AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUMINİYAYA SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dialoq və Tərəfdaşlıq naminə Qara dəniz forumunda iştirak etmək üçün iyunun 4-də Buxarestə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər yola saldılar.