Azərbaycan Prezidenti İlham Əliyevin Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşü
Münxen, 4 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Münxendə Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşmüşdür.
Azərbaycan ilə Finlandiya arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilən görüşdə əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı.