AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUMINİYAYA GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dialoq və Tərəfdaşlıq Naminə Qara dəniz forumunda iştirak etmək üçün iyunun 4-də Buxarestə gəlmişdir.
Buxarest şəhərinin “Henri Coanda” beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rumıniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmətlə qarşıladılar.