyəyə verdiyini elan etdi. Səsverməyə sonuncu İrlandiya qoşuldu. Bununla da 372 səs alan İsveç müsabiqənin birincisi oldu. Rusiya ikinci, Serbiya üçüncü, Azərbaycan isə dördüncü yerləri tutdular.

Müsabiqənin qaydalarına əsasən, qalib ölkənin təmsilçisi yenidən “Eurovision”un əsas səhnəsinə çıxaraq ona birincilik qazandırmış mahnısını bir daha ifa etdi. Möhtəşəmliyi ilə dünyanı heyran qoyan “Baku Crystal Hall”un səhnəsində İsveç təmsilçisini “Eurovision-2011”in qalibləri Eldar və Nigar təbrik edərək, ona yarışmanın rəmzi “Billur mikrofon”unu təqdim etdilər.

Daha sonra qalib ölkənin təmsilçisi “Baku Crystal Hall”un Mətbuat Mərkəzində jurnalistlərlə görüşdü, onların suallarını cavablandırdı. Loren “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini, “Baku Crystal Hall”un möhtəşəm, Bakının gözəl şəhər, azərbaycanlıların qonaqpərvər və istiqanlı olduğunu dedi.

Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin bütün şouları 46 ölkədə birbaşa yayımlanmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir