AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB-NİN İCRAİYYƏ KOMİTƏSİNİN SƏDRİ VLADİMİR RUŞAYLONU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Prezident sarayında MDB-nin İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylonu qəbul etmişdir.
Vladimir Ruşaylo MDB Daxili İşlər Nazirləri Şurasının Bakıdakı iclasının yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.
Dövlətimizin başçısı iclasın Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edərək, bu tədbirin MDB-nin üzvü olan ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyini bildirdi.
Görüşdə MDB çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.