AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVALMANİYANIN ARD-NDR TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Prezident sarayında Almaniyanın ARD-NDR televiziya kanalına müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycanda gedən inkişaf prosesləri, qarşıdan gələn parlament seçkiləri, ölkədə dini tolerantlıq barədə və digər məsələlərlə bağlı suallara cavab vermişdir.