Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN “FİQARO” QƏZETİNƏ MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN “FİQARO” QƏZETİNƏ MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Parisdə, onun üçün ayrılmış iqamətgahda Fransanın ən nüfuzlu nəşrlərindən olan “Fiqaro” qəzetinin müxbiri Pyer Ruslənə müsahibə vermişdir. AZƏRTAC iyunun 2-də qəzetdə dərc olunmuş həmin müsahibənin mətnini oxuculara təqdim edir.

MÜXBİR: Azərbaycan Avropaya qaz təchizatının şaxələndirilməsinə nə kimi kömək göstərə bilər?

İLHAM ƏLİYEV: Biz 1996-cı ildə qazla bağlı proqramımıza başlayanda bu, yalnız Türkiyə və Gürcüstan bazarları üçün nəzərdə tutulmuşdu. Biz Avropanın qaz təchizatının şaxələndirilməsini nəzərdə tutmamışdıq. Bu məsələdə biz heç zaman Avropa bazarını nəzərdən keçirməmişdik. Yeni şəraiti öyrənmək və Avropanı qazla təchiz etmək üçün investisiyamızı şəraitə uyğunlaşdırmaq lazım olacaqdır. Texniki cəhətdən bu, cari ilin sentyabr ayında istifadəyə veriləcək Türkiyə istiqamətindəki yeni qaz kəməri vasitəsilə mümkün olacaq, lakin qazın həcmi hələ kifayət deyildir.

- Siz GUAM sammitində Ukrayna, Gürcüstan və Moldova prezidentləri ilə birgə iştirak etmisiniz. Tərəfdaşlarınız bu təşkilatda bəzən antirus cəbhəsi kimi təqdim olunurlar. Siz də özünüzü bu cür hiss edirsiniz?

- 1997-ci ildə biz GUAM-ın əsasını qoymuşuq, bu təşkilatı kiməsə qarşı fəaliyyət göstərən təşkilat kimi hesab etməmişik. Biz qonşu ölkələrlə münasibətlərimizi gərginləşdirmək siyasəti aparmırıq. Bizim üçün daha əhəmiyyətlisi yeganə zəngin təbii ehtiyatları olan GUAM üzvü kimi bu təşkilatda iştirak etməkdir. Avropa və Asiyanın astanasında yerləşdiyimizdən, bu regionda heç bir nəqliyyat layihəsi Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz.

- Qonşu İranın nüvə proqramı ilə bağlı ABŞ-la aralarında baş verə biləcək münaqişənin təhlükəsi Sizi narahat edirmi?

- Bəli. Sabitliyin pozulması bütün regiona öz təsirini göstərə bilər. Bu bizim üçün elə bir məsələ deyil ki, ona istədiyimiz vaxt televiziya vasitəsilə baxaq və yaxud da istəməyəndə söndürək. Biz hesab edirik ki, münaqişə diplomatik vasitələrlə, sülh yolu ilə və xoş məramla həll olunmalıdır.

-ABŞ-la hərbi əlaqələri nəzərə alaraq, İrana hərbi müdaxilə zamanı Azərbaycanın mövqeyi necə olacaq?

- Bütün digər sahələrdə olduğu kimi, ABŞ-la hərbi sahədəki əlaqələrimizdən də məmnunuq. İrana gəldikdə isə, Azərbaycan bu ölkəyə qarşı hərbi əməliyyatları dəstəkləməyəcəkdir. Vaşinqton buna anlaşma ilə yanaşır.

- Erməni separatçılarının nəzarətdə saxladıqları, Azərbaycan ərazisi olan Dağlıq Qarabağla bağlı münaqişənin həll olunacağına ümidiniz varmı?

- Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu, BMT tərəfindən, eləcə də, Ermənistan istisna olmaqla, bütün beynəlxalq birlik tərəfindən tanınıbdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən çıxarılmalı, etnik təmizləməyə məruz qalmış 1 milyon azərbaycanlı öz torpaqlarına qayıda bilməlidir. Azərbaycan çox böyük iqtisadi inkişaf mərhələsindədir. Ermənistan isə bütün regional layihələrdən təcrid olunmuşdur, rəqabətə davam gətirməyəcək və yoxsulluqdan əziyyət çəkəcəkdir. Ermənistan başa düşməlidir ki, işğalçılıq siyasəti ona heç nə verməyəcəkdir.

- Bəziləri belə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkəniz neftdən gələn gəlirləri silahlanmaya sərf edərək, Ermənistana təsir edə bilər?

- Bizim hərbi büdcəmiz artır və ordumuzu müasirləşdiririk. Ermənistan bizimlə rəqabət apara bilməz. Dağlıq Qarabağ bizim bir nömrəli problemimizdir və əlbəttə ki, biz öz hərbi qüvvələrimizi müasirləşdiririk. Amma mən qeyd etmək istərdim ki, bu, bizim qonşularımızda qorxu yaratmamalıdır. Heç bir seçim istisna oluna bilməz, lakin xalqımız sülhsevərdir və qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. Biz heç zaman işğalla barışmayacağıq.

- 2003-cü ilin prezident seçkilərində və ötən ilin noyabr ayında keçirilmiş parlament seçkilərində saxtakarlıq halları olmuşdur. Siz Azərbaycanda demokratiya ilə bağlı çatışmazlıqları deyənlərə nə cavab verərdiniz?

- Prezident seçkilərinin nəticələri şübhə altına alınmadı. Mən səslərin 76 faizini qazandım. Bu gün də ən azı həmin nəticəni əldə edə bilərəm. Müxalifət özünü rüsvay etdi. Parlament seçkilərinə gəldikdə isə, 10 seçki dairəsində qanun pozuntularına yol verilmişdi. Cavabdeh şəxslər cəzalandırılmış, təkrar seçkilər keçirilmişdir. Bəzi tənqidlər doğrudur. Bizdə heç də hər şey mükəmməl deyildir. Müstəqilliyimizi yalnız 15 il bundan qabaq qazanmışıq və indi biz sovet sistemindən tamamilə fərqli bir sistemdə yaşayırıq.

Digər tənqidlər qəbulolunmazdır, çünki onlar ədalətsiz və qərəzlidir. Hər kəs başa düşür ki, inqilabın Azərbaycanda gələcəyi yoxdur, çünki xalq onu dəstəkləmir. Mən sizi əmin edirəm ki, bizdə demokratiyanın səviyyəsi elə deyil ki, qonşu ölkələrə həsəd aparaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir